Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜŞMƏNÇİLİK və QƏZƏBİN ÇARƏSİ

Hirslənərkən hirsi boğmaq, qəzəb və onu stimullaşdıran amillərdən uzaq durmaq, kin ədavət və düşmənçilik kimi çirkin əməllərdən qorunmağın ən mühüm səbəblərindəndir. Qəzəbin əlacı dini formada iki cür mümkündür:

1. Ona düşməkdən qorunmaqdır. Məlumdur ki, ondan qorunmaq ona düşdükdən sonra çarə axtarmaqdan daha xeyirlidir. Ona aparan səbəblərdən çəkinmək və uzaqlaşmaq ondan qorunmaq üçün ən mühüm köməkçi amillərdir. Gərək, buna nail olmaq istəyən hər bir müsəlman ona aparan təkəbbürlük, özünübəyənmə, başqalarını xor görmə, hərislik, boş yerə danışmaq və sair bu kimi səbəblərdən özünü təmizləsin! (Suhbi Məhməsani “əd-Dəaimul xalqiyyə val qavaninuş şəriyyə” səh 227)
2. Ikincisi isə qəzəb anında tapılan çarədir ki, bunlar da aşağıdakılardır: Birincisi, qəzəblənərkən lənətlənmiş şeytandan Allaha pənah aparmaq, (Bax; əl-Əraf, 200 əl-Muninun, 97 Fussilət, 36 Buxari 10/518 Müslim 4/2015) Ikincisi, dəstəmaz almaq, (Bax; Əbu Davud “Sünən” 4/249 “Təhzib əs-Sünən” 7/165-168 “Övnul Məbud” 13/141 Şeyx Əbduləziz bin Abdullah bin Baz onun sənədinin yaxşı olduğunu qeyd etmişdir.) Üçüncüsü, qəzəblənkən olduğu vəziyyətini dəyişdirmək: oturmaq, uzanmaq, çıxmaq kimi hərəkətlər, (Əhməd “Müsnəd” 5/152 Əbu Davud 4/249 İbn Hibban “Məvarid” 484 Heysəmi “Məcməuz zəvaid”də qeyd edir ki, Əhmədin raviləri etibarlıdır. 8/70 Bax; Bəğəvi “Şərhus sunən” 13/162)


Tarix: 15.04.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar
loading...