Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEYBƏT VƏ ADAMLAR ARASINDA SÖZ GƏZDİRMƏK

Qeybətin tərifi. əl-Hafiz ibn Həcər (Allah ona rəhmət etsin!) buyurur: “Alimlər qeybət barəsində ixtilaf ediblər. Üstün rəyə görə qeybət başqasının eybini ehtiyac olmadan dilə gətirməkdir”.
Imam Qazali buyurur ki, qeybət müsəlman qardaşının sonradan xəbəri olsa belə, xoşuna gəlməyən bir şeyi barəsində danışmaqdır.

Ibn əl-Əsir “ən-Nihəyə” əsərində qeyd edir ki, bir insan, başqasının eybi olsa belə onun xəbəri olmadan haqqında pis danışarsa qeybət etmiş olur.
Nəvəvi İmam Qazaliyə istinadən yazdığı “Zikrlər” kitabında qeyd edir: “Qeybət bir insanın başqası barəsində istəmədiyi bir şeyi xatırlamasıdır. Haqqında danışdığı şey onun şəxsiyyətinə, dininə, dünyasına, fitrətinə, əxlaqına, maddi imkanına, ailəsinə, paltarına, davranışına, danışığına və xasiyyətinə aid ola bilər. Bunları dillə tələffüz etməklə onun barəsində təsəvvür yaratmaq eynilik təşkil edir”.
İbn Tin buyurur ki, bir insanın xoşuna gəlmədiyi bir şeyi onun arxasınca danışmaq qeybət hesab olunur.
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Çox yazarlar öz kitablarında “özlərini elmli hesab edən fılankəslər”, “dindar kimi tanınan fılankəs” kimi ifadələr işlədirlər. Bunların hamısı qeybətdir. Qəribəsi burasındadır ki, qeybət edərkən “Allah bağışlasın bizi… deyərlər”. (“Fəthul Bari” 10/469. Nəvəvinin “Zikrlər” kitabı, 288-290)
Qeybəti ifadə etmək təkcə dillə məhdudlaşmır. Əksinə qeybət xarakteri daşıyan hər bir hərəkət, yazı, işarə elə qeybətin özüdür.
Qeybətlə adamlar arasında söz gəzdirməyin fərqi. Əl-Hafiz ibn Həcər (Allah ona rəhmət etsin!) buyurur: “Qeybət və adamlar arasında söz gəzdirmək barəsində müxtəlif fikirlər mövcuddur. Onlar fərqli yoxsa eyni şeylərdir? Üstün rəy ondan ibarıtdir ki, onlar ayrı-ayrı şeylərdir. Həmçinin, onların ümumi və xüsusi cəhətləri var. Çünki, adamlar arasında söz gəzdirmək fəsad məqsədi güdərək bir şəxsin eybini razılıq olmadan başqasına çatdırmaqdır. Istər haqqındakı söhbətdən xəbəri olsun, istər olmasın!
Adamlar arasında söz gəzdirmək qeybətdən fəsad məqsədi güdməsi ilə fərqlənir. Qeybətdə isə belə bir şərt yoxdur. Həmçinin, haqqında danışılan adamın xəbərsiz olması qeybətin fərqli cəhətidir. Qalan başqa şeylərdə isə onların ikisi də eynilik təşkil edir. Əksər alimlər haqqında danışılan insanın danışılan vaxtı orada olmamasını qeybətin şərti hesab edirlər. (“Fəthul Bari” 10/473)

Səid bin Əli Vahf əl-Qahtani


Tarix: 17.04.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar
loading...