Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbi təmizdir, lakin valideynlərinə hörmət etmir

Sual: Bir insan namaz qılır, digər xeyir əməllər edir, qəlbi təmizdir, bununla belə valideynlərinə hörmət etmir və yaxud hətta onların qayğısına belə qalmır. Bu doğrudurmu? Buna görə o cəza alacaqmı?

Cavab: Həmd Allaha məxsusdur.

Bəli bu günah sayılır, buna görə həmin insan cəza alacaqdır. Çünki Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.” (əl-İsra 17:23-24)

Şeyx Sad əl-Hümeyd demişdir:

Valideynləri qəzəbləndirməyin hər cür növü, fərqi yoxdur istər sözlə, istərsə də əməl ilə olsun, asilikdir. Mənası odur ki, övlad günahkardır. Çünki bu Allahın əmrinə və qadağan etdiyinə qarşı çıxmaqdır. Allah təala bizə onlar ilə yumşaq danışmağı və gözəl rəftar etməyi əmr etmişdir. Allah təala buyurur: “Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.” (əl-İsra 17:24)

Valideynlərə qarşı söz ilə və yaxud onlara qarşı pis davranaraq hörmətsizlik etmək qadağandır. Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!” (əl-İsra 17:23)

Övlad bu cür davranırsa Allaha tövbə etməl və valideynlərindən bağışlanma diləməlidir ki, Allahın əzabından, cəzasından özünü xilas edə bilsin.


Tarix: 05.04.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar
loading...