Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRƏ QISACA BİR NƏZƏR(ÜÇÜNCÜ QİSİM GƏNCLƏR)

Bu qismə daxil olan gənclər yol ayrıcında haqqı-həqiqəti tanımaqda və ona tam əmin olmaqda tərəddüd edən və qərarsız olanlardır. Onların qorunan bir cəmiyyətdə yaşamalarına baxmayaraq, bütün vasitələrlə şəri öz üzlərinə açarlar. Qarşılarında haqq yolla bərabər, digər batil yollar olar və onlar hansı yolu seçəcəklərində tərəddüd edərlər.

Adət-ənənələrin, bati inancların içərisində qalan bu gənclər axına uyaraq onun istiqamətində yaşamlarını davam etdirərlər. Ona görə də onları gah bir istiqamətdə, gah da digər istiqamətdə olduğunu görərsən.
Bu qismə daxil olan gənclər öz həyatlarında passivlik göstərər, onları haqqa və xeyirli yola yönləndirəcək güclü bir amilə ehtiyac duyarlar. Allahın onu hikmətli, elmli və gözəl niyyətli xeyirli bir dəvətçi yetişdirdiyi təqdirdə, bundan asan nə ola bilər.
Çoxluq təşkil edən bu qisim gənclər bir neçə islami mədəniyyətini mənimsəsələr də, əslində və yaxud zənn etdiklərinə görə onlar dinə zidd olan bir çox dünyəvi elmlər öyrənirlər. Lakin bütün bunlara baxmayaraq onlar hər iki mədəniyyət qarşısında tərəddüd edərlər.
Həmin gənclər bu iztirab və sıxıntıdan İslam mədəniyyətini savadlı alimlər vasitəsilə onun əsil mənbəyi sayılan Quran və Sünnəndən mənimsəməklə qurtula bilərlər. Bu, onlar üçün heç də çətin deyil.

------------------


Tarix: 13.04.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...