Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehmanxanada işləmək və spirtli içkilərlə xidmət göstərmək

Sual- Mən mehmanxanaların birində işləyirəm. İşim elədir ki, Allahın haram etdiyi içkiləri satmağa məcbur oluram. Mən (sadəcə bildirmək istəyirəm ki) ibadət də edirəm. Belə etmək olar yoxsa olmaz?

Cavab- Belə etmək olmaz. Çünki həqiqətən də hədisdə varid olmuşdur ki, Allah rəsulu sallallahu aleyhi və səlləm: “...(içki istehsal etmək üçün üzümləri) sıxan və onu (çaxır, spirtli içkilər) daşıyan və onun üçün daşınılan” kəsləri lənət etmişdir.

Hədisin davamı var. Siz haram olana kömək etmiş olursunuz. Bütün vaxtı içkini bir yerdən digər bir yerə, satıcıdan alıcıya daşıyırsınız. Bütün bunlar haramdır. Sizə məsləhətim budur ki, bu işdən özünüzü qurtarın və Allah o işi sizə inşallah bundan daha yaxşısı ilə əvəz edəcəkdir. Allah daha yaxşı bilir.

Şeyx ibn Humeyd
Fətəvə Şeyx Abdullah ibn Humeyd-səh.267, sual 283


Tarix: 06.04.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar
loading...