Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (CƏNAZƏ NAMAZI)

ON İKİNCİ: CƏNAZƏ NAMAZI

1. Ölmüş müsəlman üçün namaz vacibdir.
2. Aşağıdakılar üçün namaz vacib deyildir:
a) yetkinlik yaşına çatmamış uşaq, əgər uşaq ana bətnindən dörd aydan sonra düşübsə ona namaz düşür və ya dörd aydan qabaq düşübsə, namaz qılınmır.
b) şəhid.
3. Aşağıdakılara şəriətlə namaz icazə verilir.
a) Allahın hökmlərinin biri ilə qətlə yetirilmiş adamlara (yəni evli olub zina edən, müsəlmanı qətlə yetirən və i.a).
b) Haram işlərə və asiliyə qurşanmış adamlara. Bunlara alimlər və din xadimləri namaz qılmamaqdan imtina edir və bunu onlar cəza və ya tərbiyə hesab edirlər. Yerdə qalanlara isə namaz qıla bilərlər;
v) öz borcunu ödəmək üçün sərvət qoymayan adamlara;
q) namazdan əvvəl dəfn edilmiş adamın namazı onun qəbri üstündə qılınır;
ğ) namaz qılanların olmadığı ölkədə ölənin namazını bir dəstə müsəlman qiyabi şəkildə qılır.

4. Kafir və münafiqlərə (ikiüzlü, riyakar, ara vuran) üçün namaz qılmaq, istifğar (bağışlanma) diləmək və onlara rəhmət oxumaq olmaz.
5. Cənazə namazını dəstə halında qılmaq fərz namazlarında olduğu kimi vacibdir. Namaz qılındıqda vacibatlar bir-birinin ardınca tamamlanmış olur. Cənazə namazını hamılıqla qılmamaq günahdır. Nəticəsini Allah bilir.
6. Hamılıqla qılınan namazda ən azı üç nəfər iştirak edir.
7. İştirakçıların sayının artması ölüyə xeyirdir.
8. İmamın arxasında üç və daha artıq cərgəyə düzülmək müstəhəbdir.
9. Əgər imamla birlikdə yalnız bir nəfər namaz qılan varsa, onlar başqa namazlarda olduğu kimi, yanaşı durmurlar. İkinci şəxs imamın arxasında durmalıdır.
10. Cənazə namazında imamlıq haqqı birinci növbədə valiyə və ya onun müavininə məxsusdur. Onlar olmadıqda Allahın Kitabını oxuya bilənin haqqı daha üstündür. Bu tərtibatı pak Sünnə müəyyən etmişdir.
11. Kişi və qadınlar birlikdə götürüldükdə onların hamısına bir namaz qılırlar. Uşaqlar da daxil olmaqla kişi cinsindən olanların cənazələri imamın durduğu istiqamətdə, qadın cinsindən olanların cənazələri isə qiblə istiqamətində qoyulur.
12. Hər bir cənazəyə bir namaz qılınır. Bu, dinin əsaslarından irəli gəlir.
13. Cənazə namazını məscid xaricində, bu məqsədlə ayrılmış xüsusi bir yerdə qılmaq daha yaxşıdır.
14. Qəbirlər arasında cənazə namazını qılmaq olmaz.
15. İmam, kişi meyidinin başı üstündə, qadın meyidin isə orta hissəsi qarşısında durub namaz qılır.
16. Cənazə üstə çox vaxt dörd, bəzən beş təkbir («Allahu əkbər»—Allah böyükdür)deyilir. Həmçinin doqquz dəfə təkbir deyilə bilər. Bütün bunlar Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində sübuta yetmişdir. Müxtəlif sayda təkbirlər oxumaq daha yaxşıdır. Bəzən bir sayda təkbir oxumaq caizdir.
17. Şəriətə görə, yalnız birinci təkbirdə əllər yuxarı qaldırılır.
18. Sonra sağ əl sol əlin üstündə olmaqla sinəyə sıxılır.
19. Birinci təkbirdən sonra «Fatihə» surəsi və başqa surə oxunur.
20. Surələr sakit səslə oxunur.
21. Sonra ikinci təkbir oxunur. Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat deyilir.
22. Daha sonra yerdə qalan təkbirlər və meyit üçün dua oxunur.
23. Bu peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində sübut edilən dualardan biri olmalıdır. Məsələn, «Allahummə, Sənin qulun və bəndən Sənin mərhəmətinə möhtacdır. Sən onu əzabdan xilas et. Əgər xeyirxahdırsa ehsanatını artır, əgər qəbahəti varsa, Sən onun pisliklərindən keç».
24. Sonuncu təkbir ilə tapşırma arasında dua etməyə şəriət icazə verir.
25. Sonuncu vacib namazda olduğu kimi, iki tapşırma —biri cənazənin sağında, ikincisi solunda həyata keçirilir. Yalnız birinci tapşırmanı qısaltmaq olar.
26. Sünnəyə görə, cənazə namazı istər imam, istərsə də onun arxasında duranlar tərəfindən sakit tapşırılır.
27. Yalnız zəruri hallar istisna olmaqla qadağan olunmuş vaxtlarda (gün doğanda, zenitdə olanda və qürub edəndə) cənazə namazı qılmaq olmaz.


Tarix: 17.04.2013 / 16:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Maraqlı melumatlar
loading...