Adətən cümə günlərindən başqa günlərdə də məscidə gedib orda namaz qılıram. Bu adətimə yenə sadiq qalaraq bir gün yenə zöhr namazını qılmaq üçün mescidə getdim. Bir az gecikdiyimdən məsciddə çox az adam qalmışdı hami namazını qılıb getmişdi. Dəstəmazı öncədən aldığımdan namaza hazırlaşdım. Birdən içəri bir balaca qız daxil oldu hardasa 10 yaşı olardı. O da daxil olub namaz qılmaq üçün hazırlıq görürdü. Həm təəccübləndim, həm də sevindim.İçimdə qəribə hislər keçirdim .Hətda utandım da . Çünki, mən o yaşda hələ heç namaz nədi bilmirdim. Özümü günahkar hiss elədim. Özüm –özümü tənbeh edə - edə cənamazı üzü qibləyə qoyub namaza başladım. Elə qız da mənlə bir başladı namaza. Biz namaz qılarkən müasir geyimli iki qadın da içəri daxil oldu. Qadınlar bir kənarda əyləşib dua edirdilər. Biz namazı bitirdik. Mən namazı bitirib dua etdim elə qız da bu anda namazını bitirdi. Ayağa qalxıb cənamazı yığışdırdığı an orta yaşlı qadın zərli şalını düzəldib , sürməli gözləri ilə qızı süzərəl , qırmızı boyalı dodaqları ilə balaca qıza dedi:
Qadın: Qızım sənin neçə yaşın var?
Qız: 10
Qadın gülümsəyərək digər qadına baxaraq qıza dedi: Ay balam sənin nə yaşın varki namaz qılırsan? Get həyatını yaşa, öz yaşıdlarına qoşul oyna, de-gül. Qocalanda namazını qılıb ALLAHA dua edərsən.
Qız sakit bir tonda qadına cavab verdi: Xala sən harda bilirsən ki, mən qocalacam? Nə bilirsən ki, Allah mənə nə qədər ömür verib? Bəlkə mən hec qocalmadım .
Qadın uşaqdan belə cavab gözləmirdi. Yerindəcə tutulub qaldı. Təəccüblə qıza baxdı..
Qız isə sözünə davam edirdi. Düzü mən də təccübdən yerimdə tutulub qalmışdım.
Qız: Həm də mən hələ bir il gecikmişəm. Hələ mən 1 illik qəzamı qılıb tez bir zamanda çatdırmalıyam. Lap qocalıb o zaman başladım namaza . Bəs cavanlığımın namaz qəzalarını necə qılacam?
Qadın heyrətdən ayılmış kimi uşağa gülümsəyib “ Yaxşı qızım sən görürəm çox həvəslisən imkanın olsa mənim də əvəzimə namaz qılaran “dedi və ayağa qalxıb yanındaki xanımla qapıya tərəf getdilər.
Qız isə sakit halda : Baş üstə xala mən sizin əvəzinizə namaz qılaram. Amma evə getdiyinizdə daha nə su için , nə də yemək yeyin sizin əvəzinizə yeyib, içərəm də.
Qadın heyrətlə geri dönüb qıza baxdı və “ Mən axı aclıqdan , susluqdan ölərəm axı” dedi.
Qız: Görürsüz? Siz susuz , çörəksiz yaşaya bilmədiyiniz kimi ruhunuzun da namaza, dualara ehtiyacı var.Cisminizi qidadan məhrum etmədiyiniz kimi ruhunuzu da ac saxlamayın.. NƏ QƏDƏR GEC DEYİL NAMAZA GƏLİN...
Tarix: 03.12.2014 / 15:29 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar