Adəm övldanın düşmənləri olduqca çoxdur.Ona pis əməlləri gözəl göstərməyə şalışır,şəvhətə dəvət edir, həlaka sürükləyirlər.Bütün bunun səbəbi isə Adəm övladını həlak edici günahlar içərisində boğmaq istəyidir.Əgər Adəm övladı, düşmənlərinin tələsinə düşərək , günahlara qərq olsa demək onu qəlbini sıxıntı çəkəcək və darlıq his edəcəkdir.Bununlada düşmənlər onun Allahın rəhmətindən ümidini kəsməyinə nail olacaqlar.
Amma unutmaq olmaz ki, Uca Allahın tövbə qapıları həmişə üzümüzə açıqdır.Elə Adəm övladının ən böyük düşməni olan şeytanında istəyi budur.Şeytan istəyir ki, Adəm övladı artıq günahlarının bağışlanmayacağını düşünərəkümudsizliyə qapılsın.
Görün bu nəqədər çirkin bir istəkdir.
Amma Allaha sidq qəlblə inanan mömin heç vaxt bu düçüncə , bu çirkin etiqad sahibi olmalı deyil.
Mömin qardaş və bacılarım həmişə bu problemlə üzləşir və bu barədə çoxlu suallar göndərirlər.
Qardaş və bacılarım Allahın rəhmət qapıları həmişə üzümüzə açıqdır.Yetər ki, biz Allaha sidq qəlblə tövbə edək və Allahdan günahlarımızn bağışlanmasını diləyək.
Uca Allah , o qədər lütf sahibidir ki, tövbə edənləri sevir və sevinir.Burada bir az düşünək.
Bəlkə biz valideynlərinizə qarşı asi olsaq və sonra üzr diləsək, valideynlərimiz bizi əfv etsələr belə bəlkə sevinməzlər.Sadəcə bizi bağışlayarlar.
Amma Uca Allah nəyinki bağışlaıyr , üstəlik sevinir ki biz tövbə etmişik.
Görün bizim nə uca , nə gözəl rəbbimiz var.
Vay o kəslərin halına ki, Allah sevgisini dadmırlar.Bu gözəl nemətdən məhrumdurlar.
Üstəlik Uca Allah sidq qəlblə tövbə edənlərin günahlarını bağışlayır və dərəcələrini yüksəldir.
Bundan böyük nemət ola bilərmi.
Burada peyğəmbərimiz (sav)-in yüz nəfəri öldürüb tövbə edənin hekayəsini xatırlamaq hamımız üçün ibrət olardı.
O kəs ki, yüz nəfəri öldürdü sonra sidq qəlblə tövbə etdi və Uca Allahda onun tövbələrini qəbul edərək onu cənnətinə qoydu.
Bu hekayəni oxuyanda həqiqətn qəlbində zərrə qədər Allah sevgisi olanların gözündən yaş gəlir.Elə insanlarda vardır ki, göz yaşını tuta bilmir.
Bu hekayə ən böyük düşmən olan şeytanın vəsvəsəsinə uyaraq Allahın rəhmətindən ümidini üzənlərə ibrət olmalıdır.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Sizdən əvvəlki ümmətlərdən bir nəfər doqsan doqquz nəfər öldürür və yer üzərində ən bilikli kimin olduğunu soruşur.Ona bir rahibin yanına getməyi tövsirə edirlər. Rahibin yanına gəlir, doqsan doqquz nəfəri öldürdüyünü deyir və tövbəsinin qəbul olunmasını soruşur.
Rahib xeyr cavabını verir və rahibidə öldürməklə yüzü tamamlayır.Sonra yenədə yer üzərində ən bilikli adam haqqında soruşur və onu alimin yanına göndərirlər.Alimdən yüz nəfəri öldürdüm ,mənim tövbəm qəbul olarmı deyə soruşur.Alim bəli sənin tövbən qəbul olunar . Amma filan şəhərə get, orada salih insanlar yaşayır və birdə öz şəhərinə qayıtma.Çünkü sənin yaşadığın yerdə pis insanlar yaşayır.
Yola çıxıb gedərkən ölüm mələyi gəlir və canını alır.Bu an rəhmət mələkləri ilə əzab mələkləri mübahisə edirlər.
Rəhmət mələkləri: O, sidq qəlblə Allah tövbə etmişdi
Əzab mələkləri:O, heç vaxt ömründə xeyr iş görməyib.
Sonra insan şəklinə Uca Allah bir mələk göndərir və həmin mələkdə hansı yerə yaxın olduqlarını ölçmələrini buyuraraq deyir: Hansı yerə daha yaxındırsa o tərəf sahiblərini onu götürəcək deyir.
Ölçürlər və görülər ki, salih insanların yaşadığı yerə daha yaxındır və rəhmət mələklərini onu aparırlar.
Başqa bit rəvayətdə isə deyilir: Salih insanlar yaşayan yerə bir qarış yaxın idi.
