İnsan üçün sağ vaxtı verilən sədəqə daha əfzəldir yoxsa öldükdən sonra öz vəsiyyətnaməsində malının sədəqə verilməsini yazması?
Həmd Allaha məxsusdur.
Sağlam olarkən verilən sədəqənin fəziləti:
Əbu Hüreyra radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, hansı sədəqənin əcri böyükdür? O dedi: “Sağlam, xəsis olarkən, kasıbçılıqdan qorxub və zəngin olmağa ümidli olduğun zaman verdiyin sədəqə. “Onsuz da filankəslərə çatacağı halda, bunu filankəsə və filana verin, bunu da filan və filankəsə verin” deyərək ölümün səni haqqladığı (canın xirtdəyə durduğu) vaxta saxlama”. (Buxari 1330; Müslim 1713)
Əl-Nəvəvi (Allah ona rəhmət etsin) Əl-Xəttabinin belə söylədiyini demişdir: “Hədisin mənası budur ki, insan sağlam olduğu zaman xəsislik daha çox özünü büruzə verir. Sədəqə verməkdə xəsis olduğu halda, bununla belə sədəqə verərsə, niyyəti daha sadiq, ixlaslı olar və bunun əcri daha böyük olacaqdır. Onun halı, ölüm ilə üzləşən və yaşamaqdan ümidini kəsəndən fərqlidir. Belə kİ, (ölən kəs) dərk edir ki, onun mal-dövləti başqalarına qalacaqdır, sağlam olarkən verdiyi sədəqə ilə nisbətdə onun sədəqəsi naqisdir. Simiclik sağ qalmaq ümidi və kasıbçılıq qorxusudundan irəli gəlir. Ona görə də, vəsiyyət etdiyi zaman verdiyi sədəqənin əcri sağlam və xəsis olduğu zaman verdiyi sədəqəyə nisbətdə böyük olmur.
Əl-Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir: “Bu hədis dəlalət edir ki, sağlam olarkən insanın sağ vaxtı ödədiyi borclar və sədəqə, ölümündən sonra və yaxud xəstə olarkən verdiyindən daha əfzəldir. Peyğəmbər sallallahu aleyhi və səlləm buna işarə edərək demişdir: “Sağlam və xəsis olarkən...zəngin olmağa ümid edərkən...”. Belə kİ, insan sağlam olduğunda adətən pul çıxarmaq ona ağır gəlir. Çünki şeytan onu qorxudur və onun üçün bəzədir ki, bəlkə uzun ömür sürəcəkdir, pula ehtiyacı olacaqdır.
Necə ki, Allah təala buyurur: “Şeytan sizi yoxsulluqla qorxudur...”. (əl-Bəqərə 2:268).
Şeytan həmçinin vəsiyyət edərkən bunda ədalətsiz davranmağı və yaxud vəsiyyətindən geri dönməyi insana bəzədə bilər.
Sələfdən bəziləri bəzi zəngin insanlar haqqında belə demişlər: “Onlar öz mallarında Allaha qarşı iki dəfə asilik edirlər: mal əllərində olduğu zaman mallarında simiclik edirlər-yəni, həyatlarında (sağ vaxtı); və malları əllərindən çıxdıqları zaman bunda israf edirlər-yəni, ölümdən sonra”.
Tirmizi həsən isnadla rəvayət edir ki, (İbn Hibban bu hədisi səhih olaraq təsnif etmişdir) Əbu Dərda radiyallahu anhu mərfu rəvayətdə demişdir: “Ölümü əsnasında kölə azad edən və sədəqə verənin məsəli doyana qədər yedikdən sonra qidaları xaric edən kəsə bənzəyir”. Bu yuxarıda qeyd olunan hədisin mənasına qayıdır.
Əbu Davud (İbn Hibbanın səhih olaraq təsnif etmiş) Əbu Səid əl-Xudridən mərfu olaraq rəvayət edərək demişdir: “İnsanın sağ vaxtı və sağlam olduğu zaman bir dirhəm sədəqə verməsi, ölüm anında verdiyi yüz dirhəm sədəqədən xeyirlidir”.
Tarix: 13.04.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar