Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) əl-Ali

əl-Ali – Alçaqlığın ziddi olan yüksəklik və ucalıq mənasındadır. Allahın ucalığının üstündə heç bir ucalıq yoxdur. Bütün dərəcələr və mərtəbələr Ondan aşağıdır. Çünki Ali alçaqlığın ziddi olan Uluvdan törənmişdir. «Ən uca (ALİ) və ən böyük (AZİM) varlıq Odur». (əl-Bəqərə 255). Hər cür qüsur, pislik və nöqsanlardan uzaq olan deməkdir. Bu İsim ucalıq mənasında gələn Uluv – kökündən gəlməkdədir. Uluv ust və yuxarı mənasındadır. Allahın vəsfi olaraq yaratdıqları üzərində qüdrətilə ucalıq sahibi olan deməkdir. Peyğəmbər (s.a.v) buyurdu: «Allahım! Səni hər cür nöqsan sifətlərdən təqdis edərim. Rəbbim ən ucadır, Aliy (çox uca) və qarşılıqsız ehsan edəndir» .
(İmam Əhməd «Musnəd» 4/54. )


Tarix: 05.05.2013 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar
loading...