Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH SEVGISI

ALLAH SEVGİSİ

Bəşər övladı olan hər bir kəsdə sevgi və məhəbbət deyilən hisslər mövcuddur. İnsan sevir! O, hələ uşaqlıqdan sevməyə başlayır. O, öz anasını sevir, atasını sevir, ailə üzvlərini sevir, dostlarını sevir, o, çiçək ətrini sevir, gülləri sevir, çayın şırıltılı səslərinə vurulur, gəzməyi sevir, bülbülün səsindən həzz alır... İnsan sevir və öz sevdiyindən həzz alır... Lakin sevdiyi bu şeylərin hər biri fani olduğundan daim insanla həyat yolunda yoldaşlıq edə bilmir. İnsan şəhərə gəldikdə çayın şırıltısı ilə, yaşa dolduqda sevdiyi nənəsilə, məktəbə getdikdə sevimli oyuncaqları ilə, ixtiyar yaşına çatdıqda hətta bir çox hisslərilə vidalaşmalı olur. İnsan sevdiklərilə vidalaşır, lakin bir hiss olaraq sevgi daim onunla yol yoldaşı olub yol gedir. Onun obyekt və subyektləri dəyişsə də, özü bir sevgi olaraq insanla bərabər yaşayır. Əlbəttə, sevgi insanı yaşamağa sövq edən, ona maraq verən hisslərdən biri olduğundan insan sevdikcə bu sevgidən rahatlıq umur, könül sevinci gözləyir. Nəyi sevdiyindən asılı olaraq o, bu və ya digər dərəcədə öz istəyinə nail olur. Lakin bu hal hər zamanmı onunla həyat yolunda addımlamağa davam edir...?

Sevgilər içərisində elə sevgi vardır ki, bu sevgi sualımıza müsbət cavab verməyə hökm verir. Elə bir sevgi ki, insana ruh verir, onu yaşadır, onun yaşaması üçün, həm də könül sevinci ilə yaşaması üçün yardımçı olur. Elə bir sevgi ki, onun tutduğu istiqamət heç zaman aradan getmir, sarsılmır, solmur, itmir. Elə bir sevgi ki, bütün sevgilərin fövqündə durur və elə əslində digər sevgiləri tənzimləyir, digər sevgilərin istiqamətlərini müəyyən edir... Bu sevgi aləmlərin Rəbbi olan mehriban və biz insanları sevən Allaha olan sevgidir. Bu sevgi mütləq sevgidir. O, heç nə ilə müqayisə edilə bilməz!

«İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir...»

( Bəqərə surəsi, ayə 165)

İnsan qəlbində bu sevgiyə nail olduqda, bu sevgini qazandıqda, belə bir sevgi insanı yaşadır və ilahi sevgilə o, qəlb rahatlığı tapır, qəm-qüssədən, rahatsızlıqlardan xilas olur. Onun qəlbi gülür, o, Allahı sevir və bilir ki, Allahı da onu sevir, Allahın sevdiyi şəxsdən daha xoşbəxt isə heç bir kimsə ola bilməz.

Allah sevgisi əldə edən və Allahın sevgisini qazanan şəxs, həyatda daim üzünü Ona tərəf tutacaq, etdiyi hər bir işdə, danışdığı hər bir kəlmədə, bütün davranışlarında, əməllərində yalnız Onun razılığını düşünəcək, Onun üçün yaşayacaq, Onun üçün həyat sürəcək. Hər harada olursa, hər nə edirsə, üzünü hara tutursa, Allahla olacaq.

De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!»

(Ənam surəsi, ayə 162)

O, sevdiyi Allahın sevdiyi kimi yaşamağa çalışacaq və Onun buyruqlarını, Onun sözünü, Onun ayəsini dinləməyə və eşitməyə tələsəcək. Təkcə dinləmək deyil, onu eşitməyə və dərk etməyə çalışacaq. Artıq eşitməklə o, rahatlığa qovuşacaq, imanını ülviləşdirəcək, kamilləşdirəcək.

«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar...»

Ənfal surəsi, ayə 2)

Bu sözləri, bu ayələri eşidib dərk etməyə tələsəcək ki, imanı artsın və o, bu buyruqlara əməl etsin. Sevdiyi Allahın sevdiyi əməlləri yerinə yetirməyə və Onun xoşlamadığı işlərdən çəkinməyə, qaçmağa tələsəcək. Tələsəcək ki, Allah da Onu daha çox sevsin, ondan daha çox razı qalsın. Onun həyatda bunun qədər başqa bir qorxusu yoxdur. Allaha olan imanı və mütləq sevgisi ondan bütün qorxuları qovur. O, sevdiyi Allah yolunda çətinliklərdən, var-dövlətindən, malından və hətta canından keçməyə hazırdır. Belə insanda heç bir vəchlə həyatı boyu ruh düşkünlüyü ola bilməz! Çünki, Allah sevgisi ona daim ruh verir!

Eks tərəfdə isə Şeytan dayanıb pusquda. Şeytanın məkrli niyyəti insanı bədbəxt etməkdir. Axirət bədbəxtliyi cəhənnəm əzabı olduğu kimi, bu dünyanın əzabı da qəlb rahatsızlığıdır. Heç bir var-dövlət, heç bir fani dünya malı və fani dünya əyləncələri insanı qəlb rahatsızlığından xilas etməyə qadir deyildir. Belə ki, ilahinin qanunu belə buyurmaqdadır:

Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!»

Rəd surəsi, ayə 28)

Odur ki, Şeytan hər vəchlə insanı Allahın zikrindən ayırmağa, Allahsız həyat sürməyə, Allahla ünsiyyəti qırmağa çalışır, bu yolda hiylələr işlədir, tələlər qurur. Çox əfsuslar ki, bəşər övladı tez-tez tələyə qoyulmuş bəzəklərə aldanıb tələyə düşür. Bununla o, öz nəfsi istəklərinə uyaraq Şeytanın əsirinə çevrilir, öz dünya və axirət səadətini fani dünya bər-bəzəyinə qurban verir. O, ilahinin qanununu unudur:

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!»

Ənkəbut surəsi, ayə 64)

Sakin mütləq Allah sevgisi ilə Şeytanın hiyləsinə yox deyən və sevdiyi Allaha sığınan iman əhli bu təhlükədən qurtulmuşlardır və onlar nə bu dünyada, nə də axirətdə qəm-qüssə girdabına düşməzlər.

Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbər gəlib ayələrimizi söylədiyi zaman pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!»

Əraf surəsi, ayə 35)

Elbəttə, Allahı sevən kimsə qəm-qüssə görməz! Axı, Allah da onu sevir və o, mehriban Allahın öz sevdiyinə verəcəyi könül sevincindən başqa bir şey deyildir. Allah bu sevinci şəfa verən buyruqları və mərhəmət peyğəmbəri vasitəsilə insanlara bəxş etmiş və buyurmuşdur:

«(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir! De: «Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!»

Yunus surəsi, ayə 57-58)

(Ya Məhəmməd!) Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik!»

Ənbiya surəsi, ayə 107)

Allahı sevmək və Onun sevgisini qazanmaq istəyində olan hər bir şəxs yalnız Allaha üz tutub Ona sığınmalı, həyatını Onun buyruqları əsasında sürüb sevimli peyğəmbəri Hz.Məhəmmədin ardıcılı olmalıdır. Rəbbimiz buyurur:

(Ya Məhəmməd!) De ki: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın! Allah bağışlayan və mərhəmətlidir!»

Ali-İmran surəsi, ayə 31)

Həqiqətən də Allah sevgisini qazanmışlar həqiqi səadətə yetişmişlərdir. Onlar Allah dostlarıdır və Allahın dostu olanın nə qüssəsi ola bilər? Allahın özünün buyurduğu kimi:

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!»

Yunus surəsi, ayə 62-65)

oğrudan da böyük qurtuluşdur! Gəlin bir dəfə gəldiyimiz bu dünyada sınaq meydanında olduğumuzu unutmayaq, mütləq sevgimizlə Allaha sığınaq və ondan bərk tutaq. Onu sevək və Onun tərəfindən sevilək! İmanımız sayəsində zülmətləri yarıb işığa çıxaq, nurla buluşaq!

Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldir. Kafirlərin dostu isə şeytanlardır. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!»

Bəqərə surəsi, ayə 257)

Allaha və peyğəmbərinə iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında olan özündə-sözündə doğru olan siddiqlər və şəhidlərdir. Onların öz mükafatları və öz nurları vardır!»

Hədid surəsi, ayə 19)

Söylə: «Allaha və peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz, şübhəsiz ki, Allah da küfr edənləri sevməz!»

Ali-İmran surəsi, ayə 32)

Gəlin Allahımızı layiqincə sevək və Allahın sevimli bəndəsi olaq. Sevimli bəndəsi olaq ki, qurtulaq! Qəm-qüssədən, qorxulardan, rahatsızlıqlardan xilas olaq və həm bu dünyamızı, həm də əbədi axirət həyatımızı Allaha sevgimizlə gətirdiyimiz iman işığında xoşbəxt yaşayaq. Sonda, Allahın Öz sözlərilə Ona üz tutub deyirik:

Mərhəmətli və Mehriban Allahın adı ilə!

Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Mərhəmətli və mehriban olana!

Qiyamət gününün sahibinə!

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

izi doğru yola yönəlt!

Nemət verdiyin kəslərin yoluna!

Qəzəbə düçar olanların və (haqdan) azmışların yoluna yox!»

Fatihə surəsi, ayə 1-7)

Ey Rəbbimiz! Bizə bu dünyada da gözəl nemətlər ver, axirətdə də gözəl nemətlər ver! Bizi cəhənnəm əzabından qoru!»

Bəqərə surəsi, ayə 201)

Allah bizləri sevimli bəndələrindən qərar versin və iman çırağımızla şölələnən Allah sevgisini bir an da qəlbimizdən əskik etməsin, Allahı sevək, Allah da bizləri sevsin. AMİN!


Tarix: 03.01.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1054 Bölmə: Maraqlı melumatlar
loading...