Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamı qəbul edən Sənan qardaşımızın sevinci

Allaha həmd olsun ki, istədiyinə hidayət verir və istəyi olanları öz doğru yoluna yönəldir. Bu yaxınlarda müsəlman bir qardaşla tanış oldum. O bir dağ yəhudisidir. Azərbaycanda doğulub boya başa çatıb və ailəsinin istəyi ilə İsrailə, öz əsas vətənlərinə, Okka şəhərinə köçüblər. Amma orada islamı qəbul edib və mənə öz təəssüratlarını danışdı. Onun valideynləri yəhudi olsa da artıq Allah Təala onu islama hidayət edib və bizim müsəlman qardaşlarımızdan biridir. O təəsüratlarını bizimlə bölüşür. Ondan islamı necə qəbul etdiyini soruşduqda belə dedi:

Bismilləhi-R-Rahmani-R-Rahim!
Əlhamdulilləhi Rəbbil aləmin!
Vəs Səlatu vəs Səlamu alə Rasulullahi Kərim sallallahu aleyhi va ala alihi va sahbihi va sallimən təslimən kəsirən!
Əs-sələmu aleykum va rahmatullahi vabarakatuh!
Mənim adım Sənandır, künyəm isə Abdullah, Mən Dağ Yəhudisiyəm. Bizdə adət ənənə, inanc Allaha şərik qoşmaqdır. Allahı qoyub, nəzərimizdə, inancımızda olan muqəddəslərə sitayiş edirik. Halbuki Allah bizi yardanda onlardan soruşmamışdı ki, bu qulumu yaradım ya yox. Şirkimiz yəhudilərin evlərindən başqa pirlərə də çox vaxt getməyimiz idi. Allah bizi öldürəndə soruşmayacaq ki, ey filan pir bu qulumu öldürüm ya yox? Amma bu gün nəinki biz yəhudilər, bütün dinlərin sahibləri, müsəlmanlar belə cahilcəsinə Allaha şərik qoşurlar. Hələ də Lə İləhə İlləllahın mənasını bilməyən nə qədər insanlar var. Allah bütün müsəlmanları şirkdən və cahillikdən qorusun. Amin!
2004-cü ilin Sentyabr ayının 5- dən Israilə köçdük. O günlərdə özümüzlə gətirdiyimiz imam Əlinin (Allah ondan razı osun), Mir Möhsün Ağanın, Seyid Ibad ağanın, yəhudi "muqəddəslərinin" şəkillərinə baxıb onlardan kömək umurduq. Bir gün Bakıdan gətirdiyim "Isa" adlı video kaseti tapdım, yandırdım. Çünki həmin kino həzrəti Isanın (a.s) həyatından idi. Xaçpərəstlər çəkmişdilər və orada Isanı Allahın oğlu kimi qələmə verirdilər, məndə o inanclara inandım. Əstəğfirullah, düzdür baxmayaraq ki, kinonu xristiyanlar çəkiblər, mən özümü yəhudi sayıb, deyirdim ki, siz düz demirsiz. Isa (ə.s) Peyğəmbər və Allahın oğlu olub.
Başıma kipə qoyub (yəhudilərin başına taxdığı papaq) gəzirdim, şənbə günləri Sinaqoqa gedirdim.
Bir gun dərsdən qayıdıb gördüm ki, atam, anam və bacım evdə deyillər. Onlar Akko şəhərinə getmişdilər. Üstündən bir neçə saat keçdi ki artıq qayıtmışdılar. Mənə dedilər ki, təzə evə köçürük. Mən o an şok vəziyyətində idim. Fikirləşirdim ki, orada olanlar hamısı ərəb, mən isə yəhudiyəm, mənim onların içində nə işim var?!
Səhəri gün atam, qardaşım və qohumumla mən də (qohumumuz həmdə maklerdir) həmin şəhərə təzə evimizə baxmağa getdik. Ev mənim də, qardaşımın da xoşuna gəldi və razılıq verdik ki, həmin evə köçək.
