Dəvətçi gözəl əxlaq sahibi olmalıdır. Onun əqidəsində, ibadətində və bütün davranışında əxlaq, elm nişanələri təcəssüm olunmalıdır. Bunun əksi olduqda isə onun dəvəti uğursuzluğa düçar olacaq. Uğurlu olsa da uzunömürlü olmayacaq.
Allahın dinini yayan kəs yüksək əxlaq və davranış normalarına sahib olmalıdır ki, dəvəti başqaları tərəfindən qəbul edilsin, kimlərdəsə çətinliklər, problemlər yaratmasın.
Əziz qardaşım! Əgər biz öz halımıza dəqiq nəzər yetirsək görərik ki, həqiqətən də biz dəvət edirik amma, çoxunu özümüz yerinə yetirmirik. Şübhəsiz ki, bu, böyük xətadır. Allah bizə hər zaman və hər məkanda ən faydalı və ən xeyirli şeyləri etməyi nəsib etsin. Çünki, hər bir zamanın və hər bir məkanın öz hökmü var. Bəzi əməllər var ki, insan onu yerinə yetirdikdə həm özünün həm də etdiyi əməlin dəyər qiyməti artır. Ona görə də dəvət etdiyin dini bütünlüklə yerinə yetirsən həm sənə gözəl münasibət olar, həm də sənin dəvət etdiyin dinə.
Əziz qardaşım, bizim məqsədimiz odur ki, Allahın dininə dəvət edən kəs əsl dəvətçiyə yaraşan şəkildə əxlaqa sahib olmalıdır ki, dəvəti faydalı və qəbul edilən olsun. Bu, dəvətdə ən ali prinsiplərdən biridir.
Məhəmməd bin Saleh Əl-Useymin
Tarix: 17.04.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar