Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)əl-Afuv

əl-Afuv – Sözdə silmək, yox etmək mənasındadır. Afv – kökündən gələn bir sifət olaraq asanlıqla bağışlayan, qulların günahlarını silən, cəzaları qaldıran deməkdir. «Həqiqətən Allah əfv edən və bağışlayandır». (əl-Həcc 60). Allah qullarının tövbələrini qəbul edər və etdikləri pislikləri bağışlayandır. Çünki O, əfv edicidir. Əfv etməyi sevəndir. Qullarının əfva çatmalarına səbəb olan şeyləri yerinə yetirmək üçün çalışmalarından xoşlanır. Onun sonsuz əfiındən biri də qul nə qədər günah edirsə etsin sonunda Ona yönəlib tövbə edərsə onun etdiyi bütün günahları bağışlayar. Əfv əsən küləyin izləri sildiyi kimi günahların silmək mənasına da gəlir. Günahları bağışlayan, sanki bu əfv ilə günahların izini silməkdir. «Bəndələrinin tövbəsini qəbul eən, günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur!». (əş-Şura 25). Aişə (r.anha( deyir ki, Peyğəmbərdən (s.a.v) soruşdum: «Ey Allahın Rəsulu! Qədr gecəsinə yetişsəm nə söyləyim?». Peyğəmbər: Allahummə İnnəkə Afuvvun Kərimun Tuhibbul Əfvə Fəfu Ənni – Allahım Sən bağışlayansan, səxavətlisən və bağışlamağı sevirsən. Məni bağışla»
(Tirmizi 3513. )

Bu İsmin insanlar üçün işlədilməsi caizdir. «Onlar insanları bağışlayanlardır». (Ali İmran 134). Əfv hər zaman əfv etməklə, bağışlamaqla və cəzalandırmamaqla bilinəndir. Hər kəs Onun mərhəmət və kərəminə möhtac olduğu kimi əffinə və bağışlamasına da möhtacdırlar. Əfv günahların izlərini tam aradan qaldırması, onları Kiramən Kətibin mələklərinin yazdığı dəftərlərdən silməsi, qiyamət günü qullarını bu günahlardan sorğuya çəkməməsi, xatırladıqda utanmamaları üçün bu günahları onlara unutdurması və hər pisliyin yerinə yaxşılıq qoymasıdır. «Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar)». (ər-Rəd 39). «Allah onların pis əməllərini yaxşı əməllərə çevirər». (əl-Furqan 70). Əfv, məğfirətdən daha genişdir. Çünki məğfirət günahların örtüldüyünü, əfv isə onların izlərini belə sildiyini bildirir. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) belə buyurduğunu eşitdim: «Allah ə buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm» .(Tirmizi, əl-Albani «Səhih əl-Cəmi» 4214, «əl-Mişkət» 4336, «Təxric ət-Tərğib» 2/268-ci hədis.) Sən də sənə qarşı haqsızlıq edən və sənə pislik edən kimsələri əfv etməlisən. Bilməlisən ki, Allah əfv edənləri sevər.


Tarix: 05.05.2013 / 14:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar
loading...