əl-İləh – İləh, tanrı, məbud deməkdir. «Sizin ilahınız (İLƏH) tək olan Allahdır. Ondan başqa ilah yoxdur». (əl-Bəqərə 163). “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır (İLƏH). Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!”. (ən-Nisə 171).
Təbərakə – kəliməsi bərəkət kökündən Təfəalə – vəznində bir kəlimə olub, bərəkət, çoxluq, genişlik, bolluq və ucalar ucası deməkdir. Qurani Kərimdə bu sifət 9 yerdə keçməkdədir. «Aləmlərin Rəbbi olan Allah ucalar ucasıdır». (əl-Əraf 54). «Mütləq hökmüranlıq əlində olan Allah ucalar ucasıdır». (əl-Mulk 1). Həmçinin bu kəlimə Təazəmə – əzəmətli, Taharət – təmizlik mənalarını da verdiyini söyləmişlər.
Ə`LA
əl-Əla – Ən uca, ülvi mənasındadır. Allah hər üstün və yüksək məqamın üstündədir. «Ən uca (ƏLA) olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər də!». (əl-Əla 1).
Tarix: 05.05.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar