Söhbət müştərək dillə
dərdləşmək və eyni həyatı
paylaşmaqdır.Bu paylaşmada
ürəklər eyni duyğu-
həyəcanla eyni məsələlər
ətrafında döyünür.Belə bir
şəraitdə "Birimiz hamımızdır"
düşüncəsi hakimdir.Həmçinin
bu yolla insan elm və
ürfanını da artırır...
Əhməd və yoldaşları da bu
düşüncə ilə həftədə bir gün
görüşüb söhbət edir və Allahı
anırdılar.
O gün yenə söhbət etdikləri
axşamlardan biri idi.Əhməd
yenə öz yoldaşları ilə Allah
xatirinə olan yığıncaq
keçiridi.Həmin gün aralarında
yeni bir yoldaş da var
idi.Əslində bu insanın niyyəti
söhbətə qulaq asmaq
deyildi.Sadəcə,yoldaşının
təklifinə etiraz edə bilmədiyi
üçün gəlmişdi.Ürəyində:
- Bu axşam vaxtımı burda
keçirim, həm də qarnımı
doyuraram.Bundan sonra
birdə buraya gəlmərəm,-
deyirdi.
Söhbət davam edərkən bir
qrup mələk də o evdə qonaq
idi.Bu mələklərin vəzifəsi
Allahın adının anıldıqı, Onun
sevgi və rizası üçün yığılan
məclislərə baş çəkib Allaha
məlumat veməkdir.Mələklər
söhbətə qulaq asdıqdan
sonra səmaya yüksəlib Allaha
dedilər:
- Ya Rəbbi! Qulun Əhməd və
yoldaşlarının yanından
gəlirik.Onlar bu axşam zikr
etdilər, verdiyin nemətlərdən
ötrü şükr etdilər,imanlarını
artidilar,Sənin rizanı
istədilər. Sonra Haqq-Təala ilə
mələkləri arasında belə bir
söhbət oldu.
- Onlar Məni görüblərmi
ki,belə öyürlər?
- Xeyr! Səni görməyiblər,ya
Rəbbi! Əgər Səni görsəydilər
onda Sənə daha çox ibadət
edər,Səni daha çox zikr
edərdilər.
- Yaxşı, onlar Məndən nə
istəyirlər?
- Səndən cənnəti istəyirlər,ya
Rəbbi.
- Cənnəti görüblərmi?
- Xeyr,ya Rəbbi.Əgər cənnəti
görsəydilər, onu daha çox
istəyər və cənnəti qazanmaq
üçün daha çox çalişardılar.
- Bəs mənim bu bəndələrim
cəhənnəmi görsəydilər,nə
edərdilər?
- Onda, cəhənnəmdən daha
çox qorxar və ora girməmək
üçün daha diqqətli
yaşayardılar.
- Siz şahid olun, mən bu
bəndələrimin hamısını
bağışladım. Onları cənnətimə
qəbul edəcəyəm. Onlar
cəhənnəm alovundan uzaq
olacaqlar.
Bu vaxt bir mələk dedi:
- Ya Rəbbi! Ancaq aralarında
birinin niyyəti Sən deyildin.O
kəs oraya söhbətə qulaq
asmaq üçün gəlməmişdi.
Niyyəti başqa idi.
Bu sözlərdən sonra Haqq-
Təala belə buyurdu:
- Mən bu məclisdə iştirak
edən bəndələrimin
hörmətinə onu da
bağışladım.Çünki, onlar elə
gözəl bir topluluqdur
ki,onlarla bir yerdə olanlar
cəhənnəmlik ola bilməzlər.
Hekayədən çıxan nəticə:
Mömünlərin söhbətə su və
çörək qədər ehtiyacı
var.Xüsusilə, şeytan və
köməkçilərinin min bir yolla
insanları düzgün yoldan
çıxartmaqa çalışdıqları bir
vaxtda...Axır zamanlarda
şeytanın peşəkarcasına
hazırladıqı dəhşətli fitnələri
arasında boğulan
mömünlərin nəfəs
almaqa,mənəvi
rahatlıqa,dərdləşməyə
ehtiyacı var.Ona görə söhbət
məclislərinə mütəmadi
getmək lazımdır.Bunu da
unutmamaq lazımdır ki,Haqq-
Təala elmi məclislərdən,adı
xatırlanan yerlərə
gələnlərdən razı olur və
onların hörmətinə aralarında
olanları da bağışlayır...
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar