Uca Allah belə buyurur:
"Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar" (Nisa, 4/82)
Təbəri bu ayənin təfsirində belə demişdir: Şanı Uca Allahın: "Onlar Quran barəsində düşünməzlərmi?" kəlamını buyurmaqda məqsədi budur: Ey Məhəmməd! Sənin söylədiklərindən başqa şeyləri gecəylə planlaşdıranlar Allahın Kitabı üzərində yaxşıca düşünərək sənə itaət etmək və əmrlərinə tabe olmaq barədə Allahın onların qarşısına qoyduğu bu dəlili qəbul etməyəcəklərmi? Sənin, Rəbləri tərəfindən onlara gətirmiş olduğun, sənə nazil edilmiş bu Kitabın mənalarının uyğunluğu, hökmlərinin bir-biri ilə həmahəngliyi, bir hissəsinin digər bir hissəsini təsdiq etməsi, bir qisminin başqa bir qismini izah etməsini görmürlərmi? Heç şübhəsiz ki, əgər o, Allahdan başqası tərəfindən gətirilmiş olsaydı, hökmləri arasında fərqlər yaranar, mənaları bir-birilə ziddiyyət təşkil edər, bir bölməsi başqa bir bölməsinin naqisliyini, uyğunsuzluğunu aşkar edərdi.
İbn Cərir Qatadədən, sənədini göstərərək, bunları söylədiyini rəvayət edir: "Allahın sözləri arasında uyğunsuzluq olmaz. O haqdır, Onda batillik yoxdur. Əslində, insanların sözləri arasında məntiqsizlik, qeyri-ardıcıllıq olur".
İbn Zeydən də, sənədini göstərərək, bunları söylədiyini rəvayət edir: "Quranın bir bölməsi digər bölməsini təkzib etmir. Əgər insanlar hər hansı bir xüsusiyyətini müəyyənləşdirə bilmədikdə, şübhəsiz ki, bu onların ağıllarının çatışmazlığı və biliksizliklərindən qaynaqlandığındandır dedikdən sonra, Uca Allah: "…Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar" (Nisa, 4/82) buyruğunu bəyan etdi.
(İbn Zeyd sözünə davam edərək) dedi ki, o halda möminin vəzifəsi:"hər şey Allahdandır" deyərək oxşar(1) olanına iman gətirməlidir. Onun bir bölməsi digər bölməsinə qarşı qoyulmamalıdır. Hər hansı bir xüsusiyyəti müəyyən edə bilmədikdə və ya başa düşülmədikdə, Allahın dediyi haqdır deməli, Onun dediyi sözün səhv ola bilməyəcəyini yada salmalı və Allahdan nazil olanın gerçəkliyinə iman gətirməlidir" (Təbəri təfsiri, VIII, 567)
2. Hafiz İbn Kəsir də ayənin təfsirində aşağıdakıları demişdir:
"Uca Allah onlara Qurani Kərim üzərində yaxşıca düşünmələrini əmr edərək, ondan üz çevirməmələrini, mükəmməl anlayışlarını, düzgün və yerində deyilmiş sözlərini qəbul etməkdən çəkinməyi qadağan edərək, Qurani Kərimin kəlmələri arasında hər hansı bir uyğunsuzluğun, ziddiyyətin və qarşıdurmanın olmayacağını xəbər verir. Çünki, o hikmət, sonsuz və hər cür həmdüsənaya layiq olanın tərəfindən nazil edilmişdir. O, bilavasitə Haqdan gələn bir haqdır. Buna görə Uca Allah: "Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?" (Məhəmməd, 47/24) – deyə buyurur.
