1-Bütün işlər sənə asan olsun deyə,
ölümü həmişə yad et.
2-Qeybət etmə, töhmət vurma, həsəd və
paxıllıq etmə, çox danışma, gözü
naməhrəmə baxmaqdan saxla, haqq
sözlərə qulaq as, gecə namazını yaddan çıxartma, hər an zikrlə məşğul ol,
təfəkkür et və hər gün özündən hesab
çək.
3-Şeytan həmişə insanın sorağına gəlib,
onu azğınlığa dəvət edir. Allah-taalanı
yad etməyi unutma; çünki Şeytan damardakı qana bənzəyir. Çoxlu tövbə
edin.
4-Öz taleyindən şikayətlənən şəxs kiçik
ruha malikdir. Başqalarının tərifi ilə
xoşhal olan şəxs özünə inanmır.
5-Zikrlərin ən gözəli Quran oxumaq, tövbə etmək (“Əstəğfirullah ” demək), “La ilahə illəllah” kəlməsini və salvatı
demək, dua etmək, imam Zaman (ə)
tərəfindən sədəqə verməkdir. Hər vaxt
dua etmək ruhiyyəsinə malik
olmadınızsa, təklikdə Allahı yad etməyi
unutmayın. 6-Həyatınızda proqram üzrə hərəkət
etməyə səy edin, belə ki, səkkiz saat işə
və dərsə, səkkiz saat istirahət və
yatmağa, səkkiz saat ibadət, dua və
mütəal Allahla raz-niyaza sərf edin. Heç
vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.
7-cismimiz xəstələndikdə təbibə
müraciə edib, bəzi yeməklərdən pəhriz
etdiyimiz halda, nə üçün ruhumuz
xəstələndikdə (hər kəs imanının zəifliyi
qədər ruhi xəstəliyə düçardır), qadağan olunmuş əməllərdən
çəkinmirik?! Hər bir sözü danışır, hər bir
şeyə nəzər salırıq; dilimizi, gözümüzü,
qulağımızı haram şeylərdən saxlamır və
əməlimizi ixlasla yerinə yetirmirik.
8-Həm mal-dövlət, həm də sair şeylər qəbrə qədər, elm və əməl isə qiyamət
gününə qədər bizimlədir. Belə isə, saleh
əməllər yerinə yetir, mal-dövlət yığma.
İnsanlarla deyil, mütəal Allahla
ünsiyyətdə ol, bil ki, bu dünyada bir
müsafir kimisən. 9-Ölülərdən ibrət, keçm işdə
yaşayanlardan isə nəsihət al; heç kəsin
qəlbini sındırma, seyidlərə ehtiram
göstər, xalqın əlində olanlara göz
dikmə, dünya əyləncələri, oyun-
oyuncaqlar ı ilə məşğul olma; çünki ölüm səni qəfildən haqlayacaq. Dünya
ləzzətlərinə ürək bağlayan şəxsləri ağıllı
hesab etmə, ruzi barəsində
qüssələnmə, nə qədər ki, ömür var, ruzi
də var.
10-Məcburi dostlarınla (atan, anan, həyat yoldaşın, qonşuların və s. kimi
şəxslərlə) mehriban ol və onların ağrı-
acılarına döz.
11-Hədəf, fəaliyyət və müqavimət
insanın müvəffəqiyyət rəmzidir. Sənin
həyatdakı hədəfin, yalnız Allah olmalıdır. Yaxşı əxlaqlı ol ki, bəsirət
gözün açılsın.
12-Keçmişin haqqında fikirləşmə, çünki
o, artıq ötüb keçmişdir, hətta günəş də
ona çata bilməz. Gələcək üçün də
qüssələnmə, çünki sənin Allahın vardır. Allaha təvəkkül et və yalnız hazırkı
vəziyyət haqqında fikirləş. Əgər yaxşı
əməl yerinə yetirsən, həm dünyada,
həm də axirətdə səadətli və başıuca
olarsan.
13-Heç vaxt yalan danışma, çünki yalan danışan şəxs Allahın düşmənidir. Yalan
danışmaqla bir xatanın üstünü örtmək,
parcanın ləkələrini onu deşməklə
aradan aparmaq kimidir.
14-Şücaət bədənin, səxavət isə mal-
dövlətin bəxşişidir. Şücaətli ol və günahlarından tövbə et, çünki bu iş
insanı yüngülləşdirib Allaha doğru
yönəldir.
15-Odu su ilə söndürdüyün kimi, şər işi
də xeyir əməl yerinə yetirməklə
söndürün. 16-Comərd şəxslər yandırıçı olan və
dünyanı öz nuru ilə işıqlandıran axan
ulduza (meteroidə) bənzəyir.
17-Şirinlikləri n tamını dadmaq istəyirsinizsə, çətinliklərdə və müsibətlərdə dözümlü olun. Nəfslə
mübarizə aparmaq acı dərmana
bənzəyir və onu qəbul etməyin yaxşı
təsirləri vardır.
18-Allahı həmişə yad edənləri sən də
yad et. 19-Sakit və asudə həyat sürmək
istəyirsinizsə, kimsəyə özünüzdən danışmayın (sirrinizi başqasına
verməyin). Sirr sizin əsirinizdir, lakin
ağzından çıxsa, siz onun əsiri olarsınız.
20-İnsanın nəfsi istəkləri içərisində heç
bir şey tənbəllik qədər təhlükəli
deyildir. Öz vaxtında fürsətdən istifadə edin.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar