Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zina

1.Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Ən yaxşı qadın o qadındır ki, əri ona nəzər saldıqda sevinsin, buyurduqda itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə, habelə onun malını lazımsız yerə sərf etməklə ona asi olmasın!

2.«Qureyşli bir gənc Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Ey Allahın elçisi, izn ver zina edim». Səhabələr ona yaxınlaşıb, sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Yaxın gəl!» O yaxına gəldikdə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: – Öz anana rəva bilirsən? – Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu öz bacın üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər. Bunu öz bibin üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər. Bunu öz xalan üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər. Peyğəmbər səllallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub dedi: «Allahım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!» Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədi». ( Əhməd «Musnəd)

3.Peyğəmbərimiz(sav) buyurmuşdur:«Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ərinə gözəl tərzdə təsəlli verən, Allahdan qorxan qadındır. Onların ən yaramazı isə əxlaqsız geyinən və xülyalara dalandır!

4.Peyğəmbərimiz(sav) buyurmuşdur:«Sizi yollarda oturmaqdan çəkindirirəm». Səhabələr dedilər: «Ey Allahın elçisi, bizim başqa duracaq yerimiz yoxdur. Biz orada oturub sadəcə söhbət edirik». Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Madam ki, sizlər üçün oralarda oturmaq zəruridir, onda yolun haqqını ödəyin». Səhabələr dedilər: «Ey Allahın elçisi yolun haqqı nədir?» O dedi: «Gözləri aşağı dikmək (naməhrəmə baxmamaq), əziyyət verməmək, salamı almaq, yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək».(əl-Buxari)

5.Peyğəmbərimiz(sav) buyurmuşdur:«Allah Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə yeddi sinif insanı Öz kölgəsi altında kölgələndirəcəkdir: Ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyən cavan, qəlbi məscidlərə bağlı olan kişi, Allah xatirinə bir-birini sevən, buna görə birləşən və ayrılan iki kişi, gözəl və zadəgan qadın tərəfindən (zinaya) cəlb edildikdə, «mən Allahdan qorxuram!» deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətdə Allahı yad edib göz yaşı axıdan kişi».(əl-Buxari)

6.Peyğəmbəri səllallahu aleyhi və səlləm belə buyurub: «Vallahi iman gətirmiş olmaz! Vallahi iman gətirmiş olmaz! Vallahi iman gətirmiş olmaz!» Ondan: «Kim, ya Rasulullah?”- deyə soruşdular. O dedi: «O kimsə ki, qonşusu onun şərindən (dili və əməli ilə ona əziyyət verməyəcəyindən) əmin deyil».(əl-Buxari, 6016) «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə daxil olmaz».(Muslim, 1/68) «Zina barəsində nə deyə bilərsiniz?» Səhabələr dedilər: «Haramdır! Bunu Allah və Onun elçisi haram etmişdir və o, Qiyamət gününə qədər haramdır!» Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun qadını ilə zina etməsindən daha yüngüldür. Bəs oğurluq barəsində nə deyə bilərsiniz?» Səhabələr dedilər: «Haramdır! Bunu Allah və Onun elçisi haram etmişdir və o, Qiyamət gününə qədər haramdır!» O dedi: «Kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür».(Əhməd «Musnəd»)


Tarix: 25.04.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Maraqlı melumatlar
loading...