Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KÜFR NƏ DEMƏKDİR? (Başqalarına Kafir Damğası vurmamaq)

Allaha özünün razı olduğu qədər, yaratdıqlarının sayı qədər, şükür və təriflər olsun. Onun göndərdiyi bütün elçilərə, onların ardınca gedənlərə, onlara gözəlliklə tabe olanlara Uca Allahın salamı və xeyir bərəkəti olsun.
Sonra bilinməlidir ki, Uca Allah insanı gözəl bir şəkildə yaratdı. Qurani Kərimin 95-ci (surəsi olan Tin surəsinin dördüncü ayəsində bunu Allah Təala) açıq aşkar bəyan edir: «Bir insanı ən gözəl bir surətdə xəlq etdik».

Sonra Uca Allah zaman-zaman ilk yaradılışını unutmaması üçün insana öz cinsindən olan, yəni insan olan elçiləri ilə onlara ilk yaradılışlarını xatırladan, onları təmizləyən, onları sevən, onların yaxşı olmasını istəyən, aqibətlərinin xeyirli olması üçün onları istiqamətləndirən peyğəmbərlər göndərdi. Allahın dəvətinə, Onun dəvətçiləri olan elçilərinə xoş münasibət bəsləyən, bu elçilərin dəvətinə cavab verən insanlar nicat tapıb səadətə nail oldu və Allahın köməyilə fəlaha, qurtuluşa, səadətə çatıb izzətli oldu. Bu elçilərə inanmayan və dəvətlərinə cavab verməyənlər həm bu dünyada, həm də axirətdə zəlil oldular. Qurani Kərimin Leyl (gecə) surəsinin ilk on ayəti aqil olub ibrət götürənlər üçün kifayətdir: «1. And olsun qaranlığı salan gecəyə;2. aydınlaşan gündüzə; 3. erkək və dişini xəlq edənə ki; 4. sizin göstərdiyiniz səylər başqa başqadır!; 5. kimin verən əli olarsa və Allahdan qorxarsa; 6. gözəl sözləri təsdiq edərsə; 7. Biz ona ən yüngülü (cənnəti) müyəssər edərik; 8. Kim (Allahın yolunda) xəsislik etsə və varına güvənib (Allaha) ehtiyacı olmadığını bildirsə; 9. və gözəl sözləri yalan hesab etsə; 10. Biz ona ağırı (Cəhənnəmi) müyəssər edərik».
Uca Allah iman edənlə iman etməyənin fərqini və iman edənin üstünlüyünü bir çox ayələrdə bəyan etmişdir. Uca Allah belə buyurur: «Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən işığa çıxarır, kafirlərin dostu isə Tağutdur. Bu, onları işıqdan çıxarıb zülmətlərə salır. Onlar cəhənnəmlikdirlər, orada əbədi qalasıdırlar» (Bəqərə 2/257).
Başqa bir surədə, Hud surəsində Uca Allah buyurur: «15. Kim bu dünya həyatını və onun bər-bəzəyini istəyirsə, onda Biz burada işlərinin əvəzini onlara tam ödəyəcəyik və onlar burada heç bir zərərə uğradılmayacaqlar. 16. O kəslər ki, onlar üçün axirətdə cəhənnəm odundan başqa bir şey olmayacaq, onların burada etdikləri boşa çıxacaq və gördükləri işlər heç olacaqdır. 17. Məgər öz Rəbbindən (gəlmiş) aşkar dəlilə istinad edən, özü ilə Ondan bir şahidi (Quranı) və bundan əvvəl Musanın bir rəhbər və mərhəmət kimi kitabı olan kəs (bir başqasına bənzərmi?) Bun¬lar ona inanırlar. Bu dəstələrdən kim ona inanmarsa, onun vəd olunmuş yeri cəhənnəm odudur. Ona (Qurana) sənin heç bir şübhən olmasın. O, sənin Rəbbindən gələn bir haqqdır, lakin insanların çoxu inanmır. 18. Allaha qarşı yalan uydurandan daha zalımı kim ola bilər? Onlar özlərinin Rəbbi hüzuruna gətiriləcəklər. Şahidlər deyəcəklər «Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir». Bilin ki, Allahın lənəti zalimlərin üzərindədir! 19. O kəslərə ki, onlar axirətə inanmayıb (insanları) Allah yolundan yayındırır və onu əyri göstərməyə çalışırlar. 20. Onlar yer üzündə (Allaha) mane olmaq qüdrətində deyillər və onların Allahdan başqa himayəçiləri yoxdur. Onların əzabı qat-qat veriləcəkdir. Onlar (bu dünyada haqqı) nə eşidə, nə də görə bilirdilər. 21. Bunlar o kəslərdir ki, öz-özlərinə ziyan vurmuş və uydurduqları (şərikləri, pirləri, bütləri) də onları tərk edib yox olmuşlar. 22. Şübhəsiz ki, onlar axirətdə daha çox ziyançəkən olacaqlar! 23. İman gətirən, xeyir işlər görən və öz Rəbbinə itaət edənlər – onlar cənnətlikdirlər və orada əbədi qalasıdırlar. 24. Bu iki dəs¬tənin (inananla, kafirin) məsəli kor və karla, görən və eşidənin məsəlinə bənzəyir. Məgər bunlar ikisi də vəziyyətcə bir-birlərinə taydırlar? Bir ibrət almazsınızmı? (Hud surəsi 11) 15-24). Qurani Kərimə nəzər salsaq və ibrətlə düşünsək möminlərin Allah qatında nə qədər yüksək dərəcəyə sahib olduqlarını, iman etməyənlərin isə təhlükədə və xeyirsiz olduqlarını müşahidə edərik. Bu kiçik risalədə biz bu günün ən böyük problemlərindən olan, həmçinin İslam dininin ən vacib bir məsələsi olan günahkar müsəlmanların şəriətə görə hansı hallarda kafir adlandırılması məsələsini izah etmişik. Əvvəlcə «küfr» sözünün mənası üzərində dayanaq. Söz kimi «küfr» - örtmək, gizlətmək deəkdir, istilah kimi isə islam terminologiyasında – imanı tamamlayacaq bir şeyi inkar etmək deməkdir.
Küfrün iki növü: a)Böyük küfr, b)Kiçik küfr vardır. Böyük küfr əbədi cə¬hən¬nə¬mə aparan, imandan uzaqlaşdıran, imanı tamamlayacaq əsasları və ya onlardan hər hansı birini inkar etməkdir. Böyük küfr beş qismə ayrılır.
1) Yalan hesab etməklə küfrə düşmək: Peyğəmbərlərin yalançılığına, gerçəyi həqiqətdə olduğundan başqa cür göstərdiklərinə inanmaq və onların Uca Allahın halal və haram etdiyinin əksinə olaraq əmr və qadağan etdikləri kimi boş iddiaları müdafiə etmək bu növlərdəndir. Buna Uca Allahın nazil etdiyi Qurani Kərimdə işarə edilmişdir: «Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır. Niyə bunu dərk etmirlər?) (Ankəbut: 68).
2) Təsdiqləməyə bərabər olan üzçevirmə və ya təkəbbürlülük üzündən inkar etmə: «Onlar: «Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanı gətirəcəyik?» dedilər» (əş-Şüəra: 111) ayəsində Uca Allahın Nuh Əleyhissəlamın gətirdiyinin haqq olduğunu bildikləri halda itaət etməyə razı olmamaq, üz çevirmək şəklində baş verən kafirlikdir.
3) Şübhə etməklə küfrə dalmaq: insan Peyğəmbər (s.a.s.)in gətirdiyinə şəksiz, şübhəsiz təsdiq etməli, təslim olmalı və itaət etməlidir. Tərəddüd edənin böyük alimlər küfrə düşdüyünü demişlər. Kim Peyğəmbərin (s.a.s.) gətirdiyinin haqqın əksi ola biləcəyinə inanarsa, bu, şübhəsiz ki, onu küfrə salmış olar.
4) Üz çevirməklə küfrə düşmək. Bir kimsənin təsdiq və ya təkzib etmədən Pey¬ğəmbərdən (s.a.s.) və onun gətirdiyi haqdan qulağını və qəlbini uzaqlaşdırması, onu dostu saymamaqla bərabər, ona düşmənçilik də bəsləməməsi, ama dinləməkdən də çəkinməsidir. Belələri haqqı danaraq, ona əməl etmədiyi kimi, onu həm də öyrənmir. Şəriətdən danışılan yerdən də uzaq qaçır. Bununla da haqdan bir dəfə üz çevirməklə küfrə düşmüş olur.
5) Nifaq küfrü. Bir şəxsin zahirən özünü Peyğəmbərə (s.a.s.) inanan kimi gös¬tərməklə bərabər, qəlbən ona qarşı çıxmağı, onu inkar etməsidir. Belələri özlərini iman sahibi kimi göstərərək, küfrlərini gizlədirlər. Allah Təala onlar haqqında: «İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: «Biz Allah və qiyamət gününə iman gətirdik» deyirlər» (Bəqərə 8) buyurmuşdur. İnam və əməl cəhətcə nifaq iki cürdür:
a) Etiqad nifaqı (böyük nifaq): Bu, küfrünü qəlbində gizlədərək, imanı dili və əməllərilə göstərməkdir. Belə «iman» sahibi cəhənnəmin ən alt təbəqəsində olandır.
b) Əməli nifaq (kiçik nifaq): Bir əməlin, şəriətin ziddinə olaraq həyata keçirilməsi deməkdir ki, bu cür əməl sahibi islamdan çıxmış hesab olunmur. Məs: danışanda yalan danışmaq, sözünün üstündə durmamaq, əmanətə xəyanət etmək, müqavilə bağladıqda onu pozmaq və s.
Böyük küfrdən və onun növlərindən qısa olaraq məlumat aldıqdan sonra kiçik küfrün üstündə də qısa dayanaq. Kiçik küfr kamil müsəlman ola bilmək üçün hökmən zəruri olan şeylərin inkar edilməsidir. Belə ki, o şeylərsiz kamil müsəlman olmaq mümkün deyil. Bu cür küfr insanı Cəhənnəmə aparır, lakin orada əbədi qalmır. Kiçik küfrün də bəzi növlərini qeyd etmək yerinə düşər:
1) Nemət küfrü (neməti inkar). Bu, Allahın nemətini inkar etmək və ya onun Allahdan başqasına da məxsus olduğunu bildirməklə yaranan küfrdür. Belə şəxslər haqqında Uca Allah: «Onlar Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir» (Nəhl, 83) buyurmuşdur. Kimnsə «Mən bu varlığımı valideynlərimdən miras almışam», «Filan şey olmasaydı belə olmazdı» deməsi kimi. Uşaqlara Abdulhəris (Hərisinqulu), Abdurrasul peyğəmbərin qulu), Pirqulu kimi adlar qoymaqda küfr hesab olunur və belə adlar kimdə varsa təcili adını dəyiməlidir. Çünki, bütün insanlar ancaq Allahın qullarıdır.
2) Namaz qılmamaq: Namazın mütləq vacibliyini biləbilə tənbəlliyi üzündən namazı qılmayan, lakin qılmağa həvəsi olan şəxs kiçik küfrə düşür. Çünki, Rəsulullah (s.a.s.) «Bizimlə onların arasında olan əhd namazıdır. Kim namazı tərk edərsə, kafir olar» buyurmuşdur (Tirmizi, səhih,, 2623). Başqa bir hədisdə belə buyurulmuşdur: «Allah beş vaxt namaz qılmanı, onlardan heç birini azaltmadan, onlara lazımınca əməl edən qullarına bunun əvəzində Cənnətə girmək üçün əhdinin şərti kimi fərz etmişdir. Kim onlarsız gələnsə Allah onunla əhdini pozar, istəsə o şəxsə əzab verər, istəsə onu Cənnətə daxil edər» (Səhihisünən ət-Tirmizi).
3) Kahin və baxıcılara müraciət etmək. Belələrinin qeyblə bağlı dedikləri hər hansı bir şeyi təsdiq etmək Allahın Peyğəmbəri (s) belə buyurmuşdur: «Kim kahin və ya baxıcının yanına gedib onun dediyini təsdiq edərsə Məhəmmədə nazil ediləni inkar etmişdir (Əbu Davud, Səhih) .
4) Müsəlmana sataşmaq. Rəsulullah (s.a.s.) buyurub: «Müsəlmanı sö¬yən fasiq (günahkar), onunla savaşmaq isə kafirlikdir» (Buxari, Müs¬lim).
5) Allahdan başqasına and içmək: «Kim Allahdan başqasına and içərsə, şirkə və küfrə düçar olar» (Əbu Davud, Səhih). Bütün bu kiçik günahlar əvvəldədə qeyd etdiyimiz kimi insanı islamdan çıxarmır. Lakin kiçik küfr edən müsəlman böyük günah sahibi olur, Allah istəsə bağışlayacaq və ya bir müddət Cəhənnəmdə cəzasın çəkdikdən sonra bağışlayacaq. Ən doğrunu bilən Allahdır.
Həm böyük küfrün, həm də kiçik küfrün burada qeyd etdiyimizdən başqa çoxlu növləri vardır ki, biz bunların üzərində dayanmadıq. Bütün bu dediklərimizdə anlayış sahibi olanlar bilsinlər ki, hər hansısa bir müsəlmana kafir demək məsələsi ehtiyatlılıq tələb edən və təhlükəli olan bir məsələdir. Hər bir insan və xüsusən hər bir müsəlman bundan çəkinməli və əldə dəlil olmadan bu işə girişməməlidir. Çünki sənin kafirlikdə ittiham etdiyin şəxs buna layiqdirsə, yeinə düşük yox, layiq deyilsə onda kafirlik hökmü sənin özünə qayıdır. Məhz buna görə də bu məsələ təhlükəlidir. Bilmədən özünü islamdan çıxarmış olarsan. Allah bizi qorusun. Peyğəmbər (s.a.s.) «İnsan qardaşına: «Ey kafir!» deyərsə, ikisindən biri bu sözlə uçuruma gedər»¬ - buyurmuşdur (Buxari, Müslih).
Bu məsələnin xülasəsi budur:
- Təkfir (kiməsə kafir demək) və digər məsələlər haqqında əhli sünnət və camaat həmişə olduğu kimi, yenə də firqələr aratsında orta yolu tapmışdır.
- Təkfir məsələsi Allah və Rəsulunun yeganə ixtiyar sahibi olduğuna aid məsələdir. Allahın və Rəsulunun kafir saydıqlarından başqa heç kim kafir sayıla bilməz.
- Kiminsə kafir olması haqqında hökm verən şəxs Allaha dair bilmədiyi bir sözü deməkdən qorxub, olduqca ehtiyatlı və səbrlə hərəkət etməlidir.
- Əhli sünnət və camaat qiblə əhli olan şəxsin kafirliyinə dəlil gətirmədən, onu haqqa yönəltmədən, onda olan şübhələri ondan götürmədən hökm verməmişlər. Amma o şəxski, öz küfründə israr edər və nifaq salmaqdan əl çəkməzsə, onun müalicəsi zəruriləşər. Bu isə, həmin şəxsə şəriətin dindən çıxan mürtədlərlə bağlı hök¬münü tətbiq etmək deməkdir. Ondan tövbə etməsi tələb olunur. O bunu rədd etdikdə, əgər dövlət islam gövlətidirsə, islam dövləti tərəfindən kafir və mürtəd kimi ona qarşı tədbir görülür – öldürülür.
Uca Allah hər bir işdə müsəlmanları müvəffəq etsin və qəlblərində bir-birinə qarşı sevgi yaratsın, Uca Allah müsəlmanları qorusun və onları güclü etsin. Amin!!!


Tarix: 17.04.2013 / 16:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Maraqlı melumatlar
loading...