Asilərə verilən bəzi növ cəzalar barədə əl-Buharinin “Səhih”ində Samur ibn Cundub rəvayət etmişdir. O rəvayət edir ki, Peyğəmbər(sav) , sahabələrindən tez-tez soruşardı: “Bu gecə sizdən kimsə yuxu görüb?” İnsanlar ona yuxularını danışardılar. Bir səhər o dedi: “Bu gecə yanıma iki nəfər gəldi. Onlar məni özləri ilə götürdilər və dedilər: “Get”. Mən onlarla birgə yola çıxdım və biz uzanmış kişinin yanına gəldik.
Onun üstündə əlində qaya parçası tutub onun başını yaran digər kişi dayanmışdı. Ona zərbə yetirdikdən sonra daş qırağa düşürdü və o daşı götürmək üçün gedirdi, lakin uzanmış kişiyə çatmamış uzananın başı bitişib öz əvvəlki şəklinə gəlirdi və o yenidən ona zərbə yetirirdi. Mən dedim: “Sübhan Allah! Bu kimdir! – onlar isə dedilər; “Get! Get!” Biz yolumuza davam etdik və kürəyi üstə uzanan insanın yanına gəldik. Onun üzərində əlində dəmir qarmaq olan digər insan dayanmışdı və o qarmaqla uzananın ağzının küncündən tutaraq üzünü, burnunun deşiyini və gözünü ənsəsinə kimi yırtırdı. Sonra o eyni şeyləri (üzün) digər tərəfi ilə edirdi, lakin bunu edib qurtarmamış yırtılan tərəf bitişirdi, sonra yenidən o tərəfə qayıdırdı və eyni şeyləri təkrar edirdi. Mən dedim: “Sübhan Allah! Bu kimdir! – onlar isə dedilər; “Get! Get!” Biz içərisindən anlaşılmaz səs küy gələn təndirə bənzər quyuya çatana qədər yolumuzu davam etdik. Biz içinə baxdıqda çılpaq kişi və qadınlar gördük. Od onlara aşağıdan gəlirdi və onlara yaxınlaşdıqda onlar daha bərk bağırırdılar. Mən soruşdum: “ Bunlar kimdir?!” – onlar isə dedilər: “Get! Get!” Biz yolumuzu davam etdik və qırmızı rəngli çaya yetişdik. Orada insan üzürdü və sahildə qarşısında çoxlu daşlar toplanılmış digər şəxs dayanmışdı. Çayda olan Allah istədiyi qədər üzürdü və sonra qarşısında daşları toplayana tərəf üzürdü. O ağızını açaraq o birisinin ona atdığı daşı udurdu və yenidən üzürdü və sonra yenidən buna qayıdırdı. Hər dəfə qayıtdıqda o birisinin onun ağzına atdığı daşı udurdu. Mən soruşdum: “Bunlar kimdir” – onlar isə dedilər: “Get! Get!”. Biz yenidən yolumuza davam etdik və görülməsi mümkün olan ən murdar görünüşlü kişiyə rast gəldik. O, yanında olan odu qoruyurdu və ətrafında gəzirdi. Mən soruşdum: “Bu kimdir” – onlar isə dedilər: “Get! Get!” Biz yolumuza davam etdik və yazın bütün rəngləri olan qaranlıq bağa yetişdik. Bağın ortasında hündür kişi dayanmışdı, o, elə hündür idi ki, mən demək olar ki, başını heç görmürdüm və onun ətrafında əvvəllər rast gəlmədiyim qədər uşaqlar var idi. Mən soruşdum; “O kimdir? Və onlar kimdir?” – onlar isə cavab verdilər: “Get! Get!” biz yolumuza davam etdik və nəhəng ağaca yetişdik və mən əvvəllər belə yekə və gözəl ağac görməmişdim. Mənə ona dırmaşmağı əmr etdilər və biz onunla qızıl və gümüş kərpiclərdən tikilmiş şəhərə qalxdıq. Şəhərin qapılarına yaxınlaşdıqda biz onları açmağı xahiş etdik və onları bizim üçün açdılar. Biz daxil olduqda bizi bir tərəfləri nə vaxtsa gördüyünüzdən daha gözəl, digər tərəfləri isə nə vaxtsa gördüyünüzdən daha pis olan insanlar qarşıladılar. (Müşayətçilərim) dedilər: “Onları aparın və o çaya batırıb çıxarın”. Uzaqda suyu düm ağ görsənən çay var idi. Onları apardılar və çaya batırıb çıxardılar və sonra bizə döndülər və onlarda xoşa gəlməyən heç bir şey qalmadı. Mənə dedilər: “Bura Ədn bağıdır”. “Sənin yerin buradır”. Mən göyə baxdım və ağ buluda bənzəyən saray gördüm. Mənə dedilər: “Budur sənin yerin”. Mən dedim: “Allah sizin ikinizdən də razı olsun! Mənə ora girməyə izn verin”. Onlar dedilər: “Sən ona girəcəksən, lakin indi yox”. Mən dedim: “Bu gecə mən qəribə şeylər görmüşəm. Onlar nə idi?” Onlar dedilər: “Biz bu barədə sənə mütləq xəbər verəcəyik. Gördüyün başı daşla yarılan birinci adam Quranı öyrənib, onu rədd edib və sübh namazlarını yatırdı. Sonra ağzı, burnunun deşiyi və gözü ənsəsinə kimi yırtılan adam evə gələrək yalanlar danışardı və onlar yer üzündə yayılardı. Təndirdə gördüyün çılpaq kişi və qadınlar zinakar kişi və qadınlar idi, çayda üzüb daşları udan isə sələmçi idi. Odu qoruyub ətrafında gəzən eybəcər xarici görünüşlü kişi Cəhənnəm nəzarətçisi Malik idi. Bağdakı hündür kişi – İbrahim idi, ətrafındakı uşaqlar isə fitrət üzərində (tövhiddə) vəfat etmiş uşaqlardır (əl-Barkninin rəvayətində deyilir: “fitrət üzərində (tövhiddə) doğulmuş uşaqlardır”. Bu an müsəlmanlardan kimsə soruşdu: ”Ey Allahın Rəsulu, müşriklərin uşaqları da?” O dedi: “Müşriklərin uşaqları da həmçinin”. Sonra o davam etdi: “Bir hissələri gözəl bir hissələri eybəcər olan insanlar isə - saleh əməlləri günahlarla qatışan insanlardır, lakin Allah onları bağışladı”.
Tarix: 12.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Maraqlı melumatlar