Daha sonra Uca Allah: "…Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı…" – deyə buyurur. Yəni, biliksiz bir müşrik və ya münafiqlərin büsbütün uydurduqları kimi bir kitab olsaydı, onda bir çox uyğunsuzluqlar, ziddiyyətlər, rabitəsiz ifadələr tapılardı. Beləlklə, Kitabın hər cür uyğunsuzluqlardan uzaq olması onun Allah tərəfindən nazil edilməsini sübut edir. Eynilə, Uca Allah elmdə qüvvətli olan insanlar haqqında: "…Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır" (Ali-İmran, 3/7) dediklərəni bildirir.. Yəni, möhkəmi(2) və mütəşabihilə (3) haqq olduğuna inanmışıq(4)Buna görə, mütəşabih buyruqları möhkəmin işığında anlayaraq doğru yol tapmışlar. Ürəylərində şək-şübhə olanlar isə möhkəm olanı mütəşabihin işığında anlamağa cəhd etdiklərindən düz yoldan azmışlar. Bu səbəbə görə Uca Allah elmdə qüvvətli olanları tərifləyərkən ürəylərində əyrilik olanları məhkum edir (Bax: İbn Kəsir, 1, 529)
Şatibi də(5) bunları deyir: Qurani Kərim özündə uyğunsuzluq ehtiva etməməsinin sabitliyi münaqişəyə girənlərin hamısına bəllidir. Çünki əslində o həqiqətdə də belədir. Haqq isə öz yaratdığının içində həqiqətə uyğun gəlməyən bir şey qoymaz. Bilavasitə məsuliyyət daşıyan şəxslər arasında meydana çıxan hər bir ixtilaf barədə Quran hökm verməyə qabildir. Uca Allah belə buyurur:
"…Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır" (Nisa, 4/59) Bax, bu buyruq bu Kitabda həqiqətin olduqca açıq-aydın olduğunun, ondakı şərhlərin hər cür narahatlığa müsbət təsir göstərəcəyinə, ondan kənarda onun yerini verə biləcək heç bir şeyin olmadığına aydın dəlildir. Kərim əshabələr də əsasən buna müvafiq olaraq davranmışlar" (əl-İtisam, II, 309)
(1) Mütəşabih – dəqiq mənasını bilmək mümkün olmayan Quran ayələrinə deyilir. Qeyd etməliyəm ki, tərcümə etdiyim kitabın türk mətnində "mütəşabih" ifadəsi altında "mütəşabih ayə(lər) nəzərdə tutulduğu üçün mətnimizdə bunu, bir sıra hallarda "mütəşabih ayə(lər)" kimi verirəm
(2)Möhkəm – kərim ayənin mənasının açıq və zahir olması deməkdir. Uca Allahın bu buyruğu kimi: "Allah alış-verişi halal etmişdir" (Bəqərə, 2/27).
(3)Mütəşabih iki növdür. 1. Gerçək mütəşabih. Bu, insanın bilməsi mümkün olmayan məsələdir (Allahın sifətlərinin həqiqəti və keyfiyyətini bilmək kimi) Fəqət, bunların mənaları məlumdur. Uca Allahın: "Rəhman ərşə istiva etdi" buyruğu kimi. İstivanın, imam Malikin də söylədiyi kimi, nə demək olduğu məlum bir şeydir. Buxari də tabeinlərin bunu "ucalmaq" və "üstünə yüksəlmək" kimi təfsir etdiklərini bildirir. İstivanın mahiyyəti isə ağılla dərk edilmir. 2. İkinci növ isə nisbidir. Bu da bir sıra insanlar üçün oxşar olmaqla bərabər, bəziləri üçün belə olmadığı deməkdir. Uca Allahın: "Ona bənzər heç bir şey yoxdur" (Şura, 42/11) buyruğu kimi. İnkar edənlər (Allahın sifətlərini qəbul etməyənlər) bu kərim ayədən Allahın sifətlərinin olmadığı mənasını çıxartmış və Allahın sifətlərinin olmasını qəbul etmənin Onun başqa varlıqlara bənzədilməsi anlamına gələcəyini iddia etmişlər. Uca Allahın sifətlərini təsbit edən ayələrdən üz döndərmişlər. Ancaq bunu bilməliyik ki, bu sifətlərin məna etibarilə Allah haqqında qərarlaşdırılmış olduğunu etiraf etmək heç də Allahın sifətləri ilə yaradılmışlara bənzəməsini zəruri etmir.
(4)Möhkəm və mütəşabih istilahlarına verilən sətiraltı izahlar (1,2) bu əsərin müəllifinə məxsusdur. Kitabı Azərbaycan dilinə tərcümə edən bu qeydləri yalnız çevirmişdir
(5)Qeyd: Kitabın türk dilindəki bu bölməsinin ("Kuranda tutarsızlık yoktur") əsas sətirbaşıları (abzasları) bəndlərlə (1, 2… və s.) verildiyi halda mətndə 1-ci bənd (1) göstərilməmiş, 2-cidən sonra yenə də 2 verilmişdir. Bu uyğunsuzluqlar onu göstərir ki, öncəki tərcüməçi ya həmin mətnləri ixtisar edib, ya da mexaniki olaraq rəqəmlər səhv qoyulub (məs.: "2. Hafiz İbn Kəsir…"; "2. Şatibi də şunları…" kimi) Mən də sətirbaşı saylarını eynilə saxladım
Tarix: 17.04.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 385 Bölmə: Maraqlı melumatlar