Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Allah-təala., peyğəmbəri Musa (ə)-a xitab etdi: “Ey Musa! Filan kəntdə, bizim dostlarımızdan biri vəfat etdi. Get onun işini gör. Sən getməsən, bizim rəhmətimiz onun işini görər”.
Hz. Musa (ə), əmr olunduğu yerə getdi. Ordakılardan:
- Bu gecə, burda, Allah-təalanın dostlarından biri vəfat etdimi?-deyə soruşanda...
Ey Allahın peyğəmbəri! Allah-təalanın dostlarından heç kəs vəfat etməyib. Ancaq, filan evdə zamanını pis işlərə sərf edən, fasiq bir gənc öldü. O, elə pis bir gənc idi ki, hətta onu dəfn etməyə heç kim getmədi.- dedilər.
Musa (ə):
- Mən elə onu axtarıram, buyurdu. Evi göstərdilər...
Hz. Musa (ə), o evə girdi. Rəhmət mələklərini gördü. Ayaq üstə başının üzərində durur, rəhmət duasını oxuyur, Allah-təalanın rəhmət və lütfunu saçırdılar. Bu zaman Hz. Musa (ə) yalvararaq dedi:
- Ey Rəbbim! Sən buyurdun ki, o, “Mənim dostumdur!” İnsanlar isə onun pis bir gənc olduğuna şahidlik etdilər. Hikməti nədir?
Allah-təala buyurdu:
- “Ey Musa! İnsanların onun üçün pis bir insan olduğu deməkləri doğrudur. Ancaq günahından xəbərləri var, tövbəsindən yox... Mənim bu qulum, səhər torpağa yuvarlandı, tövbə etdi. Bizim hüzurumuza sığındı. Mən ki Allaham! Onun sözünü və tövbəsini qəbul etdim. Ona rəhmət etdim ki, bu dərgahın ümidsizlik qapısı olmadığı anlaşılsın!”
Tarix: 06.06.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar