- Allah (subhənəhu və təalə) qadınlara naməhrəm kişilərə baxmamağı əmr etmiş və buyurmuşdur:
- Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər . (Nur, 31)
Hafiz ibn Kəsir (rahiməhullah) demişdir:
- Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər . (Nur, 31) sözü ərlərindən başqa, baxılması qadağan edilmiş kəslərdən nəzərlərini qorusunlar- mənasındadır.Bu səbəbdən əksər alimlər qadının naməhrəm kişiyə şəhvətli və ya şəhvətsiz –olaraq baxmasının caiz olmadığl görüşündədirlər. (Təfsirul Quranil Azim, cild-3, səh. 283)
Bu qadağanın səbəbi isə budur ki, qadınların kişilərə, kişilərin isə qadınlara baxması zinaın ən başlıca səbəbidir.Hətta Peyğəmbərimiz –Sallallahu aleyhi və səlləm bunu göz zinası adlandırmışdır.
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir:
- Allah Adəm oğlu üzərinə zinadan nəsibini yazmışdır. O, heç şübhəsiz buna yetişəcəkdir. Gözün zinası baxmaq, dilin zinası (halal olmayan sözlərlə zövq alaraq) danışmaqdır. Nəfs də arzu edir və istəyir (bu da nəfsin zinasıdır). Cinsiyyət üzvü isə bütün bunları ya təsdiqləyir, yaxud da təkzib edir. (əl-Buxari, 5/2304; Muslim, 4/2046)
Hafiz ibn Həcər (rahiməhullah) demişdir:
- İbn Batta söyləmişdir: “Baxmaq və danışmaq zina adlandırılmışdır. Çünki bunlar əsl zinaya aparır. Bu səbəbdən də Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Cinsiyyət üzvü isə bütün bunları ya təsdiqləyir, yaxud da təkzib edir”- demişdir. (Fəthul Bari, cild-11, səh. 22)
Hər bir müsəlman qadının nəzərlərini naməhrəm kişilərdən qoruması və bunun savabını Rəbbindən umması gərəkdir. Qadın üçün həm bu dünya həyatında, həm də Axirət yurdunda ən xeyirli olan məhz budur!
[Şeyx Amr Abdul-Munim Salim; Sələəsuunə nəhyən şəri’yyən linnisəə-kitabı]
Tarix: 05.05.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqlı melumatlar