Bu əzəmətli dinin daha bir gözəlliyi ailə və cəmiyyət əlaqələrini tənzimləməsidir. O, ailənin sonra isə cəmiyyətin bir-birinə bağlanmasına xüsusi diqqət yetirir. Müsəlmana, qohumluq dərəcəsindən asılı olaraq öz yaxınlarına yaxşılıq etmək və onlarla əlaqələrini bərkitmək əmr olunur.
Bu haqda Allah taala buyurur:
"(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!" (ər-Rum: 38).
Peyğəmbər (sav) hədislərin birində buyurur:
"Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala atalarınızı sizə tövsiyə edir. Allah taala dərəcəsindən asılı olaraq qohumlarınızı sizə tövsiyə edir (yəni, deyilənlərə bu tərtiblə yaxşılıq etmək vacibdir)"(Əhməd: 4\ 132. İbn Macə: 2\ 1207-1208\ ? 3661. Hədis həsəndir.)
Peyğəmbər (sav) buyurur:
"Kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə qohumluq əlaqələrini bərkitsin"(Buxari: 10\ 415\ ? 5986. Müslim: 4\ 1982\ ? 2557.)
İslamda qohumluq əlaqələrini bərkitmək və onlara yaxşılıq etmək mənfəət və məsləhət üçün deyil. Əksinə bu daha əzəmətli və şərəfli əməldir. Müsəlman bu əməlini xalis Allah üçün edir. Məqsəd isə Allaha itaət etmək və savab qazanmaqdır. Ona görə hər nə olursa olsun qohumluq əlaqələri qorunub saxlanır. Bir kişi Peyğəmbərin (sav) yanına gəlib dedi:
Ey Allahın Elçisi! Mənim qohumlarım var və mən onlarla əlaqələrimi bərkidirəm, onlar isə mənimlə əlaqəni kəsirlər. Mən onlara yaxşılıq edirəm, onlar isə mssaənə pislik edirlər. Mən onların qayğısına qalıram, onlar isə məni saymırlar? Peyğəmbər buyurdu: "Əgər sənin dediyin həqiqətdirsə, onda sanki sən onlara qaynar qum yedizdirirsən. Sən belə davam etdikcə Allah taala səni onlardan üstün edər" .(Müslim: 4\ 1982\ ? 2558.)
Bu prinsip İslamda qohumluq əlaqələrini digər kafir millətlərdən fərqləndirir. Onlar qohumluq əlaqələrini maddi məqsədlər və mənfəətlər üçün edirlər. Mənfəət bitdikdə qohumluq əlaqəsi də bitir və kin-küdurət yenidən öz yerini tutur.
İslam valideynlərin haqlarını uca tutmuş və onlara yaxşılıq etməyi əmr etmişdir. Çünki onlar ən yaxın qohumdurlar. Ona görə onların haqları Allahın haqqından sonra birinci edilmişdir.
Allah taala buyurur:
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (əl-İsra: 23-24).
Allah taala onlara yaxşılıq etməyi əmr etmişdir. Xüsusən də qocalıb və xəstələnib zəif olan vaxtlarında. Oğul onların keçmiş yaxşılıqlarını xatırlayar, uşaqlıqda verdikləri tərbiyənin nəticəsi olaraq onların bağışlanması üçün dua edər. Allah taala onlara qarşı təvazökar, mərhəmətli və itaətkar olmağı əmr edir. Onların buyruqlarına hirslənməməyi buyurur. Hətta buyruğu yerinə yetirərkən "Uf" belə deməsi qadağan edilmişdir. Dediklərini etsən yenə də "Uf" demək olmaz.
Peyğəmbərin (sav) Sünnəsində valideynlərin üzünə ağ olmağa yol verilməmiş və belə edənlərə təcili əzab vəd edilmişdir.
Peyğəmbər (sav) buyurur:
"Zülm etmək və qohumluq əlaqələrini kəsmək günahların içərisində bu dünyada Allah taala tərəfindən təcili cəzaya və axirətdə də cəzalanmağa daha layiqdir" .(Tirmizi: 4\ 573\ ? 2511. Əbu Davud: 5\ 208\ ? 4902. İbn Macə: 2\ 1408\ ? 4211. Hədis səhihdir.)
Valideynlərin vəfatından sonra da onlara yaxşılıq etməyin əmr edilməsi İslamin təəccüb doğuran əmrlərindəndir. Vəfatından sonra onlara edilən yaxşılıq: onlar üçün dua etmək, vəsiyyətlərini yerinə yetirmək, onların dostlarına və sevdiklərinə qarşı mehriban olmaq.
Peyğəmbər (sav) buyurur:
"Ən gözəl yaxşılıq - övladın atasının dostları ilə əlaqələri saxlamasıdır" .(Müslim: 4\ 1979\ ? 2552.)
Qohumların sıx əlaqələri və yaxınlara yaxşılıq etməyin faydası, İslam cəmiyyətinin bir-birinə bağlanması, qüvvətli və dözümlü olmasıdır.
Tarix: 18.04.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar