Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm gerçəyi

İnsanın sıx bağlandığı dünya həyatından bir ayrılışdır ölüm.
Sanki dərin bir yuxudan oyanar kimi ...

İnsanların danışmaqdan ya da düşünməkdən xoşlanmadıqları ölüm qəti olaraq yaşanacaq, əsl olan axirət həyatına keçiş reallaşacaq və dünyaya çevril əsla mümkün olmayacaq.

"Hər harada olsanız, ölüm sizi tapar; uca yerlərdə təhkim edilmiş qalalarda olsanız belə."
(Nisa Surəsi, 78)

Ölüm gerçəyi bəlkə də insanın üzərində ən çox düşünməsi lazım olan mövzulardan biridir. Ölümü düşünməyən insanın içinə düşdüyü qəflət, axirətdə cəhənnəm əzabıyla qarşılaşmasına səbəb ola bilər. Ölümü ağlına belə gətirməyən insan üçün həyat yalnız dünya meşğələlərinin arxasından qaçaraq, nəfsini təmin edərək, başqalarının razılığını , çalışaraq və əylənərək keçər. Həyatın məqsədləri arasında Allahı xatırlamaq, Allahın razılığını güdmək və Onun üçün yaşamaq yoxdur. Bu insanlar yalnız müəyyən zamanlarda etdikləri ibadətlərlə öz vicdanlarını rahatlaşdırır və bunun kafi olduğunu düşünürlər. Ölümü çox uzaq görən bu insanlar üçün ibadətlər yaşlılıq dövründə ediləcək işlər olaraq görülər. Halbuki bir saniyə sonra ölümlə karşılaşmayacağından kimsə əmin ola bilməz. Ölüm anı gəldiyində dünyada sahib olduğunu sandığı heç bir şey adama fayda verməyəcək. "Nə yaxın qohumlarınız, nə uşaqlarınız qiyamət günü sizə bir fayda təmin edə bilməz. (Allah) sizin aranızdakı münasibətləri ayıracaq. Allah, sizin nə etdiklərinizi görəndir. "
(Mumtəhinə Surəsi, 3)

İnsanlar arasında ölümün bir son olaraq görülməsi olduqca böyük bir yanılmadır. Çox insan yaşadığı problemlərdən xilas olmaq üçün bir an əvvəl ölmək istər. Ölümlə birlikdə hər şeyin bitəcəyinə və bütün çətinliklərdən sonsuza qədər qurtulacaqlarına inanarlar. Ancaq bu çox böyük bir yanılmadır. Allah dünya həyatını insanları sınamaq üçün xüsusi olaraq yaratmışdır və insan bu imtahanı ancaq Allaha sığınaraq və Onun razı olacağı şəkildə yaşayaraq verə bilər. Bunu etməyən, Allahın qədərindən razı olmayan insanların cəhənnəmdə yaşayacaqları hissiyyat çox ağır olacaq. "Əlləri boyunlarına bağlı olaraq, sıxılmış bir yerinə atıldıqları zaman, orada yox olmasını istəyib-çağırırlar. Bu gün bir yox olması çağırmayın, bir neçə dəfə yox olması istəyib-çağırın. "
(Furqan Surəsi, 13 - 14)

Cəhənnəmin əbədi əzabından xilas olmaq istəyən cəhənnəm əhli dünyaya geri dönmək istəyəcək ancaq bu reallaşmayacaq və sonsuz əzabla baş-başa qalacaq. "Atəşin üstündə saxlandıqları zaman sən onların; deyərlər ki: "Kaş ki (dünyaya bir daha) qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq."
"(Ənam Surəsi, 27)"

"Kaş ki, o (ölüm hər şeyi) kəsib bitirseydi."
(Haqqə surəsi, 27)

Ölümü ağılından çıxarmayan möminlər isə çox qısa bir müddət sonra gedəcəkləri sonsuz məkanın şüurunda olaraq yaşayarlar. Buna görə də bütün planları və əməlləri sonsuz cənnəti qazana bilmək üzərinədir. Dünya ilə əlaqədar ehtiraslardan təmizlənmiş, yalnız Allahın razı olacağı bir həyat sürməyə özlərini həsr etmişlər. Həyatları boyunca qarşılaşdıqları hər hadisənin, hər çətinliyin Allah tərəfindən bir imtahan olaraq yaradıldığını bilərək və təvəkkül göstərərək yaşayan möminlər həm bu dünyada, həm axirətdə əmin-amanlığı, etibarı və xoşbəxtliyi yaşayırlar. Rəbbindən qorxub-çəkinənlər, onlar üçün Allah qatında-bir mərasim olaraq-ağacları altından çaylar axan-içində əbədi qalacaqları-cənnətlər vardır. Yaxşılıq edənlər üçün, Allahın yanında olanlar daha xeyirlidir.
(Ali İmran Surəsi, 198)

Allahın insanlara ölümü xatırladan xəbərdarlıqlarıda var. Yaxınlarının, sevdiklərinin ölümünə şahid olanlar, zəlzələ, sel və ya da bir çox təbii fəlakəti yaşayanlar ya da şahid olanlar əslində ölümün nə qədər yaxın olduğunu anlarlar. Ancaq bu oyanış çox uzun sürməz. Şeytanın təlqinləriylə insanlar yenidən həyatlarına qaldıqları yerdən davam edərlər. Ölümə çox yaxınlaşdıqlarını düşündükləri anlarda Allaha yalvaran insanlar, ölüm özlərindən uzaqlaşdığında isə yenə nankorluq etməyə davam edərlər. Üstəlik həyatın çox qısa olduğunu düşünüb ''doya- doya'' yaşamaq üzrə həyata daha da möhkəm bağlanarlar. "Onlar gəmiyə mindikləri zaman, dini yalnız Ona 'xalis edən könüldən bağlılar olaraq, Allaha yalvarıb yaxarırlar. Amma onları quruya çıxarıb xilas etdikdə, dərhal şirkə qaçarlar."
(Ənkəbut Surəsi, 65)

Ölüm bu dünyadan bir ayrılıq deyil, əsl həyata keçişdir, yeni bir başlanğıcdır. Bu başlanğıc sonsuzluğ yoludur...
Sonsuz cənnət ya da sonsuz cəhənnəm ...


Tarix: 03.06.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar
loading...