1. Quranın lənətlədiyi Quran oxuyanlar necə də çoxdur.
2. Səni (günahlardan)saxlayana qədər Quran oxumusan.Yox əgər saxlamayıbsa,Quran oxumamısan.
3. Cəhənnəmdə dəmirdən bir dəyirman var və onun başında günahkar qarılar,alimlər üyüdüləcək.
4. Ehey!Kim Allaha müştaqdırsa,onun sözünə qulaq asın.
5. Kim Allahın kitabının bir ayəsinə qulaq asarsa ,ona iki qat savab yazılar.Kim Qurandan bir ayə oxusa ,qiyamət günüdə həmin ayə onun üçün nura çevrilər.
6. Allah-təala buyurmuşdur: “Sözümü öz nəzərinə uyğun təfsir edən alim mənə iman gətirməmişdir.”
7. Dünyadan köçəndən sonra ümmətim üçün çox qorxduğum şey,Quranı yanlış yozandır.
8. “Allah-təala buyurmuşdur: Heç bir bəndə ,vacib buyurduqlarımdan Mənimçün daha əziz olan bir vasitə ilə mənə yaxınlaşmadı.Həqiqətən o, nafilə namazı ilə Mənə, onu sevməyimə qədər yaxınlaşar. Sevdiyimə görə onun qulağı olaram ki,onunla eşitsin,gözü olaram ki,onunla görsün,dili olaram ki,onunla danışsın və əli olaram ki,onunla zərbə vursun.Məni çağırsa,ona vğcavab verərəm və əgər məndən bir xahiş etsə,ona verərərəm.
9. Ey Əli!Bəndələr yaxşılıq etməklə öz xaliqlərinə yaxınlaşdıqa,sən ağıl istəməklə ona yaxınlaş ki,onlardan öndə olasan.
10.Kim (malı əlindən çıxdığına görə) qəmgin olana borc versə və onu geri almaqda güzəştçil olsa, əməli yenidən başlamışdır (günahı silinmişdir).Allah onun hər dirhəminin müqabilində,ona cənnətdən (dirhəmlərdən) min qintar (yüz rətl) əta edər.
11.Kimsə qardaşının ehtiyacı olarsa və o,borc verə biləcəyi halda bunu etməsə,Allah cənnəti ona haram edər.
12.Kim kasıba möhlət verərsə,Allah Onun kölgəsindən başqa bir kölgənin olmadığı vaxt ,ona Öz kölgəsindən pənah verər.
13.Kim möminə borc verərsə və imkanlı olana qədər (borcu geri almaqda) səbr edərsə,borcu ona qayıdanadək onun malı zəkat hesab olunmaz,namazda mələklərlə olar.
14.Kim duanın müstəcəb və qəminin uzaqlaşmasını istəyirsə,kasıba möhlət versin.
15.Qorxun kasıbın qarğışından!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar