...Əgər mən Allaha və Rəsuluna qarşı olsam, mənə itaət etməyin...
***
...Dörd şeyi dörd yerə qoyun; * Yatmağı qəbirə. * Rahatı sirat körpüsünə. * Öyünməyi mizana. * Arzu və istəkləri CƏNNƏTƏ...
***
...Kitablar ağıllı insanların bağçaları, fəzilətli insanların gözəl qoxulu çiçəkliyidir...
***
...Öyünməyin! Həm torpaqdan yaradılmış, həm də torpağa dönüncə özünü qurdların yeyəcəyi insanın öyünməsi nəyə yarayar?!...
***
...Yetkin kimsə bağışlamağı borc, yaxşılıq etməyi fərz olaraq qəbul edər...
***
...Nə söylədiyini, kimə söylədiyini və nə vaxt söylədiyini unutma...
***
...Qohumlar arasında düşmənlik meşəyə düşən atəşdən fərqsizdir...
***
...Gözəl danışmanın sirri, lazımsız sözləri tərk etməkdir...
***
...Mal xəsislərdə, silah qorxaqlarda, qərar da zəyiflərdə olsa nizam xarabdır...
***
...Özünə qəbir deyil, özünü qəbirə hazırla...
***
...Haramı tərk etmək, halalı tələb etməkdən yaxşıdır...
***
...Qəbrə azuqəsiz girən, gəmisiz dənizə çıxmış kimidir...
***
...Qonşunla münaqişə etmə, çünki qonaqlar gedər, o qalar...
***
...Nəfsini islah et ki, xalq da sənə bağlanmış olsun...
***
...Səbr edin, hər şeyin başı səbirdir...
***
...Ürək qatılığı, çox yalan və həsəddən meydana gəlir...
***
...Doğruluq əmanət, yalançılıq xəyanətdir...
***
...Yığcam danışmanın sirri, fuzuli sözləri tərk etməkdir...
***
...Səni anlamaqdan aciz olduğunu anlamaq, həqiqətən səni anlamaq deməkdir...
***
...Hz. Məhəmməd'ə itaət edən bilsin ki, O öldü. Allah'a ibadət edən bilsin ki, Allah ölməz. Hz. Məhəmməd'in ölümündən sonra müsəlmanlara təskinlik verən sözü...
***
..Bu dörd xüsusiyyəti daşıyan Allah'ın yaxşı qullarındandır: Tövbə edənə sevinən, günahkarın bağışlanmasını diləyən, pisin-(islahı üçün) dua edən, yaxşıya kömək olan...
Tarix: 04.06.2013 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar