Allahın çox bağışlayıcı olduğunu, tövbə imkanının daima sizin üçün var olduğunu unudmayın.
Siz hər hansı bir xəta etsəniz onu bir daha təkrarlamamaq şərtilə peşmanlıq çəkib Allaha yönəlsəniz, Ondan bağışlanmanızı diləsəniz O sizin tövbələrinizi qəbul edər. Allah Təala Zümər 53-də buyurur: (Ey Peyğəmbər) de ki: Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümüdsüz olmayın. Allah (tövbə etdiyinizdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.
Unudmayın ki, ölüm sizə gəlib çatanda etdiyiniz tövbə qəbul olunmaz
Hamının tanıdığı Firon dənizdə boğulduğu an iman etmiş, Allaha yalvarmağa başlamışdı. Ancaq Allah onun tövbəsini qəbul etməmişdi. Allah Təala Nisa 17-də buyurur: Günah işlər görməkdə davam edərək ölüm yetişən anda "Mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbələri qəbl olunmaz. Biz onlar üçün şiddətli əzab hazırlamışıq.
Allahın sonsuz səbrini unudmayın
Əgər bir insan günah işlərsə o özünə zülm etmiş sayılır. Allah insanın özünə etdiyi zülmə görə ona tövbə üçün vaxt (əcələ qədər) verir. Əgər həmin adam günahının ardından tövbə edib bir daha həmin günahı təkrarlamazsa onda Allah onu bağışlar. Allah Təala Nəhl 61-də buyurur: Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzərində heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə onlar bircə saat belə nə yubanar, nə də tələsərlər.
Allaha qulluq etmənizdən başqa yolunuz olmadığını unudmayın
Allah Təala Zariyat 56-da buyurur: Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.
Nəticə olaraq RƏBBİNİZ OLAN ALLAHI UNUDMAYIN.
Allah Təala Enam 101-103-də buyurur: O göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir rəfiqəsi yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir. O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O hər şeyə vəkildir. Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır.
Sizi Yoldan çıxardmaq üçün var gücüylə çapalayıb çalışan şeytanın varlığını unutmayın.
Allah Təala Yasin 60-62-də buyurur: Ey Adəm övladı. Məgər Mən (dünyada) sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir" deyə buyurmadımmı? Həqiqətən şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
Sizi Allahdan, Dindən və Qurandan uzaq tutmağı özünə hədəf seçən bir düşməniniz olduğunu yaddan çıxartmayın.
Çünki o sizi bir an da olsun unutmur, pusquda gözləyir. Şeytan Allaha baş qaldıraraq qullarını yoldan çıxaracağına söz vermişdir. Allah Təala Əraf 11-18-də buyurur: Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah İblisə: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu " deyə buyurdu. İblis: "Mən ondan daha yaxşıyam (üstünəm) , Sən məni oddan, onu isə palçıqdan yaratdın." dedi. Allah buyurdu: "Oradan (cənnətdən) aşağı en. Orada (Cənnətdə) sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən." İblis dedi: "Mənə qiyamətə qədər möhlət ver." Allah buyurdu: "Sən möhlət verilənlərdənsən" İblis dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini sükr edən görməyəcəksən " Allah buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan hər kim sənə uysa, (cəzasını alacaq) . Əlbəttə Cəhənnəmi sizin hamınızla dolduracağam "
Yuxarıdakı ayələrdən aydın olduğu kimi şeytan insanın açıq düçmənidir. Qovulmuş Şeytan sizi cəhənnəmə soxana qədər rahat etməyəcək.
Bu halda ona qarşı hər an oyaq olmanız , onun heç bir çağrısına qulaq verməmənizi unutmayın
Allah Təala Sad 85-də buyurur: Mən mütləq cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam.
Siz şeytanın möminlərə gücü çatmadığını bilin.
Ayələrdən məlum olur ki, şeytanın gücü yalnız səmimiyyətlə iman etməmiş kimsələrə çatır. Allah Təala Hicr 39-40-da buyurur: İblis dedi: "Ey Rəbbim. Məni rəhmətindən kənar etməyinə and içirəm ki, mən də insanlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa "
Əlbəttə möminlər də xəta edirlər. Amma onlar Allahın rəhmətindən heç vaxt ümüdlərini kəsməzlər. Allah tez tövbə edib günahlarının bağışlanmasını istərlər. Allah Təala Nəhl 99-100-də buyurur: Həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir. Unutmayın ki, şeytan özü kimi sizi də hörmətsiz, itaətsiz, kibirli, əxlaqsız olmanızı, Allahın xoşuna gəlməyən hər cür hərəkətləri etmənizi istər. Allaha qarşı zənn etmənizi istər. Allah Təala Qurani Kərimdə bütün bunların qarşısını alır. Allah Təala Bəqərə 168-169-da buyurur: Ey insanlar. Yer üzərindəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar işləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edər.
Allah Təala Bəqərə 268-də buyurur: Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər. Allah isə əksinə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allahın mərhəməti genişdir. Allah hər şeyi biləndir.
Ən maraqlısı ondadır ki, şeytan insana onun törətdiyi pis, əxlaqsız əməlləri gözəl, bər-bəzəkli göstərir. Allah Təala Ənam 43-də buyurur: Barı əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara bər-bəzəkli göstərmişdi.
Və beləcə davam edərək həmin insanlar Allahın ayələrindən uzaqlaşarlar. Allah Təala Əraf 175-də buyurur: (Ya Məhəmməd) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.
Şeytanın fərqli insanlar üçün fərqli taktikalar seçdiyini və sizin də zəif yerinizdən vurduğunu unutmayın.
Şeytan adətən insanın beynində uzun vədəli planlar qurur və onun başını bu planlarla məşğul edir və onu Allahı yada salmasından bu cür çəkindirir. O sizi Allahı unuddurmağa çalışır. Allah Təala Mücadələ 19-da buyurur: Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Xəbəriniz olsun ki, Şeytanın firqəsi - məhz onlar, ziyana uğrayanlardır.
İnsanlar arasına kin və düşmənçilik soxan ancaq və ancaq şeytandır.
Allah Təala Məryəm 83-də buyurur: (Ey Məhəmməd) Məgər kafirlərin üstünə onları yoldan çıxardıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
Şeytanın varlığını unudan bir insan öz başındakı fikirlərin onun öz fikirləri olduğunu düşünür, amma əksinə bunlar hamısı şeytanın vəsvəsələridir. Allah Təala Əraf 200-201-də buyurur: Əgər sənə şeytandan bir vəsvəsə gəlsə Allaha sığın. Şübhəsiz Allah eşidən və biləndir.
Şeytanın ən böyük vəzifəsi unuddurmadır. Şeytan insana ona lazım olan şeyləri unuddurur. Nəticə olaraq şeytan da Allahın yaratdığıdır. Və o ancaq inkarçıları azdıra bilər.
Şeytan bu dünyada cahillərə özünü necə yaxın dost göstərsə də qiyamətdə onları tək-tənha buraxacağını unudmayın.
Allah Təala İbrahim 22-də buyurur: İş bitdikdə (cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə daxil olandan sonra) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək. ?Allah (peyğəmbərlər vasitəsilə) sizə (sizə pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdir, mən də sizə vədettim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim süzün üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabə edə biləcək bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni Allaha şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim).? Həqiqətən zalimləri şiddətli əzab gözləyir.
Nəbadə unudasınız ki, dünyada şeytanın vəsvəsələrinə uyan, onun yolu ilə gedənin yeri axirətdə cəhənnəmdir. Allah Təala Məryəm 68-də buyurur: (Ey Məhəmməd). Rəbbinə and olsun ki, biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik. Başqa bir ayədə (Fatır 6) Allah Təala belə buyurur: Həqiqətən şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır.
Nəticədə sizin cəhənnəmə düşüb orada əbədi əzab çəkməyinizi istəyən, bu yazıları oxuyarkən belə sizi gözündən bir an da olsa kənara qoymayan bir düşməninizin olduğunu unudmayın və onun vəsvəsələrindən qorunmaq üçün Allaha sığının.
DÜNYANIN KEÇİCİ BİR İMTAHAN YERİ OLDUĞUNU UNUDMAYIN.
Allah Təala Ənkəbut 64-də buyurur: Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır. Kaş ki, bilsəydilər. (Əgər bilsəydilər axirəti dünyaya dəyişməzdilər.)
Dünya üzərində hər şeyin bir səbəblə yaradıldığını unudmayın. Allah Təala Mülk 2-də buyurur: Hansınız əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir. Çox bağışlayandır.
Yuxarıdakı ayədən göründüyü kimi Allah insanı imtahan üçün yaradmış və onu müvəqqəti olaraq dünyada yerləşdirmişdir. Bu həyatda O qarşımıza çıxan hadisələrlə bizi yoxlayır. İnkarçıları ortaya çıxarır. Yəni bu dünya Allahın sevgisini qazanmaq üçün bir sınanma, imtahan yeridir. Buna görə insan dünyada etdiyi hərəkətlərə uyğun axirətdə öz yerini tutacaqdır. İndi yaşadığımız hər saniyə bizi ya cənnətə ya da cəhənnəmə yaxınlaşdırmaqdadır. Belədirsə onda siz bu an imtahanda olduğunuzu, bu imtahanın nəticəsinin sizin əbədi sonunuzu müəyyən edəcəyini və bu nəticənin çox yaxın olduğunu unudmayın. Bunu Allah Quranda Həşr surəsinin 18-cu ayəsində gözəl açıqlayır: Ey iman gətirənlər. Allahdan qorxun. Hər kəs sabah nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.
Allah insanı dünyanın keçici ləzzətindən çəkindirir. Onların heç birinin axirətdə ona kömək olmayacağını deyir. Çünki insan öləndə bütün var dövlətini bu dünyada qoyub gedir. Onun torpağa qoyulan bədəni çürüyəcək, dünyada həsədlə, rüşvətlə qazandığı pulu isə yerlə bir olacaq və qiyamətdə ona fayda verməyəcək. Ancaq özü təkbətək bütün insanlar kimi Allahın hüzuruna gələcək. Amma buna baxmayaraq insanların başları gündəlik işlərinə qarışır və ölümü, axirəti, qiyaməti unudurlar. Bütün həyatlarının bu dünyada olduğunu zənn edirlər. Allah Təala Casiyə 24-də buyurur: (Qiyaməti inkar edənlər) belə deyilər: ?Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, ölürük və dirilirik (biri ölür, dügəri anadan olur, biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır) bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidit, yaşa dolub qocalmağımızıdır) Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyil, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır) ?
Ancaq insanların gözardı etdiyi çox mühüm bir gerçək var. 30 yaşında bir insan düşünək. Ondan bu 30 ilin necə gəlib keçdiyin soruşanda çox tez deyə cavab verəcək. Və bu 30 ildə nələr etmisən sualına isə cavabı ən çoxu 3-4 saata izah edəcək. Bu insanın qabağında 30 il (Doğrusunu Allah bilir. Amma təxminən götürsək) durur. Bu illər də belə keçəcək. Həqiqətən dünyada yaşanan ömür çox qısadır. Allah Təala bunu Rum surəsinin 55-ci ayesində çox gözəl buyurmuşdur: Qiyamət qopacağı gün günahkarlar (qəbirlərində və ya dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə üz döndərdilər. (yoldan çıxardıldılar)
Allah Təala dünyada gözəlliklərlə bərabər bir çox çirkinliklər də yaradmışdır və dünyanın keçici olduğunu bir daha göstərmişdir. Fikir veriniz. Sevdikləriniz bir-bir ölməkdə, ətrafınızdakı ən gözəl insanlar yaşlanmaqda, xəstəliklərin biri keçib o birisi başlamaqda və sairə hadisələr davam etməkdədir. İnsan gözəlliyin, xoş anların heç vaxt ötüb keçməsini istəməz. Ancaq dünyada bu imkansıdır. Bəs insanlar nə etsinlər? Cənnət ! İnsanların bütün arzularının çin olacağı bir yerdir.
Sizlər əgər həqiqətən sonsuz nemətlər istəyirsənizsə onda dünyanın ardınca düşməməli, əksinə axirət üçün hazırlıq etməli olduğunuzu unudmayın.
Ancaq bəzi cahil insanlar bütün planlarının bu dünyada həyata keçəcəyinə inanırlar. Bütün gözəllik və zövqlərə dünyada çatmaq istəyirlər. Ancaq dünya nemətləri əksikdir. Cahil adamlar bilirlər ki, ölüm onların bu dünyadakı zövqlərinə son qoyacaq. Ona görə bu dünyada maksimum zövq almaq istəyirlər. Ancaq bütün bunlar əbəsdir. Bitib tükənməyən nemətlər Allaha imanla qulluq edən əsl möminlərin yurdu olan Cənnətdədir. İnkarçıların isə görəcəyi nemətlər ancaq dünyadadır. Allah Təala Əhkəf surəsinin 20-ci ayəsində belə buyurur. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): ?Siz dünya həyatında bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı) Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız. ?
Bir tələbə universitetdə oxuyanda ümid edir ki, universiteti müvəffəqiyyətlə bitirəcək. Ancaq bunu heç yaddan çıxarmamalıdır ki, o həmin günü görməyib ölə bilər. Ona görə nə qədər ölüm insanı haqlamayıb, o tez tövbə etməli, Allahdan bağışlanılmasını diləməlidir. Allah Təala Tövbə 126-da buyurur: Münafiqlər ildə bir-iki bəlaya düçar olduqlarını görmürlərmi? Bununla belə yenə tövbə edib ibrət almırlar.
Yenə də Ənfal 67-də buyurur: (Ey möminlər) siz puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir.
Yeganə Möminlərdir ki, həm dünya nemətlərinə, həm də axirət nemətlərinə qovuşacaqlar. Allah Təala Yunus 64-də buyurur: Onlara dünyada da, axirətdə də müjdə var. Allahın sözləri (verdiyi vəədlər) heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur.
HƏR AN ÖLƏ BİLƏCƏYİNİZİ UNUDMAYIN.
Allah Təala Cuma 8-də buyurur: (Ey peyğəmbər) de ki: ?(qorxub) qaçdığınız ölüm mütləq sizi haqlayacaq. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir?
Bir ətrafınıza baxın. Bütün insanlar, qohumlarınız, valideyinləriniz, dostlarınız hər bir insan daha əvvəl yaşamış milyonlarla insanlar kimi öləcəklər. Allah bu gerçəyi Ənbiya 35 də belə göstərir: "Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (dözüb dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq, ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız " ayətiylə göstərir. UNUDMAYIN. Nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə zəngin, nə kasıb heç kim öz yaxasını ölümdən qurtara bilməyib. Bütün bunları bilən insanların əksəriyyəti ölümü unudmağa çalışırlar. Allah Təala Qaf 19-da buyurur: Ölüm (ölüm bihuşluğu) həqiqətən gəlir. (Ey insan) bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir.
Siz bu sətirləri oxuyarkən ölümün necə yaxın olduğunu düşünürsünüz. Kim bilir bəlkə əlinizdəki bu kitabı oxuyub qurtarmadan ölüm sizi haqlayacaq. O halda nə badə ölümün sizə də, başqa insanlara da çox yaxın olduğunu unudmayın. Allah insana heç gözdəmədiyi zamanda ölüm mələyini göndərir. Olduğunuz otaqda anidən ölüm mələyini qarşınızda görə bilərsiniz.
Öldükdən sonra bədəninizin nə hala düşdüyünü heç bilirsinizmi?
Unudmayın ki ölüm əsla yox olma deyil. Əsl həyat ölümdən sonradır. Hər bir insan unudmamalıdır ki, ondan əvvəl yaşayan insanlardan sabahkı gününü planlayıb sabaha sağ çıxmayanlar olub. Ona görə siz heç bir xeyir iş görə biləməyəcəyiniz gün olan ölüm gününə çatmamış bacardığınız qədər xeyir iş görməli olduğunuzu unudmayın. Allah Təala Münafiqun 10-11-də belə buyurur: Birinizin ölümü çatıb :?Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!? deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Qiyamətin və hesab gününün mütləq baş verəcəyini unudmayın.
Allah Təala Həc 7-də belə buyurur: Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.
Bu saniyə qolunuzdakı saata baxın. Keçən bir saniyə sizi Allaha daha da yaxınlaşdırır. Sizin üçün müəyyən olunmuş vaxt gələcək. Sizin heç gözləmədiyiniz anda mələklər sizin canınızı alacaq. Bir anda dünyaya aid bütün işləriniz öz mənalarını itirəcək. Elə isə nə qədər ki, fürsətiniz var, dünyaya aid hər nə varsa yox olacağı, bu günə qədər bütün insanların olduğu yerdən qaldırılıb Rəbblərinə hesab vermək üçün biraraya toplanacaqları qiyamət gününü unudmayın. Allah Təala Ənbiya 1-də belə buyurur: İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərdilər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)
Siz o böyük sorğu-sual gününün gələcəyini və sizin də Allahın hüzurunda sorğuya çəkiləcəyinizi unudmayın. İnsan hər dəfə bir əməl görəndə və onun
üzərindən bir müddət keçəndə o əməl onun yadında qalmır. Amma insanların bütün əmmələri Allah qatında yazılıb. Allah Təala Qəmər 52-53-də belə buyurur: Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir. Hər bir kiçik və böyük günah (lövhi məhvuzda) yazılmışdır.
Kimsə 10 il bundan əvvəl Allahın xoşuna gəlməyən bir söz deyib. O da onun yadından çıxıb və elə zənn edir ki, Allahın da yadından çıxıb. Amma bu heç də onun fikirləşdiyi kimi deyil. İnsan unudur. Amma Allah unudmaz. Allah Təala Ali-İmran 29-30-da buyurur: (Ey Məhəmməd) de ki: ?Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxartsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir. O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir. ?
Daha sonra Allah Təala Mücadələ 6-da buyurur: Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların əməllərini (bir-bir) sayıb yazmış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir.
Sad surəsinin 26-cı ayəsində: (Ya Davud) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələ istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şüphəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
Allah Təala Quranda çox yerlədə Qiyamət gününün necə ağır bir gün olduğunu göstərir.
Məsələn Müdəssir 9-10: O gün (qiyamət günü) çox ağır bir gün olacaqdır. O gün, kafirlər üçün asan olmayacaqdır.
Və Yasin 52- Onlar deyəcəklər: ?Vay halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim qaldırdı?? (Onlara belə deyiləcək) ?Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş. ?
Və Məaric 11-15 Onlar bir-birinə göstəriləcəklər. (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar) O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını. Övrətini və qardaşını. (Çətin günlərdə ona sığınacaq verən əşirətini, qohum-əqrəbasını. Və yer üzündə olanların hamısını-təki özünü (Allahın əzabından) qurtarsın. Xeyr. (Bu mümkün deyil) Həqiqətən o cəhənnəm, alovlu atəşdir.
Və Hicr 2 Kafirlər (qiyamət günü) yəqin ki, müsəlman olmalarını istərdilər.
İnkarçıların əzab məkanı olan cəhənnəmə gedəcəklərini unudmayın.
Allah Təala Səcdə 13-də buyurur: Əgər biz istəsəydik hər kəsi doğru yola salardır, (imana müvəffəq edərdik), lakin mən "cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam" sözünü gerçək olaraq demişəm. (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb, doğru yolu özü taplmalı idi. Dində heç bir məcburiyyət yoxdur)
Cəhənnəm: Allahı inkar edib ömür sürən insanların əbədi əzab məkanıdır. Allahın atəş xalqı adlandırdığı insanlar cəhənnəmdə əbədiyyən qalacaqlar. Buna sübut olaraq Fəcr 25 göstərə bilərik: O gün Allahın etdiyi əzabı heç kəs edə bilməz. Və ya Müdəssir 27-29: (Ya Peyğəmbər) Sən bilirsənmi ki, Cəhənnəmin təbəqələrindən bir olan) Səqər nədir? O (heç kəsi sağ) qoymaz və yandırmamış buraxmaz. ( o cəhənnəm əhlinin bədənində ət qoymaz, sümük də saxlamaz) o insanı yandırıb yaxar.
Cəhənnəm xalqı (Allahın istəyi xaric) heç vaxt oradan çıxmayacaq, onların üzünə cəhənnəmin qapısı bağlanacaq və onlar cəhənnəmin alovları içində əbədiyyən qalacaqlar. Aşağıdakı ayələr də cəhənnəmin necə şiddətli əzab məkanı olmasının dəlilləridir. Həc 19 -Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (möminlər və kafirlər) bir-birinə düşməndir. Onu inkar eənlər üçün atəşdən paltar biçilmişdir, başlarına da qaynar su töküləcəkdir. İbrahim 49-50 - O gün (qiyamət günü) günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən. Köynəkləri qatrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir. Nisa 56 - Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə Allah yenilməz qüvvət və hikmət sahibidir. Furkan 12-13- O atəş onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onların əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
Barmağınızın ucu yandığında hiss etdiyiniz ağrını yadınıza salın. Alovlu əzabın çox şiddətli olduğu bir yer olan cəhənnəmə getmə ehtimalınızı artıran ən kiçik günahlardan belə qaçın.
Əhzab 66- Üzləri odda (o tərəf bu tərəfə) çevrildiyi (haldan hala düşdüyü) gün onlara : ?Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edərdik? deyəcəklər.
Muminun 104- Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar.
Fatır 37 - Onlar orada (cəhənnəmdə) fəryad edib deyəcəklər: ?Pərvədigara! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirdik.? (Onlara belə deyəcəyik): ?Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı? Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını) Zalımların imdadına çatan olmaz.? Ancaq bunların hamısı ümüdsüz çırpınışlardır. Bütün bunların heç bir faydası olmayacaq. O halda qiyamət günü gəlmədən əvvəl Allaha itaət edin. Allah Təala Şura 47-də buyurur: (Ey insanlar) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin. (Ona iman gətirin) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz. ayəsini əsla unudmayın. Bilin ki, ədalətli olan Allah bütün insanlara peyğəmbərlər göndərmiş. Və onların vasitəsilə bizə doğru yolu göstərmişdir. Onda siz o gün yalvarışların heç bir fayda verməyəcəyini və cəhənnəmdə bir il yox, yüz il yox, min il yox, milyon hətta milyard il yox əbədiyyən qalmanız ehtimalı olduğunu əsla unudmayın.
Cənnətə isə ancaq Allaha ürəkdən inanıb onun əmrlərini yerinə yetieən möminlərin girəcəyini unudmayın
Allah Təala Kaf 31-35-də buyurur: Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir) :?Bu, vəd olunduğunuz Cənnətdir. O hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür. Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, o cümlədən Allahın cəmalına tamaşa etmək və s.) mövcuddur. ?
İnşikak 7-9- Kimin əməl dəftəri sağ əlinə verilmişsə Onunla yüngül haqq-hesab çəkiləcək və o, (Cənnətdəki) ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır.
Furkan 74-75- Və o kəslər ki, ?Ey Rəbbimiz bizə zövcələrimzdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur (ver) və bizi müttəqilərə imam (rəhbər) et? deyirlər. Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. O nə gözəl mənzil, nə yaxşı iqamətgahdır. (Ya Məhəmməd de ki:) ?Əgər ibadətiniz olmasa, Rəbbiniz yanında nə qədir qiymətiniz olar??
Mursəlat 43- (Onlara (Cənnətdəkilərə) belə dəyiləcək) : (Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin için.
Tur Surəsi 22- onları istədikləri meyvə və ətlə bol-bol təmin edəcəyik.
Cənnət haqqında məlumatınızın artmasını istəyirsinizsə Vakia Surəsi, 11-ci ayədən 40-cı ayəyə qədər oxuyun. Bunlar (Möminlər) (Allah dərgahına, Allah lütfünə və mərhəmətinə) yaxın olanlardır. Bunlar Nəim cənnətlərində olacaqlar.(Cənnətə daxil olanların) çoxu əvvəlkilərdən (keçmiş ümmətlərdən) və bir qismi də sonrakılardandır (Məhəmmədin ümmətindəndir. Əvvəlki Peyğəmbərlə və onlara iman gətirənlər sayca çoxluq təşkil etdikləri üçün öndə olanların böyük qismi onlardan ibarət olacaq. ) Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaq.o taxtlara söykənib bir-biri ilə qarşı qarşıya əyləşəcəklər. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Cənnət bulağından axan (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. (Dünyadakı şərabdan fərqli olaraq) o şərabdan başları ağrımaz və keflənməzlər?(Bura qədər Vaqiə surəsinin 11-19-cu ayələridir. Mətn yer çox tutmasın deyə xahiş edirəm bu qalan ayələri Qurandan oxuyasınız)
Sad Surəsi 54- Bu əlbəttə bizim ruzimizdir. O bitməz, tükənməzdir.
Rad Surəsi, 35- Möminlərə vəd edilən Cənnətin vəsfi belədir: ?(ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə cəhənnəmdir.?
Məhəmməd Surəsi, 15 Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir: Orada dadı dəyişməyən, qoxumayan sudan irmaqlar, tami çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər (çaylar) və təmiz baldan irmaqlra vardır. Orada onlara hər cür meyvə və Rəbbi tərəfindən (günahdan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?
Rahman Surəsi 48 O iki cənnətin ağacları qollu budaqlı, merli meyvəlidir.
Şura Surəsi 22 (Ya Peyğəmbər. Qiyamət günü) zalimləri (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən.. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!
Tövbə Surəsi 72: Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur.
Allaha dua etməyi unudmayın.
Əraf 55-56- Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, Allah həddi aşanları (qışqıraraq dua edənləri) sevməz. Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə (ümidlə) dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.
Allahın bütün insanların Rəbbi olduğu kimi sizin də Rabbiniz olduğunu, həyatdakı ən böyük dostunuz və dayağınızın Allah olduğunu, hər şeyi ən əvvəl Allahdan diləməli olduğunuzu unudmayın.
Dua insanın onu yaradan Allah ilə əlaqə qurma yoludur. Allah ilə əlaqə qurma ehtiyacı isə hər insan üçün var. Bütün insanlar duaya möhtacdır. Möminlər üçün dua həyatının bir parçasıdır. Ancaq cahillər isə ancaq dara düşəndə dua edib yalvarırlar. Əlbəttə bu cür dua Allah tərəfindən qəbul olunmaya bilər. Çünki insan həm darda həm rahatlıqda Allahına dua etməlidir. Dua edən insan qarşısına çıxan hansısa böyük problemi Allaha həvalə etmiş sayılır. Bir problemin həllində özünə Allah kimi ən böyük qüdrət sahibini bilmək insanda böyük fərəh və güvən hissi yaradır.
Amma bir şeyi burada səhf anlamamaq lazımdır. İnsan bütün işləri Allaha həvalə edib özü boş oturub nəyisə gözləməməlidir. İnsan hər şeyin Allahın nəzarəti altında olduğunu bilməli və Allahın ona göstərdiyi yollarla hərəkət edməlidir. İnsan Allaha dua edərkən həm dillə həm də əməllə etməlidir. Əməllə dua insanın öz arzusuna çatması üçün əlindən gələni etməsidir. Məsələn bir insan xəstələnirsə o həkimə getməli, dərman qəbul etməlidir. Bu əməli duadır. Eyni zamanda da dili ilə Allahdan şəfaət istəməlidir. Bu da dillə olunan duadır.
Duanızda səmimi olmağı, ürəkdən Allah yönəlməyi unudmayın.
Çünki Allah insana şah damarından daha yaxındır. Hər şeyi eşidir, bilir. Dua da Allahla əlaqə qurmanın ən asan yoludur. Bəzi insanlar belə fikirləşirlər ki, Allah bəzilərinin dualarını eşidir, bəzilərininkini də eşidmir və ya eşidib ona cavab vermir. Bu son dərəcə yanlış bir fikirdir. İnsanın içində keçirtdiyi hər bir düşüncəni Allah bilir və ona cavab verir. Allah Təala Bəqərə 186-da buyurur: (Yə Məhəmməd) Bəndələrim Məni səndən soruşduqda soylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
İnsanlar çox vaxt dua edərkən dualarına cavabı Allahdan o dəqiqə gözləyirlər. Əgər həmin vaxt onlara cavab gəlməsə onlar Allahın onların dualarını eşitmədiklərini düşünürlər. Allah Təala bunu Ənbiya 37-də göstərir. İnsan tələsən - hövsələsiz yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələsəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi.) Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin! İnsan dua edir və onun cavabını o saat gözləyir. Amma insan bilməlidir ki, ona xeyirli olan hər şeyi Allah bilir. Allah Təala Bəqərə 216-da buyurur: (Allahın düşmənlərinə qarşı) vuruşmaq (cihad) xoşunuza gəlmədiyi halda sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz. Buna görə insan dua edərkən hər şeyi Allaha buraxmalı, səbr etməlidir. Bəlkə dua etdiyiniz və nəticəsini gözlədiyiniz bir şey sizə verilsə pis nəticələr olacaq, ona görə də bunu Allah sizə verməyəcək. Ona görə hər şeyə səbrlə yanaşmaq lazımdır. Bəlkə onun əvəzinə Allah Təala sizə daha xeyrli bir nemət verəcək. Allah Təala Bəqərə 45-də buyurur: (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir.
Unudmayın ki, duada səbr etmək mömin insanın iradəsini gücləndirir.
Allahı tam dərk etməyən insanlar Allahın onların dualarına cavab verəcəyindən şübhə edirlər. Mömin dua etdiyi zaman bilir ki, Allah onu eşidəcək və ona cavab verəcək. Çünki hadisələr boşboşuna, təsadüfi yox, Allahın nizamı ilə cərəyan etməkdədir.
Siz Allahın köməyinə heç şübhə etmədən, qəbul olacağına kəsinliklə inanaraq dua etməyi unudmayın və hər nə olursa olsun Allaha güvənin.
Sizi yaradıb sizə gözəl şəkil verən Allahın sizin duanıza cavab verməsi heç çətin iş deyil. Onu da yaddan çıxarmayın ki, Allah son dərəcə Rəhmli, Ədalətlidir. Allah Təala Yusuf 87-də buyurur: Yaqub dedi: Allahın mərhəmətindən ümüdünüzü kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümüdlərini üzər. Buna görə Nisa 103 də olduğu kimi Allahı hər an ürəyinizdə tutun. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxtıqda isə namazı (öz qaydasınca) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.
Və onu unudmayın ki, dua üçün bir məkan yoxdur. Allah Təala dua üçün hər hansı bir məkanın mütləq vacib olduğunu göstərmir. Allah Təala qullarının dualarını hər an, hər yerdə eşidir və ona ədalətlə cavab verir.
Duasız bir həyatın Allah qatında bir dəyəri olmadığını unudmayın
Furqan 77- (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de ki: ?Əgər ibadətiniz olmasa, Rəbbinizin yanında nə qədir qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə) əzab yaxanızdan əl çəkməyəcəkdir! ?
Ancaq dünya üçün edilən duanın Allaha qarşı böyük səmimiyyətsizlik olduğunu unudmayın.
Bəqərə 200-202- Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata babalarınızı yola saldığınız kimi, ondan da artıq Allahı yad edin. İnsanların bəzisi: ?Ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver!?- deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: ?Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!?-deyirlər. Belə şəxsləri qazandıqları əməllərinə görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir.
Cahillərin ən böyük xüsusiyyətlərindən biri də odur ki, onlar başlarına bir iş gələndə Allah dua edirlər. İş həll olandan sonra isə Allahı unudurlar. Yunus 12- İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükr etməyi də unudub yaramaz işlərində davam edər.) Müşriklərə etdikləri əməllər beləcə yaxşı göstərildi.
Buna görə Əraf 205 dəki kimi dua etməyi unudmayın. Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!
Və Allaha dua etməyənlərin yerlərinin sonsuz cəhənnəm olduğunu unutmayın.
Mömin 60- Rəbbiniz buyurdu: ?Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər?
Tarix: 14.04.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 991 Bölmə: Maraqlı melumatlar