Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəstəmaz

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,, buyurmuşdur: «Əgər ümmətimə çətinlik gətirə biləcəyimdən qorxmasaydım, onda onlara hər dəstəmazda misvakdan istifadə etməyi əmr edərdim».
Hədisi Malik, Əhməd və Nəsai rəvayət etmişdir, İbn Xüzeymə səhih hesab etmişdir. Buxari bu hədislə bağlı digər bir rəvayəti qeyd etmişdir.
2.Əlidən rəvayət olunur ki, Peyğəmbər, (sav), dəstəmaz alarkən başına bircə dəfə məsh çəkərmiş.
Hədisi Əbu Davud və Nəsai rəvayət etmişdir. Tirmizi isə onu səhih isnadla rəvayət etmişdir, lakin Tirmizi demişdir ki, o bu mövzuda ən doğru cavabdır.

3.Humran Mövla Osmandan rəvayət olunur ki, Osman dəstəmaz almaq üçün su gətirilməsini xahiş etdi. Əllərini üç dəfə yudu, ağzını yaxaladı, burnuna su çəkib təmizlədi, sonra üzünü üç dəfə, daha sonra sağ əlini dirsəyə qədər üç dəfə və sol əlini də bu minvalla üç dəfə yudu, sonra başına məsh çəkdi, daha sonra sağ ayağını topuqlara qədər üç dəfə, sol ayağını da bu qayda ilə üç dəfə yuduqdan sonra dedi: «Allahın elçisinin dəstəmaz aldığım kimi dəstəmaz aldığının şahidi olmuşam». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

4.Abdullah ibn Zeyd ibn Asimdən rəvayət olunur ki, Allahın elçisi,(sav), dəstəmaz alarkən başına məsh çəkdi, əlini qabağa apardı və geriyə qaytardı.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Onların digər rəvayətində isə deyilir: «Başının əvvəlindən başladı və əllərini peysərinə qədər apardı, sonra onları geri qaytardı və yenidən əllərini peysərinə gətirdi, daha sonra isə onları məshə başladığı yerə qaytardı».

5.Abdullah ibn Əmrdən dəstəmazın keyfiyyəti barədə rəvayət olunur ki, Allahın elçisi,(sav), başına məsh çəkdi və iki şəhadət barmaqlarını qulaqlarına saldı, baş barmaqları ilə də qulaqlarının çöl hissəsinə məsh çəkdi. Hədisi Əbu Davud və Nəsai rəvayət etmiş, İbn Xüzeymə isə səhih hesab etmişdir.

6.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Sizdən biriniz yuxudan durduqda, burnunu üç dəfə yaxalasın, çünki şeytan gecəni onun burnunun deşiyində keçirir».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Əbu Hureyradan rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Əgər sizdən biriniz yuxudan durarsa, əlini üç dəfə yumamış qablara toxunmasın, çünki o bilmir ki, yatanda onun əlləri harasında olub».
Hədisi Buxari və Müslim rəvayət etmişdir, mətni isə Müslimə aiddir.

8.. Ləqit ibn Sabirədən rəvayət olunur ki, Allahın elçi¬si,(sav), buyurmuşdur: «Dəstəmazı tam şəkildə başa çatdır, barmaqların arasını yu və əgər oruc deyilsənsə burnuna suyu dərindən al». Hədisi Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, İbn Xüzeymə isə səhih hesab etmişdir.
Əbu Davudun digər rəvayətində isə deyilir: «Dəstəmaz aldıqda ağzını yaxala».

9.Osmandan rəvayət olunur ki, Peyğəmbər, (sav), dəstəmazda saqqalını darayardı.
Hədisi Tirmizi rəvayət etmişdir, İbn Xüzeymə isə səhih hesab etmişdir.


10.Abdullah ibn Zeyddən rəvayət olunur ki, Peyğəmbərə, (sav), müddün üçdəbirində(yer adı) su gətirərdilər və o su ilə qollarını dirsəyə qədər sürtmüşdür.
Hədisi Əhməd rəvayət etmiş, İbn Xüzeymə isə səhih hesab etmişdir.

11.Abdullah ibn Zeyddən rəvayət olunur ki, o, Peyğəmbərin, (sav), başı üçün götürdüyü sudan sonra qulaqları üçün də əllərini islatdığının şahidi olmuşdur. Hədisi Beyhəqi rəvayət etmiş və isnadın səhih olmasını demişdir, Tirmizi də onu səhih hesab etmişdir.
Bu barədə Müslimdəki digər bir rəvayətdə deyilir: «O başına əlinin suyunun artığı ilə deyil, əllərini yenidən isladaraq məsh çəkərdi». Bu daha məqsədəuyğundur.

12.Aişədən rəvayət olunur ki, Allahın elçisi,(sav), bütün işlərdə, təharətdə də, darananda da, ayaqqabı geyinəndə də sağdan başlamağı xoşlardı. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

13.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Dəstəmaz alarkən sağdan başlayın».
Hədisi Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, İbn Xüzeymə isə səhih hesab etmişdir.

14.Muğirə ibn Şubədən rəvayət olunur ki, Peyğəmbər, (sav), dəstəmaz alarkən kəkilindən başlayaraq əmmamənin üzərinə və xüfflərinə (dəri corablarına) məsh çəkdi. Hədisi Müslim rəvayət etmişdir.

15.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyrmuşdur: «Kim Allahın adını zikr etmədən dəstəmaz alarsa, onun dəstəmazı yoxdur».
(46)- Əhməd, 2/418; Əbu Davud, 101; İbn Macə, 399. Əlbaniyə görə hədis səhihdir.
(47)- Tirmizi 25, 26. Əlbaniyə görə hədis həsəndir

16.Əlidən rəvayət olunur ki, Allahın elçisi,(sav), dəstəmaz alarkən ağız və burnunu üç dəfə yaxalayar, suyu ağzına və burnuna su götürdüyü ovucu ilə aparardı.
Hədisi Əbu Davud və Nəsai rəvayət etmişdir.

17.Abdullah ibn Zeyddən rəvayət olunur ki, Allahın elçi¬si,(sav), dəstəmaz vaxtı əlini suya saldı, ağız və burnunu bir ovucdan yaxaladı. Bunu üç dəfə etdi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

18.Ənəsdən rəvayət olunur ki, Peyğəmbər, (sav), bir kişini dəstəmaz alarkən, ayağında dırnaq boyda yerə su dəymədiyini görüb dedi: «Get lazımınca dəstəmaz al».
Hədisi Əbu Davud və Nəsai rəvayət etmişdir.

19.Ömərdən rəvayət olunur ki, Allahın elçisi,, buyurmuşdur: «Əgər sizlərdən biri lazımı səviyyədə dəstəmaz alıb sonra «Allahdan başqa ilahın olmadığına şəhadət edirəm, O təkdir və şəriki yoxdur və yenə şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir» deyərsə, Cənnətin qapıları onun üzünə açılmış olar». Hədisi Müslim və Tirmizi rəvayət etmişdir.
Digər rəvayətdə isə deyilir: «Allahım məni tövbə edənlərdən və təmizlənmişlərdən et».


Tarix: 26.04.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar
loading...