Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı- İlk müsəlmanlara edilən işkəncələr

İlk müsəlmanlara edilən işkəncələr

Müşriklər müsəlmanlara elə işkəncələr verdilər ki, bunlar insanın tüklərini ürpərdəcək dəhşətdədir.

Bilal Həbəşiyə edilən işkəncələr

Bilal b. Rəbah (radiyəllahu anhu) Ümeyyə b. Xələfin köləsi idi. Ümeyyə, Bilalın boynuna bir ip keçirir, sonra da o ipi uşaqların əlinə verərək onu qızğın qumların üzərində sürüdürdü. Bəzən də tam günorta istisində onu aparıb qızğın qumların üzərinə uzandırır, üstünə qayalar yığardı. "Məhəmmədə küfr edib, Lat və Uzzaya ibadət edənə qədər səni belə bıraxacağam." deyərdi. Onun bu sözünə Bilalın verdiyi qarşılıq bu olurdu : Əhad, Əhad, Allah birdir, Allah birdir."

Bilalın bu halını görən Əbu Bəkr (radiyəllahu anhu) onu alaraq azadlığa qovuşdurdu.

Amir b. Fuheyr isə bayılana qədər işkəncə edilirdi.

Əbu Fukeyhə ki, adı İflahdır : Əzd qəbiləsindən olduğu deyilir. Abduddar oğullarının köləsiydi. Ağaları onun ayağına dəmir zincirlər bağlayaraq, sonra da günün ən isti saatında qızğın qumların üstündə sürüyürdülər. Üstünə böyük bir qaya qoyaraq bayılana qədər o halda bıraxırdılar. İkinci hicrət qafiləsiylə birlikdə Həbəşistana hicrət edənə qədər bu işkəncələr davam etmişdir. Bir dəfə ayaqlarını bağlayaraq qızğın qumlarda sürüdükdən sonra "öldü" deyə bıraxıb getmişdilər. Onu da Əbu Bəkr (radiyəllahu anhu) alaraq azadlığına qovuşdurdu.

Həbbab b. Ərət

Həbbab b. Ərət də cahiliyyə dövründə əsir alınıb kölələşdirilənlərdən idi. Ümmü Ənmar bintu Səba onu almışdı. Dəmirçi idi. Müsəlman olduqda ağası ona atəş ilə işkəncə vermişdir. Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`i inkar etməyi üçün kürəyini qızdırılmış dəmir çubuqlar ilə döyərdi. Bu isə, sadəcə onun iman və təslimiyyətini artırdı. Ayrıca, digər müşriklərin işkəncəsinə də məruz qalmışdır. Dəfələrlə yanan kömür yığınlarının üstünə atılmışdır.

Zinnirə Ümmü Rumiyyə : Müsəlman olmuş və işkəncəyə məruz qalmışdı. İşkəncədən gözləri görməz oldu. Müşriklər ona, "səni tanrılarımız Lat və Uzza vurdu" demişdilər. Bu mübarək xanım isə onlara "Xeyr, vallahi bu sadəcə Allahın bir təqdiridir." demişdi. Ertəsi gün gözləri açılmış, Qureyşlilər "Bu Məhəmmədin bir sehridir." demişdilər.

Ümmü Abis : Zəhra oğullarının cariyəsiydi. İslam və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in ən şiddətli düşmənlərindən olan Abdu-Yəğusun işkəncələrinə məruz qalmışdır.

Adiyy oğullarından Amr b. Müməlin cariyəsi Lübeynə də müsəlman olmuşdu. Ömər isə hələ o vaxtlar müşrik idi. Lübeynəyə işkəncə edən o idi. Onu yorulana qədər qamçılayar, sonra da belə deyərdi : "Vallahi səni yazığım gəldiyi üçün deyil, yorulduğum üçün bıraxıram." Lübeynə isə ona : "Rəbbim də sənə belə etsin" deyirdi.

İşkəncəyə məruz qalan bir başqa cariyə də Nəhdiyyə və qızıdır.

Abduddar ailəsindən bir qadının köləsiydilər. İşkəncəyə məruz qalan bütün qadın və kişi kölələri Əbu Bəkr (r.a) alaraq azadlıqlarına qovuşdurmuşdur. Atası Əbu Kufahə ona "həmişə zəif qulları alıb azadlığına qovuşdurursan, bir az da güclü şəxsləri alıb azad etsən, faydalarını görərsən"- deyə danlayarkən, Əbu Bəkr (r.a) ona bu cavabı verir : "Mən sadəcə Allahın razılığını istəyirəm." Allah bununla əlaqəli olaraq kərim ayələr endirərək Əbu Bəkri öyüb, düşmənlərini pisləmişdir. «Mən sizi alov saçan bir odla qorxutdum. Ona ancaq ən bədbəxt kimsə girər.» (Leyl / 14-15) Bu Əbu Ümeyyə b. Xələf və dostlarıdır.

«O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.O, mütləq razı qalacaqdır!» (Leyl / 18-21) Bunlar isə, Əbu Bəkr (r.a) və dostlarıdır.

Əmmar bin Yasir və anası, atası da işkəncə görənlər arasındaydılar.

Yasirin ailəsi Məhzun oğullarıyla andlaşmalıydılar. Başda Əbu Cəhl olmaq üzrə Məhzumilər onları qızğın çöllərdə bıraxardılar və olmayan işkəncələr edərdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların ürək ağrıdan hallarını gördükcə "Səbr edin ey Yasir ailəsi, sizinlə cənnətdə görüşəcəyik. Allahım, Yasir ailəsini bağışla!" deməkdən başqa bir şey edeə bilmirdi.

Əmmarın atası Yasir, bütün bu işkəncələrə dözməyərək vəfat etdi. Anası Sümeyyə isə, Əbu Cəhl tərəfindən qarnı mizraqla deşilərək şəhid edildi. Beləcə, İslamda şəhid olma mərtəbəsinə Sümeyyə və əri Yasir nail olmuşdur.

Əmmarın şəxsən özü isə, hər cür işkəncələrə məruz qalmışdır. Yenə belə bir işkəncə sırasında qəlbi imanla dolu olduğu halda, müşriklərin istədikləri bəzi kəlmələri diliylə deməyə məcbur edilmişdir. Bu kərim ayə onun haqqındadır. «Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.» (Nəhl / 106)


Musab b. Umeyr (radiyəllahu anhu) : Musab, Məkkənin gənc, yaraşıqlı və məğrur cavanıydı. Ana və atası çox varlı olduqlarına görə, onu ən gözəl şəkildə yedizdirib, geyindirirdilər. Olduqca yüksək bir həyat şəraitində yaşayırdı. İslamı qəbul etdikdən sonra ailəsi onu həbs etdi və sonra da evlərindən qovdular. Şəraitli və rifahlı həyatı artıq arxada qalmışdı.

Süheyb b. Sinan ər-Rumi (radiyəllahu anhu) : Bayılana qədər, dediyini bilməyənə qədər işkəncə edilirdi.

Osman b. Əffan (radiyəllahu anhu) : Müsəlman olduqdan sonra ailəsinin işkəncələrinə məruz qalmışdır.


Əbu Bəkr əs-Siddiq və Təlha bin Ubeydullah da Allah üçün işkəncə görənlər arasındaydılar

Nofəl b. Xuveylid hər ikisini də ibadət etməkdən, namazdan çəkindirmək üçün bir-birinə bağlamışdı. Ancaq, bütün bunlar onları Allah (Cəllə Cəlaluhu)`a yönəlməkdən uzaqlaşdıra bilməmişdir.

İşkəncəçilərin başçısı Əbu Cəhl harada bir müsəlman görsə, əgər o müsəlman zəif idisə, tez üstünə atılaraq döyərdi. Gücünün çatmadıqlarını isə, təhdid və söyüşlərlə qorxdurmağa çalışırdı. Bütün müsəlmanlar, xüsusilə də, zəif və kimsəsiz olanlar bu hücum və işkəncələrdən az-çox pay almaqdaydılar. Müşriklər zəif və kimsəsiz müsəlmanlara mərhəmətsizcəsinə işkəncə edərkən, güclü və söz sahibi olan müsəlmanlara qarşı daha diqqətli davranmaq məcburiyyətində qalırdılar.


Tarix: 03.05.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar
loading...