Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunları bilirdinizmi?

- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ilk zövcəsi Xədicədir .
- İlk nazil olan ayə "əl-Aləq" surəsinin ilk 5 ayəsidir .
- Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cəbraili (Allahın ona salamı olsun) gördüyünü ilk dəfə Xədicəyə (Allah ondan razı olsun) danışmışdır .
- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ilk övladı Qasim olmuşdur .
- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ağzından ilk vəhyi eşidən Xədicə olmuşdur

- İslamı qəbul edən ilk qadın Xədicədir (Allah ondan razı olsun) .
- İslamı qəbul edən ilk kişi Əbu Bəkrdir (Allah ondan razı olsun) .
- İslamı qəbul edən ilk uşaq Əlidir (Allah ondan razı olsun) .
- Muhəmməd peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra Quran oxuyan ilk şəxs Xədicədir (Allah ondan razı olsun) .
- Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra ilk dəvət edən və bu yolda peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra ilk əzab görən şəxs Əbu Bəkr (Allah ondan razı olsun) olmuşdur .
- İslamda ilk şəhid qadın Sumeyyədir (Allah ondan razı olsun) .
- Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) dəvəti açıq-aşkar etmək üçün ilk dəfə Səfa dağına çıxmışdır .
- İslamı qəbul etdiyini ilk biruzə verən Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) olmuşdur .
- Müsəlmanların ilk hicrəti Həbəşistana olmuşdur .
- İlk dəfə Həbəşistana hicrət edərkən müsəlmanların sayı 11 kişi, 4 qadın olmuşdur .
- Ailəsi ilə birgə ilk hicrət edən şəxs Osman ibn Affan (Allah ondan razı olsun) olmuşdur .
- Həbəşistana ilk hicrət edən Abdullah ibn Abdul-Əsvəd Əbu Sələmə (Allah ondan razı olsun) olmuşdur .
- Aqaba beyyətində ilk beyət edən əl-Bara ibn Marur əl-Əsləmi (Allah ondan razı olsun) olmuşdur .
- Muhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) ilk beyət edən qadın Nusiybə bintu Kəbdir (Allah ondan razı olsun) .
- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) övladlarından ilk olaraq vəfat edəni Qasim olmuşdur .
- Namaz ilk olaraq 50 vaxt vacib buyrulmuşdur .
- İlk dəfə namaz vacib buyurularkən 2 rükət qılınmış¬dır .
- İlk dəfə Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) namaz qılan Əbu Bəkr (Allah ondan razı olsun) , bəzi mənbələrdə isə Əli (Allah ondan razı olsun) olmuşdur .
- Quranı ilk dəfə açıq-aşkarda oxuyan Abdullah ibn Məsud (Allah ondan razı olsun) olmuşdur .
- İslamda ilk səfir Musab bin Umeyr (Allah ondan razı olsun) olmuşdur .
- İslamda məscidi ilk dəfə Ammar ibn Yasir (Allah ondan razı olsun) tikmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə ilk dəfə gəldikdə Ammar onun kölgədə oturması və namaz qılması üçün daş toplayaraq Quba məscidini tikmişdir .
- Mədinəyə ilk hicrət edən Əbu Sələmə ibn Abdul-Əsəd (Allah ondan razı olsun) olmuşdur .
- Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldikdən sonra səhabələrindən ilk olaraq vəfat edən Kulsum ibn əl-Hədəm (Allah ondan razı olsun) olmuşdur .
- İslamı qəbul edən ilk yəhudi Abdullah ibn Səlam (Allah ondan razı olsun) olmuşdur .
- Xalid ibn Validi "Allahın qılıncı" ləqəbi ilə ilk dəfə adlandıran Peyğəmbər (Allahın ona salavat və salamı olsun) olmuşdur .
- Xədicədən (Allah ondan razı olsun) sonra Peyğəmbərin ilk həyat yoldaşı Sovdə bintu Zamahdır (Allah ondan razı olsun) .
- İlk dəfə Allah yolunda qanı Zubeyr ibn Avvam (Allah ondan razı olsun) axıtmışdır .
- İslamda ilk oxu atan Səd ibn Məlik (Allah ondan razı olsun) bəzi rəvayətlərdə isə Səd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) olmuşdur .
- Müsəlmanların ilk savaşı əl-Əbva döyüşü olmuşdur .
- Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət etdikdən sonra ilk nazil olan surə əl-Bəqərə surəsidir .
- İlk olaraq Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) İslam salamı ilə salamlayan Cundub ibn Cunadə (Allah ondan razı olsun) olmuşdur .
- İslam gəldikdən sonra müşriklərdən öldürülən ilk in¬san Amr ibn əl-Hadramidir .
- Ənsarlardan döyüşdə ilk şəhid olan Umeyr ibn əl-Həmmam ibn əl-Cəmuh adlı səhabədir. O, Bədr döyüşündə şəhid olmuşdur .
- Uhud döyüşündə ilk şəhid Zurah ibn Məzən (Allah ondan razı olsun) olmuş¬dur .
- İlk olaraq müşrik öldürən qadın Safiyya bintu Abdul-Muttalib (Allah ondan razı olsun) olmuşdur .
- Şəhidlərdən ilk olaraq Həmzəyə (Allah ondan razı olsun) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cənazə namazı qılmışdır .
- Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Kəbəyə tərəf qıldığı ilk namaz əsr namazıdır .
- İlk dəfə azanı yuxusunda görən səhabə Abdullah ibn Zeyddir (Allah ondan razı olsun) .
- İlk dəfə azan verən Bilal ibn Əbu Rabah (Allah ondan razı olsun) olmuşdur .
- İslamda təyin olunan ilk əmir Abdullah ibn Cəhşdir (Allah ondan razı olsun) .
- İlk olaraq İslamda Səd ibn ər-Rabinin (Allah ondan razı olsun) mirası bölünmüşdür .
- Taif əhlindən ilk iman gətirən Səd ibn Cunədə (Allah ondan razı olsun) olmuşdur .
- Yəmən əhlindən ilk olaraq iman gətirən Zueyyib ibn Kuleybdir (Allah ondan razı olsun). Peyğəmbər onu Abdul¬lah adlandır¬mışdır .
- Ağac altında Ridvan beyətində ilk olaraq beyət edən Sinan ibn Əbu Sinan (Allah ondan razı olsun) olmuşdur .
- Muhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) ətrafındakılardan ilk etiraz edən Abdullah ibn Zil-Xuveysiradır. Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qəniməti bölərkən Abdullah ibn Zil-Xuveysira ət-Təmimi gələrək, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun): "Ey Allahın elçisi! Ədalətli ol" demişdir .
- İslamda tarixində döyüşçülər üçün ilk xəstəxana Əhzab döyüşündə yaradılmışdır .
- İlk İslam həcci hicrətin 9-cu ilində edilmişdir .
- İslamda ilk həcc Əbu Bəkrin (Allah ondan razı olsun) əmirliyi altında yerinə yetirilmişdir .
- Minbər ilk dəfə hicrətin 8-ci ilində düzəldilmişdir. Ona qədər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) kötük parçasının üstünə çıxıb xütbə verərmiş .
- Əbu Sufyanın (Allah ondan razı olsun) müsəlman kimi qatıldığı ilk döyüş Huneyn döyüşü olmuşdur .
- Şureyk ibn əs-Səmhə İslamda lənət olunmuş ilk kimsədir .
- Mühacirlərdən ilk olaraq vəfat edən Osman ibn Məzumdur .
- İslamdın qəbulundan sonra ilk doğulan uşaq Abdullah ibn Zubeyrdir (Allah ondan razı olsun) .


Tarix: 10.04.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Maraqlı melumatlar
loading...