Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd (s.a.a.) Ilə Şeytanın Danışığı

Bir gün Muhəmməd peyğəmbər (s.ə.s)
məsciddən çıxarkən bir kənarda beli
bükülmüş şeytanı görür. Peyğəmbər
(s.ə.s) ona yaxınlaşıb onu söhbətə
tutur:
- Ey lənətlik sənin söhbət yoldaşın kimdir?
* Sələm verənlər
- Dostun kimdir?
* Zina edənlər və yalan danışanlar.
Çünki ilk yalanı mən danışmışam.
- Yataq yoldaşın kimdir? * Sərxoşlar
- Qonağın kimdir?
* Oğrular
- Sözünün nuru nədir?
* Nigahın pozulması
- Sevgilin kimdir? * Gündəlik və cümə namazlarını tərk
edənlər
- Qəlbini nə qırır?
* Allah yolunda edilən cihad.
- Səni qurudub məhv edən nədir?
* Tez-tez "Əstəğfur" deyilməsi. Bu zaman mən xəstə oluram.
- Gözünü kor edən nədir?
* Gecə namazı
- Belini nə qırır?
* Gündəlik qılınan namazlar, xüsusən
də camaat namazı Yalandan and içənlər mənim
sevgilimdir. Onlar hər dəfə yalandan
and içdikdə mən onlara daha yaxın
oluram. İnsan nə zaman namaza
gedmək istəsə onu vəs-vəsə edirəm.
Onu tutub deyirəm: "Hələ namazın vaxtına var, sən də məşğulsan, işini
gör, sonra gedərsən. O da namazın
vaxtı keçəndən sonra qılar, bu isə
fəzilətli namaz olmaz. Hələ insan namaz
qılarkən onu o tərəf, bu tərəfa
baxmağa, tez-tez qılmağa vadar edirəm. Daha sonra insanı barmaqlarını
şaqqıldadmağa vadar edirəm, bu
zaman isə o Allaha yox, mənə ibadət
etmiş olur.
Ey insanlar, görün şeytan bizimlə necə
oyun oynayır!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...