Sən demə bura Yəhudi ölkəsi olsa da bu Akko şəhəri Allaha həmd olsun ki, müsəlman şəhəri imiş. Bu şəhərdə 10-a yaxın məscid var və həmin məscidlərdə Azanın səsi bütün şəhərə yayılır. Mən bu şəhərdə olanda da özümü yəhudi adlandırır və yenə Allaha oğul isnad edib, Allaha şərik qoşurdum. Əstəğfirullah. Bu günahıma görə Allah məni bağışlasın. Amin! Bir gün qardaşımla mən evdə tək idik. O, öz otağında oturmuş, mən isə qonaq otağında İbrahim Tatlısəsin “İbo Şou” verlişinə baxırdım. Birdən heç vaxt eşitmədiyim qeyri-adi səs eşitdim. Bu səs çox ucadan gəlirdi. Səs gələndə mən diksindim. Eyvana çıxıb təxminən heç vaxt eşitmədiyim, mənasını bilmədiyim belə sözlər eşitdim: “Hayya alas Salah…” Xoşuma gəlsədə, qəlbimə rahatçılıq versədə kiməsə deməyə çəkinirdim. Çünki müxtəlif söz söhbətlərdən qorxurdum. Qorxurdum ki, birdən mənə deyərlər nə oldu, indi də müsəlman oldun?
Həmin hadisədən bir neçə gün keçdi. Artıq mən Azanı hər gün eşidirdim. Azan başlanan vaxt anamla, ortancıl qardaşım pəncərənin qabağına qaçıb dua edirdilər. Onların bu hərəkətlərini görüb məndə həvəslənirdim. Düzdür, heç kimə heç nə demirdim. Çünki qorxurdum ki, dinimi dəyişdiyimə görə mənə tənə edələr.
Bir dəfə dərsdən çıxanda İr Atikada (Köhnə şəhər deməkdir, bizdəki İçəri Şəhər kimi) məscidin yanında dayandım. Məscidə girmək istəyirdim, amma qorxurdum. Fikirləşirdim ki, mən yəhudiyəm və ora necə girə bilərəm. Həmin gündən sonra anama Qurani Kərimin rus dilində olan tərcüməsini aldım. Amma, O kitabı anama alsam da mən özüm oxuyurdum. Quranı oxuduqda gördüm ki, orada bütün peyğəmbərlərin adı çəkilir. Amma yəhudilər İsanı (ə.s) və Məhəmməd peyğəmbəri (s.ə.s) ələ salıb onları peyğəmbər saymırlar. Buna görə də öz-özümə başladım fikirləşməyə ki, görəsən bu niyə belədir. Bir gün yuxuda gördüm ki, mən Qüdsdəyəm. Kimsə mənə deyir ki, sən müsəlman olmalısan (amma yalnız səs eşidirdim, bunu deyəni görmürdüm. Burada olan müsəlman qardaşlar mənə deyirlər ki, bəlkə də o sözü sənə deyən peyğəmbərdir). O dəqiqə yuxudan dik qalxdım. Tamamilə tərləmişdim. Həm də bu tər soyuq tər idi və ürəyim isə döyünürdü. Həmin hadisədən sonra daha yatmadım. Yuxum qaçmışdı. Fikirləşməyə başladım. Görəsən bu nə demək idi?
Bir gün yenə İr Atika tərəfindən keçirdim. Birdən həmişə eşitdiyim tanış sözləri eşitdim. Allahu Akbar! Allahu Akbar! İndiyə qədər qulaqlarım o günki kimi səs eşitməmişdi.
