Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaşxaşinlər

Xaşhaşinlər vəya Assasin (ərəb. الحشاشين‎‎ — Assasin,Haşaşın, Haşışın, Hassassin, Haşaşiyyın; fars. حشیشیون/Hašišiyun‎) — Hasan Sabbahın 1090-cı ildə Alamut qalasını alması ilə qurulmuşdur.

Assasin - ingilis mənşəli söz olub bir çox dillərdə də buna bənzər işlənir. Assasin dövlət tərəfindən sifariş edilmiş qətlləri həyata keçirir. Onlar , əsasən, uşaq yaşlarından ailələrindən alınır və hazırlanmağa başlanılır. Onlar digər qatillərdən fərqli olaraq qeyri-adi dərəcədə peşəkar olurlar. Onların özünə məxsus nişanəsi olur. Bu da kredos adlanır.

Hasan Sabbahın

Hasan Sabbahın məqsədi Səlcuqlu dövlətindən intiqam almaq idi. Bunun üçün Nizamülmülk və Sultan Məlikşahı öldürmək istəyirdi(Dövlət sarayından qovulma mövzusundan ötrü). Hasan Sabbah, Alamut qalasını aldıqdan sonra qalada bəzi dəyişikliklər etdi; qalanın asma bağlarını yenilədi, divarlarını gücləndirdi. Hasan gənckən bir şeyxin ona xaş-xaş içirməsi ilə bu bitkinin təsirini anlamış, onunla bir çox insanı aldada biləcəyini sanmışdı. Alamut qalasını aldıqdan sonra Hindistandan xaş-xaş meyvəsini gətirtdi. Dünyanın dörd bir tərəfindən kölə bazarlarından gözəl qadınlar gətirdib başlarına xanım ağaları qoyaraq yetişdirdi. Hasan Sabbah çox keçmədən Alamuta yaxın kiçik qalaları, həmçinin Xəzər dənizinə yaxın böyük bir qalanı da aldı. Hasan Sabbahın bu müvəffəqiyyətlərini eşidən digər İsmaili təriqətinə mənsub kişilər Alamuta axın etməyə başladı.

Xaşxaşinlər (Xaşxaşılər) qısa vaxt ərzində güclənib Məlikşah Nizamülmülkü böyük vəzirlikdən almış, sıradan bir vəzir etmişdir. Məlikşah varis kim olacağına qərar verərkən, tarix 1092 idi. O zamana qədər yetişdirilən xaşxaşin fədailərindən biri olan İbn (Əbu) Tahir, Nizamülmülk savaş hazırlığında ikən çadırına tələbə qılığında girib onu öldürmüş, Xaşxaşilərə olunacaq həmlə beləcə önlənmişdir. Çox keçmədən yenə Xaşhaşilər tərəfindən Məlikşah da öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və mətkubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgəgr yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir".

Səlcuqlular çöküşə keçdikden sonra Xaşxaşilər İranın şimalı, cənubi Asiya, orta Asiya, şərqi Anadolu, cənubi Anadolu və İraqın şimal bölgələrində hakimiyyət qurmuşdur. İran kökənli bu təşkilat, bölgənii hakimiyyətlərində tutan və İsmaililəri əzməyə çalışan Səlcuqlulara qarşı mücadilə etmək məqsədilə cinayəti sistemli bir hücum aləti olaraq işlətmələ başladılar. Hədəf aldıqları şəxsi öldürməkdə çox dəqiq və başarılıydılar. Taktikalarının əsas prinsipləri az itki vermək, günahsız insanları öldürməmək olsa da, onlara olan qorxunun daim canlı tutulması üçün cinayətlərini əsasən xalqa açıq məkanlarda, çox vaxt ibadərgahlarda işləyirdilər. Hədəflərinə cild dəyişdirib yaxınlaşan Xaşxaşinlər, qurbanın qurlutmaması üçün zəhər, ox və nizə yerinə, əsasən xəncərdən istifadə edir, yaxalandıqlarında isə intihar əvəzinə, öldürülməyi üstün tutardılar.

Hasan Sabbah müridlərinə "Biz sadəcə bir insanı öldürməklə qalmayıb, min nəfərin qəlbinə də qorxu toxumları əkəcəyik" demiş və Haşxaşiləsə qurbanı öldürdükdən sonra qaçmamalarını, dayanıb gözləmələrini tənbehləmişdir. Bir Xaşxaşin cinayəti işləməzdən əvvəl gözləməli, qurbanın hər hərəkətini öyrənib onu öldürmək üçün ən ideal vaxtı seçməli idi.Səlcuqlular, Xaşxaşilərin Alamut Dağındakı qalasını dəfələrlə mühasirəyə alsa da, fəth edə bilməmişdir. Xaşxaşinlər Monqol istilasından nəsiblərini almış, 1256-cı ildə Alamut qalasını, 1260-cı ildə Masyaf qalasını itirsələr də dayanmamışlar. 1277-ci ildə bir çox sərkərdəyə suiqəst etmiş, həmin ildə Alamutu mühasirəyə alsalar da ala bilməmişlər. Sonrakı mühasirələr də (1281, 1292, 1389) nəticəsiz olmuşdur. 1402-ci ildə bir alimin öldürülməsi Xaşxaşinlərin varlığının son isbatıdır.

Günümüzdə İsmaili təriqətinin xocaları hələ də müridlərini xaşxaşin ruhu ilə tərbiyə edir.


Tarix: 26.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Maraqlı melumatlar
loading...