Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MUQİT

əl-Muqit – «Allah hər şeyə azuqəsini (ruzisini MUQİT) verəndir». (ən-Nisa 85). «Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb isteva edən, hər işi yoluna qoyan Allahdır». (Yunus 3). Muqit – hər insana və heyvana zamanına görə azuqəsini verən deməkdir. Allah bütün canlıların ruzi və azuqələrini varlılıqlarını davam etdirəcək şəkildə verəndir, sonda isə onlar üçün müəyyən bir müddət bitdikdə azuqələrini kəsərək varlılıqlarına son verəndir. Digər mənası: Muqit – bir şeyi qoruyan, güclü və qüvvətli, ruzi verən – deməkdir.
İbn Abbas (r.a) deyir ki: «Muqit - Muqtədir güc və qüvvət sahibi, əməllərin qaşılığını verən deyə açıqlamışdır».
Mucahid deyir ki: «Şahid, görən, hesablayan» deməkdir.
Qatadə və İbn Kəsir deyirlər ki: «Qoruyan» deməkdir.
(Qurtubi 1/273, İbn Kəsir 2/144, Beyhəqi s. 47. )


Tarix: 05.05.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 35 Bölmə: Maraqlı melumatlar
loading...