Bu kərim ayənin zahiri mənasından Peyğəmbərin (sallallahu əleyhi və səlləm) ona vəhylər nazil olmamışdan öncə zəlalət içində olduğu təsəvvürü yaradırdı. Halbuki Uca Allah: «…Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut…» (Rum, 30/30) – deyə buyurur və bu buyruq Peyğəmbərin (sallallahu əleyhi və səlləm) hənif dininə görə yaradıldığını göstərir.
Aydın görünən bu xüsusiyyət ondan ibarətdir ki, ata-anası onu nə yəhudi, nə xristian, nə də atəşpərəst etməyiblər. Əksinə, o, Uca Allah onu elçi kimi göndərincəyə qədər, fitrətən dəyişməmişdir. Buna isə o, Hira mağarasında ibadətlə məşğul olarkən vəhyin ona nazil olmasından sonra sabitləşən xüsusiyyətləri sübutdur. Vəhyin nazil olmasından əvvəl onun yerinə yetirdiyi ibadətlər Məhəmməd Peyğəmbərin (sallallahu əleyhi və səlləm) öz fitrətinə sadiq qalmasına aydın bir dəlildir.
Uca Allahın: «Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!» ayəsinin mənası aşağıdakı kimi: Nə fitrətlə, nə də ağılla dərk edilməsi mümkün olmayan və ancaq vəhy nazil edilməsi vasitəsilə bilinən və habelə hazırda bildiyin şəriət hökmləri və dini elmlərin sirlərindən qafil olduğun halda, səni tapıb sənə nazil etdiyi vəhylə bunlara nail olmadınmı? – deyə, bildirilir. Allahın vurğuladığı «şaşqınlıq (zəlalət)», bu şərhə görə, bilikdən uzaq olma anlamındadır.
Uca Allahın: «…Əgər biri [şəhadəti] unudarsa, o birisi onun yadına salsın…» (Bəqərə, 2/282) buyruğu da bu mənada işlədilmişdir. Uca Allahın: «[Musa] belə cavab verdi: «…Rəbbim xəta etməz və unutmaz!» (Taha, 20/52) buyruğu ilə: «Onlar: «Allaha And olsun ki, sən yenə öz köhnə yanlışlığında qalmaqdasan!» - dedilər» (Yusuf, 12/95) buyruqları da bu mənada işlədilmişdir. Sonra, buna Uca Allahın: «…Sən kitab nədir, iman nədir bilməzdin…» (Şura, 42/52) buyruğu da dəlildən ibarətdir. Çünki «iman» ifadəsinin işlədilməsindən məqsəd İslam dininin şəriət hökmlərindən ibarət olmasını bəyan etməkdir.
Uca Allahın məqsədi: «…Hərçənd ki, sən əvvəlcə əsla xəbərdar deyildin» (Yusuf, 12/3) buyruğu ilə «…sənə…bilmədiklərini öyrətdi…» (Nisa, 4/113); «Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mər¬həmət olaraq sənə göndərildi…» (Qəsəs, 28/86) buyruqları da yuxarıdakı müddəanı göstərir.
Bir nəzər nöqtəsinə görə «şaşqın vəziyyətdə» ifadəsi ilə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) kiçik yaşlarında Məkkənin dar küçələrində, digər baxışa görə isə, Peyğəmbərin (sallallahu əleyhi və səlləm) Şama səfər edərkən yolu azmasına işarədir. Doğrusunu ən yaxşı bilən Allahdır. Elmi Allaha tapşırmaq daha yaxşıdır. (Ədvaul-Bəyan, IX, 334)
Tarix: 17.04.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar