Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dində bidət etməkdən çəkindirmək

Uca Allah İsa əleyhissəlam haqqında belə buyurur:
"…Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər …" (Hədid, 57/27)

"Rahiblik" buyruğu – onlar bir rahiblik icad etdilər deməkdir. Bu buyruğda mükəmməl xeyrixahlıq əməli "mərhəmət oyatdıq" ifadəsilə verilir və daha sonra "onlar özlərindən rahibdik icad etdilər" buyruğu davam etdirilir. Burada Allah göstərir ki, "Biz onu onlara vacib buyurmamışdıq". Əksinə onlar özlərindən onu bidət kimi araya gətirdilər (haqlarında bəhs edilənlər xristianların rahibləridir)
Uca Allahın: "...Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər..." ifadəsindəki buyruqda (qazanmaq mənasındakı sözün) fəthə ilə hərəkələnməsi barədə üç nəzər nöqtəsi mövcuddur:
Ən doğrusu, bunun, ayrılmış bir istisna kimi fəthə ilə hərəkələnməsidir. Yəni, onlar rahibliyi ancaq Allahın rizasını almaq üçün icad etmişdilər. Buna isə Uca Allahın: "onlar özlərindən (bidət olan) rahiblik icad etdilər" buyruğu dəlil rolunu oynayır. Bundan sonra isə, onları bu rahibliyi uydurmağa yönəldən səbəbi (yəni, Allahın razılığını axtarmağı) xatırlamışdır. Ardıyca ona layiqincə riayət etməkdən uzaqlaşmaları onlara qarşı nifrət oyadır" (Mədəricus-Səlikin, III, 32)
Şeyx Həmid əl-Faqi bu izahla bağlı olaraq aşağıdakıları bildirir:
"Ayənin əvvəlki və sonrakı buyruqları ilə bərabər onun üslubundan belə məlum olur ki, Uca Allahın məqsədi dində bidət yaradanları məhkum etmək və bunun insan təbiətinə zidd olduğunu bəyan etməkdir. Bidət törədən hər hansı bir şəxs əslində o bidəti layiqincə yerinə yetirmək gücünə malik olmaz və olsa da onu itirər. Çünki ortaya atılan o bidət insan təbiətinə və sağlam ağla ziddir və onlardan uzaqdır. Hər şeyi bilən və hikməti sonsuz olan aləmlərin Rəbbi Allahın qulları üçün nəzərdə tutduğu nemətini tamamlamaqdan ötrü müfəssəl şərh etdiyi din də bəşəriyyəti islah etmək, Uca Allahın insanları xəlq edərkən onlara verdiyi fitrətlə onları siratu mustəqimə(Düzgün yola)yönəltmək üçündür.
Rahiblik – insan təbiətinə qarşı qoyulmuş, cinsi, qidalanma, geyinmə, rahatlıq, yuxu və buna oxşar haqlardan məhrum edilməklə bağlı, ilahi yaradılışa kökündən ziddir. İnsanın bunu yerinə yetirə bilməsi və ona layiqincə riayət etməsi mümkün olmayan bir şeydir.
Bundan ötrü Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə işi görənlərə olduqca qəzəblənmişdir Uca Allah da belə buyurur:
"De: "Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?"… (Əraf, 7/32)
Bir çox ayələrdə belə bir işə qoşulanın şeytanın öz dostlarına etdiyi təlqinlərlə bağlıdır. Doğrusunu ən yaxşı bilən Allahdır". (bu açıqlama üçün bax: İbn Qeyyim, ət-Təfsirul Qeyyim, səh. 486)
Bəzi sufilər də rahiblərə bənzəyərək yundan toxunmuş paltar geyinirlər, öz nəfslərini, Qurana və Peyğəmbərin (sallalla¬hu əleyhi və səlləm) doğru yoluna qarşı çıxaraq, xoş və təmiz şeylərdən məhrum edirlər.


Tarix: 17.04.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar
loading...