(Müslim rəvayət etmişdir)
Ey tövbə etmək istəyən bacı və qardaşalrım, məgər , sizin günahlarınız Allah tövbəsini qəbul etdiyi adamkından daha çoxdurmu?
Bu öz nəfsinə günah işlər etməklə zülm edən bir nəfərin hekayəsi idi.
İnsanları qətl etməkdən daha böyük günah ola bilərmi?
O adamın qəlbində azcada olsa xeyr var idi və Allahın rəhmətindən ümidini üzməmiş və məyus olmamışdı.
Amma birinci dəfə alimin deyil, cahilin yanına göndərdilər.Rahib onun günahlarının çox olduğunu görərək yanlış fətva verdi və Allahın rəhmətindən ümidini kəsmək istədi.Buna görədə rahibi öldürdü.
İkinci dəfə yenədə ümidini üzmədi və alim haqqında soruşdu.Bu dəfə isə onu doğru ünvana göndərdilər.Bu qədər günahdan sonra tövbəsinin qəbul olunmasının mümkünlüyünü soruşdu.
Alim, təəccüblü halda, sənin tövbənlə Allah arasına kim girə bilərki cavabını verdi.
Uca Allah tövbələri qəbul edəndir deməklə bərabər onu salih insanlarla olmağa çağırdı.Ona yol göstərdi.Alim bilirdi ki, onun ətrafında ona mane olan pis insanlar yaşayır.
Buda bizim üçün dəlildir ki, kiminlə dostluq etməyimizə fikir verməliyik.
Bu hekayə Allahın rəhmətinin genişliyindən və tövbə qapılarının açıq olmasından xəbər verir.
قال الله : {قل يا عبادي الذين أسرفوا على أنفسهم لا تقنطوا من رحمة الله إن الله يغفر الذنوب جميعا إنه هو الغفور الرحيم( الزمر 53)
Uca Allah buyurur:
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!
(əz-Zumər , 53)
Kim zənn etsə ki, hansıa günahı Allah bağışlamaz o kəs rəbbinə qarşı pis zənn etmiş və özünüdə həlaka sürükləmişdir.
،( قال عز وجل : { ولا تيأسوا من روح الله إنه لا ييأس من روح الله إلا القوم الكافرون } (يوسف: 87
Uca Allah buyurmuşdur:
Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”
(Yusif, 87)
Lakin tövbəmiz sidq qəlbdən olmalı və günaha aparan yollardanda uzaq olmalıyıq.Necə ki, hekayə sahibi günahdan da uzaqlaşmağa səy göstərmişdi
Mömin heç zaman hər hansı bir balaca günah etsədə ona səhlənkar yanaşmaz və dərhal tövbə edər.O kəsin ki gözündə günahlar balaca görsənir , deməli Allah qatında o günhalar əzəmətlidir.Günha balacadır deyə, səhlənkarlıq edənlər özləini əslində məhfə sürükləyirlər.
İbn Məsud demişdir:
“Mömin o kəsdir ki, günah edəndə elə zənn edir ki dağın aşağısında dayanaıb və hər an qayalar başına düşə billər.Fasiq isə günah edəndə elə bilki üzünə milçəy qonmuş və əli ilə milçəyi qovmuş kimi təsəvvür edir.”
Dəyərli bacı və qardaşalrım.Uca Allahın tövbakar qulları olmaqla xoşbəxtliyə nail olmuş olarıq.
Uca Allahın tövbə qapıları həmişə açıdqdır.Uca Allah bəndəsi Ona tövə etdiyi zaman fərah hissi keçirir.(yni sevinir) Fərəhlənən Rəbbdən heç vaxt xeyir əksik olmaz.
Allah bütün müsəlman bacı və qardaşlarımızın tövbələrini qəbul etsin.
Ey Rəbbimiz sən bilirsənki biz sənin aciz bəndələrinik.Əllərimizi qaldıraraq, göz yaşları tökərək səndan bağışlanma diləyirik.Sən bağışlayansan.Sən bizə bağışlayacağını vəd etmisən.
Bizi bağışla,əfv eylə.
Əgər bizi qovsan, kim bizə rəhmət qapılarını açar ki! Kimə üz tuta bilərik ki!
Allahım sən rəhmət qapılarını bizim, ailəmizin, övladlarımızın və oxucularımızn üzünə bağlama.Sən bizə dünya və axirətdə xoşbəxtlik bəxş eyə və dünyanı tərk etdiyimiz vaxta gədər bu xoşbbəxtliyi bizdən əksik etmə.Çünkü biz acızık.Sənin rəhmətindən bir göz qırpımı belə uzaq qalmaq istəmirik.Sənə üz tutduq, Sənə yalvardıq.
Allahım bütün rəhmət qapılarını üzümüzə aç.
Tarix: 17.04.2013 / 17:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Maraqlı melumatlar