Məscidə daxil oldum. Allaha həmd olsun ki, məsciddə heç kim mənimlə danışmadı. Yoxsa görəcəkdilər ki, müsəlman deyiləm. Məsciddə 5-10 dəqiqə oturandan sonra çıxdım. Həmin gündən sonra hər dəfə məscidə gedirdim. Elə hesab edirdim ki, ora pirdir və ona görə ora pul qoyurdum. Bu minvalla həmin məscidin qapıçıları məni çox istəməyə başladılar. Bir gün Cümə günü idi. Mənim də bu gün haqqında heç bir məlmatım yox idi. Bu günün nə olduğunu bilmirdim. Məscidə gedəndə gördüm ki, camaat küçədə oturub və məscidin içərisinə izdihamdan girmək olmur. Allahın istəyilə o qədər adam var idi ki, fikirləşdim ki, məndə bu camaatla oturmasam yaxşı olmaz. Ona görədə gedib onların yanında oturdum. Həmin gün küləkli Aprel günlərindən biri idi. Bir az oturmuşdum ki, yenə də həmin Azan səsini eşitdim və yenə də Azan verilirdi. Azandan sonra hamı tez-tez ayağa durdu və məndə durdum. Hamıya fikir verdim, gördüm ki, hamı əllərini qaldırdı, sonra qarınlarının üzərinə qoydu. İki rəkat namaz qıldıq. Bilmirəm niyə, amma içim, qəlbim çox rahat idi. Məsciddən çıxandan sonra dedim ki; “Allahım, mən neylədim, axı mən yəhudiyəm”!
Evə gəldim və anamı bir kənara çəkib dedim ki, ana mən məsciddə namaz qılmışam. Anam mənə dedi ki, necə qılmısan, sən axı namaz qıla bilmirsən? Məndə dedim ki, camaat nə edirdisə məndə təkrarlayırdım. Sonra mən həftədə 3-4 dəfə camaatla namaz qılmağa getdim. Amma fərzin və sünnətin nə olduğunu bilmirdim. Elə camaata qoşulub namaz qılmaqla rahatçılıq hissi keçirirdim. Vaxt gəldi və atam namaz qılmağımı bildi, amma hələ heç nə demədi. Sonra mənə acıqlanmağa və üstümə qışqırmağa başladı ki, günahdır, belə eləmək olmaz. Bizim öz dinimiz var. Sən axı yəhudisən. Sənin başına təflim qoyublar (Yəhudilər 13 yaşına gəldikdə uşağın başına papaq qoyurlar və bu yaş həddi büluğ yaşı hesab olunur). Sənin atan müsəlmandır ki, sən məscidə gedib namaz qılırsan? Məndən soruşdu ki, birdə gedəcəksən? Məndə yox cavabı verdim və ürəyimdə Allaha yalvardım ki, Ya Allah! Atama yox cavabı verdiyim üçün və yalan danışdığım üçün məni bağışla. Mən düşünürdüm ki, atamı aldadıram. Vaxt keçirdi və mən əsgərliyə getməli idim. Namazla bağlı olaraq bilmirdim ki, nə edim. Burada olan şeyx Samir Asi dedi ki, sən uzanan yerdə də namaz qıla bilərsən. Ayaq üstündə də namaz qıla bilərsən. Amma sən hələlik qılma, sonra tövbə edib yenidən namazına davam edərsən. Sonuncu günlər idi. Mən heç vaxt Allaha belə iman gətirməmişdim. İmanım çox güclənmişdi. Qəlbim rahatlaşmışdı. Fəcr namazından bir saat əvvəl qalxıb, qılmadığım namazların qəzasını qılıb, 1 həftə içərisində Quranı xətm etdim.
2006-cı ilin Aprel ayının 26-da əsgərliyə getdim. Bakıdan bir müsəlman qardaş dedi ki, əgər su olmasa təyəmmüm et. Namaz qılmağın qaydasını da öyrətdi və tapşırdı ki, uzana-uzana namazlarını qılmağa davam edərsən. Elhamduluillah sehere yaxin(Fecrin vaxtinda)oyanib uzana izana gun erzinde galdigi namazlari gilib(yorgun oldugum uchun namaz vaxti yuxuya gedirdim ona gore yeniden gilirdim)Fecri de gilib,durub hazirlashirdim"podyoma".Elhamdulillah shenbe gunleri gayidirdim eve,ve meschidden el chekmirdim,bazar gunu seher ssat 6:30 evden cixirdim ki avtobusa minib bazamiza chatim..
2 hefte bele surdu,gordum ki heddinden artiq chetindir namaz gilmag,chunki butun gunu gachiriq.Gece yuxudan durub namaz gildigim vaxti ushag kimi aglayim Allahdan megfiret ive komek isteyirdim.Elhamdulillah bir gun ayaqim gachdigima gore berk agrayirdi,getdim hekime,hekime dedi ki bilirem,seni tek bir otagda goyacam yatmaga(onlar chashib hele bilmishdiler ki mende bashga bir problemdir).Mende bilmirem niye amma bashladim aglamaga,apardilar yeni otagima(xestexananin punktunda)dediler ki burada yatacagsan,men bilmirem neden amma aglamaga devam edirdim,sonra fikirleshdim ki ne qeder cox aglasam o qederde yaxshidir.Elhamdulillah tek olduguma gore namazlari ayag uste gildim,duzdur Qiblenin hansi terefde oldugunu bilmeye bilmeye.
Seher durub normal terzde Fecri gilib"podyoma"hazirlashdim,ozude ki o gun bizlere ashagi dushurdum silahdan ates achmagi oyretmeli idiler.Mende ora dushub bashladim aglamaga ki gorxuram silahdan(bele etdim ki hele bilsinler ki ruhi xesteyem)guc bala ile goturdum,sonra bashladim demeye ki anami isteyirem,apardilar meni psixiatrin yanina,yoxladi ve dediki yaxshi get.O gun bilmirem neden amma goz yashlari dayanmirdi gozumden yene gorduler ki aglayiram meni(starshina vzvoda)nin yanina apardilar,sorushdu niye aglayiran ne olbu sene?Cavab verdim ki anami isteyirem anamsiz gala bilmirem.Danishdiq onunla dedi ki get bir azdan axsham yemeyinin vaxtidir.Elhamdulillah burada eskerlikde telefon ishletmeye icaze verirler,atama zeng vurub her sheyi danishdim bashladi gishgirmaga eflowers ki sesimden aglayiram,mashina minim ibrani dilini yaxshi bilen 2 gohumumuzla geldi(menim bazam profilim 64 olduguna gore yaxin yerde idi Livanla serxede yaxin Karmiel sheherinin daglarina yaxin ereb kendlerinin yaxinliginda).Bashladim atamin yaninda aglamaga ki eve isteyirem(Allah Shahiddirki men bunu Onun Dinine gore etdim!)O gun meni eve buraxdilar dediler ki sabah saat 8-de gel bashga psixiatrla danishacagsan.Geldik atam gili icheri buraxmadilar bazaya,tek men ve komandirim girdik,hemen psixiatrla gorushdukden sonra dedi ki sene 21 profilini verirem(Azerbaycan da buna 9 B deyirler).Chixdim atama dedim atam bashladi gishgirmag ustume,yeniden gayitdiq o psixiatrin yaninda komandirimle deyeq ki razi deyilem,komandirim dedi ki otur burada,Vallahi orada gulaqima Azan sesi geldi!Duzdur orada Meschidler var,amma adamin aglina gelmezki ereb kendlerinden o boydana daqin ustune Azan sesi gelecek!Allahin Mocuzesi idi bu!Bashladim yeninden Azan sesinden aglamaga,girdim psixiatrin yanina,dediki sene 21 profili verirem,ustune mohur vurub verdi mene!
Atamin hali orada pis oldu,dedilerki siz apellyasi vere bilersiz bunun uchun siz gelen heftenin bazar ertesi gunu Hayfa sheherinin 10 nomreli Xestexanasinda olmalisiz(Herbi xestexanadir).Oraya getdik dediler ki 21 profili veribler buna,amma ruhi xesteliyine gore yox ayaglarinda olan yaniglara gore!
Elhamdulillah cox sevindim,indiye qeder bu 21 profil mene problemler yaradir,amma men Allahima inanib On tevekkul edenlerden oldum InshaAllah!
Bele olur ki indiye qeder atam gili evdedirse ya bloka cixib giliram namazi,ya 6 mertebeli binanin daminda,eger mescide gede biliremse mescide.
Elhamdulillah Allahin Dinindeyem!
Mene Allah yeter!Ondan bashqa ibadete layiq olan mebud yoxdur!Men Ona tevekkul etdim!O,Boyuk Ershin Sahibidir!


Tarix: 08.05.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 683 Bölmə: Maraqlı melumatlar
loading...