Sual: Qurban kəsməyin əhəmiyyəti nədir?
CAVAB
Qurban nisabına malik olanın qurban kəsməsi vacibdir. Zərurətsiz qurban kəsməmək günahdır. Qurban kəsməsi vacib ikən içindəkilərin qurban kəsmədiyi ev inləyərək sahibinə qarğış edib «Qurban kəsmədiyin kimi, Allahu təala sənə yaxşılıq etməyi nəsib etməsin!» deyər. O ev o il bəlalara düçar olar. Qurban kəsənin evi isə məmnun olar, sahibinə xeyir-dua edər. Bu baxımdan qurban kəsməyi bir nemət bilmək lazımdır! Qurban kəsən müsəlman özünü Cəhənnəmdən azad etmiş olar.
Hədisi-şəriflərdə buyurulub:
«Xəsislərin ən pisi [vacib olduğu halda] qurban kəsməyəndir». [Əbədi səadət]
«Halı, vaxtı yerində olub qurban kəsməyən namaz qıldığımız yerə gəlməsin!» [Hakim]
«Qurbanın dərisinin hər tükünə və hər parçasına bir savab vardır». [Hakim]
«Qurbanlarınız kök olsun. Onlar Siratda miniyinizdir». [Zadül-müqvin]
«Qurbanın dərisindəki tüklərin sayı qədər sizə savab vardır. Qanının hər damlası qədər mükafat vardır. O, sizin mizanınıza qoyulacaq. Müjdələr olsun!» [İbni Macə]
«Qurbanlarınızı könül xoşluğuyla kəsin! Çünki elə müsəlman yoxdur ki, qurbanını qibləyə çevirib kəssin, lakin bunun qanı, buynuzu, yunu və hər şeyi qiyamətdə öz mizanına qoyulan savabı olmasın!» [Deyləmi]
«Savab ümid edərək qurban kəsən Cəhənnəmdən qorunar». [Təbərani]
«Qurban bayramında edilən əməllərdən Allahu təala qatında qurban kəsməkdən daha qiymətlisi yoxdur. Hələ qanı yerə düşmədən Allahu təala onu mühafizə edər. Onunla nəfsinizi təzkiyə edin, onu sevə-sevə kəsin!» [Tirmizi]
«Qurbanların ən xeyirlisi buynuzlu qoçdur». [İbni Macə]
«Ya Fatimə, qurbanının yanına get! Kəsilərkən orada ol! Qurbanının yerə axan ilk qan damlasıyla keçmiş günahların bağışlanar». [İ. Hibban]
«Kəsilən qurban Qiyamətdə ətiylə, qanıyla 70 dəfə böyüyərək mizana qoyular». [İsfəhani]
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar