Müsəlman qardaş və bacılarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyərənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləş-diriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.
1. Təhrif – bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil - Allah Qurani Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan İstiva - ucalmaq sözünə, Lə – şəkilçisi artırmaqla İstəvlə hökmü altına aldı sözü ilə əvəz edirlər. Bəzi səhf yolda olan firqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda Hittə – «Bizi bağışla» deyərək içəri daxil olun buyurduğu halda onlar Allahı ələ salaraq Hittə – sözünü, Hintə – «Buğda» sözü ilə əvəz etdərək arxaları üstə kəndə girməyə başladılar. (əl-Bəqərə 58-59) (Buxari 4479.)
Allahın Əl – sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164)-ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər.
Allah Qurani Kərimdə təhrifi qınamış və bu haqda: «Halbuki (Musa dövründə) onların içərisində elələri də vardı ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75). «Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir…». (ən-Nisa 46). «Onlar sözlərin yerini dəyişib təhrif edir…». (əl-Maidə 13,41).
Təhrif – Təvil (Təvil – sözü çevirmək, dəyişmək, sözə başqa məna vermək, ayə və hədisi zahiri mənasından çıxardıb Quran və Sünnənin demədiyi mənalara yozmaq deməkdir. ) Kəlamçıların bir çoxu təhrif kəlməsinin yerinə təvil kəlməsini işlədirlər. Çünki Təvilin hamısı pis deyildir. Peyğəmbər (s.a.v) İbn Abbas (r.a) haqqında: «Allahım onu dində fəqih et! Ona təvili öyrət!» deyə buyurmuşdu.(Buxari, Müslim, Əhməd 1/266,314, İbn Məcə 166, Təbərani «əl-Kəbir» 10587,10617, Bəğavi «Şərhu Sunnə» 3942. )
Təvil – təfsir mənasıdadır və sözün son nəticədə əsaslandığı həqiqət mənasını bildirir. Pislənmiş təvil – sözün bəyənilən bir mənasını kənara qoyaraq ona bənzər digər dəlili bəyənilməyən, ehtimallara əsasən şərh edilməsinə deyilir. İsim və Sifətlərdə təvilə gəldikdə isə bidət əhlinin belə bir şeyə əl atmalarında məqsəd Uca Allahı yaradılmışlara bənzərlikdən təmizləməklə həddi aşmalarıdır. Bu isə öz növbəsində batil bir iddia olmaqla onları çəkindikləri təhlükənin bir başqa formasına, daha ağırına salmaqdadır. Məs: Yəd – Əl sözünü qüdrət mənasında təvil etdikləri vaxt Allahın əlinin olmasını deməkdən qaçmaq istəmişlər. Çünki yaradılmışların da əli vardır. Əl - sözü onlara mütəşabih görününcə onu qüdrət adlandıraraq təvil etmişlər. Bu da onların bir ziddiyətidir. Yəni onlar məqbul saydıqları məna haqqında müvafiq bir iddia qəbul etmək məcburiyyətindədirlər. Yəni özlərinin rədd etdikləri mənanı qəbul etməyə məcburdurlar. Axı qulların da qüdrəti vardır. (Belə olduqda Allahla yaradılmışlar arasında oxşarlıq olur). Əgər onların qəbul etdikləri qüdrət haqq və mümkün olan bir şeydirsə, onda Uca Allah üçün əli məqbul saymaq da eyni qaydada haqq və məqbuldur. Əgər Uca Allah haqqında əli qəbul etmək – onların iddialarına görə təşbihi (bənzətməni) zəruri etdiyi üçün batil və mümkün olmayan bir şeydirsə, eynilə qüdrəti də qəbul etmək batil və qeyri mümkündür.
(Qahtani «Ulumul Quran». )
2. Tətil – Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək. Tətil mütləq olaraq Təhrifdən daha şiddətlidir. Yəni o, yerdə ki, təhrif var orada tətil də vardır. Lakin əksi belə deyildir.
İki Qisimdir: 1) Böyük Tətil – Cəhmilər Allahın İsim və Sifətlərini təmamilə inkar edirlər. 2) Kiçik Tətil – Əşarilər, Mətrudilər kimi Allahın İsim və Sifətlərindən bəzilərini qəbul edib, bəzilərini isə inkar edirlər.
3. Təmsil (Muməssil) – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin Təşbih – də deyilir. Bənzətmək, bənzər vermək. «Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir». (əş-Şura 11). Allah bu ayədə həm nəfy, həm də isbatı bir arada zikr etmişdir. Onun bənzərinin (misli) olmasını nəfy edərkən, Səmi və Bəsır (eşidən və görən) olduğunu isbat etmişdir. Bu da bu cür düşünənlərin fikirlərini alt-üst edir.
İki Qisimdir:
1. Yaradılmışı Yaradana (Allaha) bənzətmək – Yəni Allahın sifətlərindən, fellərindən, haqlarından hər hansı birini yaradılmışa da vermək.
1) Allahın sifətlərindən hər hansı birini yaradılmışa vermək – Peyğəmbər (s.a.v) və ya ondan aşağı səviyyədə olan hər hansı bir yaradılmışı tərif və övməkdə hədi aşmaq. Necə ki, Abdullah İbn Yəhya əl-Buhturini (1) tərif edən Mutənəbbi (2). O, deyir: «Ey bənzəri olmayan kimsə, dilədiyin kimi ol! Və necə istəyirsən elə də ol! Sənə bənzər bir kimsə yaradılmamışdır».
3) Allahın haqlarından hər hansı birini yaradılmışa vermək – Müşriklərin bütlərinin ilahlıq haqqı olduğunu irəli sürərək onlara tapınıb ibadət etmələri kimi.
2. Yaradanı yaradılmışa bənzətmək – Yəni yaradılmışa aid olan bəzi özəllikləri Allahın zatına və sifətlərinə vermək. «Allahın iki əli yaratdıqlarının əlləri kimidir», «Allahın Ərşə İstiva etməsi yaratdıqlarının öz taxtlarına oturub qalxmaları kimidir» və s. bənzəri sözlər kimi. İlk olaraq bu sözləri işlədən Hişam İbn əl-Həkəm olmuşdur. (3)
olmuşdur.
İmam Əbu Hənifə (Allah rəhmət etsin) yaradanı yaradılmışa bənzətməyi kəsin ifadələrlə qadağan etmişdir. O, deyir: «Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin duyması bizim duymağımıza bənzəməz. Danışır, lakin danışması bizim danışığımız kimi deyildir” («əl-Fiqhul Əkbər» s. 59,302. )
” . «Allahın əli onların əlləri üzərindədir, lakin bu yaratdıqlarının əlləri kimi deyildir. O, əllərin yaradıcısıdır. Onun üzü yaratdıqlarının üzü kimi deyildir. O, bütün üzlərin yaradıcısıdır. Onun nəfsi yaratdıqlarının nəfsi kimi deyildir. Bütün nəfslərin yaradıcısı Odur. «Ona bənzər heç bir şey yoxdur. O, eşidən və görəndir». (əş-Şura 11)
(«əl-Fiqhul Əbsat» s. 52,53.)
4. Təkyif (Mukəyyif) – Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid İbn Müslüm deyir ki, əl-Əvzai, Sufyan İbn Uyeynə, Məlik İbn Ənəsdən (r.a) İsim və Sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi qəbul edin, onlarla əlaqəli keyfiyyət düşünməyin»(İmam Bəğavi «Şərhus Sunnə».)
İmam Zuhri (Allah rəhmət etsin) deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir»(«əl-Əqidətul Təhaviyyə» s. 25. )
» . İbn əl-Cövzi İmam Əhmədin Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy (inkar) etdiyini siz də nəfy edin»
(«əl-Mənaqib» İmam Əhməd 221.)
(1)Məşhur şair olub. Əsrində şairlərinin lideri idi. Zəhəbi «Siyer» 13/487, ibn Kəsir «əl-Bidayə vən Nihayə» 11/81.
(2)Əsrinin şairi, ədəbiyyatçı olub. Əsl adı Əbu Tayyib Əhməd İbn Hüseyn İbn Həsən əl-Cufi əl-Kufi. Peyğəmbərlik iddiasında olduğu üçün Mutənəbbi ismi ilə tanınmışdır. Bir çox şirk və batil olan şerləri vardır. Tövbə etdiyi də söylənilir. Zəhəbi «Siyer» 16/199,201.
(3)Kufəli olan Hişam kəlamçılıqla tanınmış. Dövründə İmamiyyənin rəisi sayıldığı kimi İmamiyyənin bir qolu olan Hişamiyyənin qurucusudur. Hicri 190-da ölmüşdür. İmamət haqqında, Allahı cisimləndirrmə və yaratdıqlarına xüsusilə də insana bənzətmək kimi bir çox azğınlıqlar etmişdir. Bax: «Məqalətul İslamiyyə» 1/133,134.
Tarix: 05.05.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar