Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyat-Qureyşlilərin Həbəşistana hicrət edənlərə qarşı etdikləri hərəkətlər

Qureyşlilərin Həbəşistana hicrət edənlərə qarşı etdikləri hərəkətlər

Müsəlmanların onlardan qaçıb, can və iman təhlükəsizliklərini təmin edə biləcəkləri bir yerə köçmələri, müşriklərə çox ağır gəldi. Onları yenidən Məkkəyə gətirmələri üçün aralarından o dövrün dahiləri olaraq bilinən iki elçi göndərdilər. Bunlar Amr bin As və Abdullah bin Rəbiədir. Hər ikisi də hələ şirk üzərindəydilər.

İki Qureyş elçisi planlı bir şəkildə Həbəşistana gəldilər. Müsəlmanlar haqqında Nəcaşi ilə danışmadan əvvəl patriarxlarla danışıb, gəliş səbəblərini anladaraq onlara hədiyyələr verdilər. Patriarxları razı etdikdən sonra, Nəcaşinin hüzuruna çıxıb ona da hədiyyələr təqdim edib belə dedilər :

"Ey kral, sənin ölkənə bizdən bəzi axmaq kölələr sığındılar. Millətlərinin dinini tərk etdilər və sənin dininə də girmədilər. Nə bizim bildiyimiz, nə də sənin bildiyin yeni bir din gətirdilər. Bizi sənin yanına, onların qövmünün şərəfliləri, onları geri qaytarmağın üçün göndərdi. Onların qövmü onların hallarını daha yaxşı görür və qüsurlarını daha yaxşı bilir."

Nəcaşinin ətrafındakı patriarxlar da onların bu sözlərini təsdiq edib belə dedilər :

"Ey Məlik, bu iki adam doğru deyir. Müsəlmanları ölkələrinə və qövmlərinə geri aparmaları üçün bu iki adama təslim edin."

Ancaq, Nəcaşi hadisəni hər iki tərəfdən də dinləyib həqiqəti bilmək istəyirdi. Bunun üçün müsəlmanlara da adam göndərib çağırtdı. Onlara : "Uğrunda qövmünüzü tərk etdiyiniz və nə mənim dinimə və nə də millətlərdən bir şəxsin dininə girmədiyiniz bu din nədir?" deyə soruşdu.

Əbu Talibin oğlu Cəfər (radiyəllahu anhu) Nəcaşiyə belə cavab verdi : «Ey kral! Biz cahiliyyə əhli bir qövm idik. Bütlərə ibadət edər, leş yeyər, çirkin işləri edər, qohumları tərk edər, qonşuları unudardıq. Bizim aramızda güclü olan, zəifi əzər və tənqid edərdi. Biz bu halda ikən, Allah (Cəllə Cəlaluhu) bizdən bir peyğəmbər göndərdi. Onun soyunu və doğruluğunu, etibarlı namuslu və təmiz bir insan olduğunu bilirik. Bizi Allah (Cəllə Cəlaluhu)`a, onun təkliyinə inanıb ona ibadət etməyə, bizim və atalarımızın Allah (Cəllə Cəlaluhu)`dan başqa ibadət etdiyi bütləri və daşları tərk etməyə çağırdı. Bizə doğru danışmağı, əmanəti qorumağı, qohumların qayğısına qalmağı, qonşularla yaxşı keçinməyi, haram olan şeyləri və qanları tökməyi tərk etməyi əmr etdi. Bizə namazı, zəkatı və orucu əmr etdi, dini öyrətdi. Biz onu təsdiq edib, ona inandıq. Allah (Cəllə Cəlaluhu)`dan gəldiyi şeydə ona tabe olduq. Sadəcə Allaha ibadət edib, ona heç bir şeyi ortaq qoşmadıq. Bizə haram etdiyini haram saydıq, halal etdiyini də halal saydıq. Bundan sonra qövmümüz bizə düşmən oldu. Bizə işkəncə və pislik etdilər. Allaha ibadəti bıraxıb bütlərə ibadətə bizi geri çevirmək və əvvəlcə halal saydığımız pis şeyləri halal saymağımız üçün bizi dinimizdən döndərməyə çalışdılar. Bizi məcbur etdilər, zülm etdilər, sıxışdırdılar və bizimlə dinimiz arasına girdilər. Biz də çıxıb sənin ölkənə köç etdik. Özgəsinin yerinə səni seçdik. Sənə qonşu olmaq istədik. Sənin yanında zülm görməyəcəyimizə ümid etdik, ey kral!»

Bunun sonra Nəcaşi ondan Qurandan bir parça oxumağını istədi. Ona Məryəm surəsinin əvvəlindənh bir parça oxudu. Quran oxunarkən, Nəcaşi göz yaşlarıyla saqqalı islanana qədər ağladı. Patriarxlar da müqəddəs kitabları islanana qədər ağladılar. Sonra Nəcaşi onlara :

"Bu və İsanın gətirdiyi kitab bir yerdən çıxmışdır. Haydı, siz ikiniz gedin. Vallahi onları sizə təslim etmərəm." dedi. Onlar da Nəcaşinin hüzurundan ayrıldılar. Ertəsi gün Amr bir hiylə kəşf edərək Nəcaşiyə "Ey kral, müsəlmanlar Məryəmin oğlu İsa haqqında böyük bir söz deyirlər." dedi.

Nəcaşi də müsəlmanlardan İsa barəsində soruşmaq üçün yanlarına çağırdı və "Məryəmin oğlu İsa haqqında nə deyirsiniz?" deyə soruşdu. Əbu Talibin oğlu Cəfər (radiyəllahu anhu) də :

"Onun haqqında bizə Peyğəmbərimizin gətirdiyi şeyi deyirik. Peyğəmbərimiz : İsa, Allahın qulu, Onun elçisi və . Bakirə bir qız olan Məryəmə ilqa etdiyi kəlməsidir, deyir" deyə cavab verdi.

Nəcaşi əli ilə yerə vurub; oradan bir odun parçası götürdü, sonra :

"Vallahi, Məryəmin oğlu İsa, sənin dediyindən bu odun qədər sapmamışdır." dedi. Və Vallahi gedin, mənim ölkəmdə əmin olaraq yaşayın, sizə söyən zərər edər, sizə söyən zərər edər!. Mən sizdən bir adama əziyyət etmişkən qızıldan bir dağım olsa belə istəmərəm!. Bu iki adama hədiyyələri geri verin. Mənim onlara ehtiyacım yoxdur. demişdir.

Bundan sonra müsəlmanlar bu xeyirli adamın xeyirli qonşuları olaraq yaşamağa başladılar.

Müşriklərin çaşqınlığı

Müşriklər, müsəlmanları geri çevirmək üzrə göndərdikləri təmsilçilərinin Həbəşistandan əliboş döndüyünü görəndə qəzəbdən dəli olacaq kimi oldular. Əbu Talibin də dəstəyilə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın dəvət və təbliğ vəzifəsini heç axsatmadan açıq şəkildə yerinə yetirdiyini görmək onları daha da dəli edirdi. Dəlicəsinə qəzəblərini müsəlmanlara əziyyət edərək yatızdırmağa çalışırdılar. Çaşqınlıq içindəydilər. Nə edəcəklərini, necə hərəkət etmələri gərəkdiyini bilmirdilər. Bəzən, qəzəbləri qalib gəlir, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə dəvəti tərk etməyi üçün maraqlı və cazibədar təkliflər edirlər, bəzən də Peyğəmbəri öldürməklə dəvətə son qoymağı düşünürdülər. Ancaq, bütün bunlar onlara bir fayda vermədiyi kimi, qayələrinə də çatmadılar. Əksinə, bütün bu səyləri müvəffəqiyyətsizlik və bu istəklərin puç olmasıyla nəticələndi. Budur, müşriklərin bu səylərindən qısa olaraq :

İşkəncə və öldürmə təşəbbüsləri

Müşriklərin Həbəşistandan əliboş dönmələrindən sonra şiddət və sərt qüvvə işlətməyi artıracaqları gözlənilirdi. Felən gözlənən gerçəkləşdi. Qureyş əlini Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə qədər bütün müsəlmanlara şiddətlə uzatdı.

Bir gün Əbu Ləhəbin oğlu Uteybə «Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.» (Nəcm / 8-9) deyə oxuyub söyərək Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gəlib ona əziyyət etməyə başladı. Köynəyini cırıb, üzünə tüpürdü. Ancaq, tüpürcəyi özünə geri qayıtdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə dedi : "Allahım, itlərdən bir iti bunun üzərinə müsəllət et!". Bu əsnada Utbə bir karvan ilə birlikdə Şama yola düşdü. Yolda yerləşdikləri bir vaxtda, uzaqdan bir aslan karvanın ətrafında dolaşmağa başladı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın duasını xatırlayan Utbə "Vallahi bu aslan məni yeyəcək" deyə qorxmağa başladı. Gecə yatarkən onu aralarına götürüb qorumaq istədilər. Ancaq, aslan gəlib dəvələr və insanlar arasından onu tapıb başını qopardı.

Bir dəfə də müşriklərdən Ukbə bin Əbu Muayt Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səcdədə ikən boynuna şiddətli bir təpik vurdu. Haradaysa, gözləri çıxacaq kimi oldu.

Hadisələri bir araya gətirdikdə bunları görürük : Müşriklər artıq bu iddia ilə başa çıxa bilməyəcəklərini anladıqdan sonra ciddi-ciddi Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı öldürməyi düşünməyə başladılar. Ortalığın qan gölünə dönməyinə artıq əhəmiyyət vermirdilər. Bir gün Əbu Cəhl Qureyşlilərə belə dedi : "Məhəmməd dinimizi ayıblamağa, atalarımıza söyməyə, bizi pisləməyə, tanrılarımızı təhqir etməyə davam edir. Allaha and olsun ki, Məhəmməd səcdəyə getdiyi bir əsnada başını əzəcəyəm. O vaxt istər məni qoruyun, istəsəniz də təslim edin." Bundan sonra Mənaf oğulları nə istəsələr etsinlər. Ətrafında olanlar da ona "Vallah, biz səni heç bir şey üçün təslim etmərik, istədiyini et" dedilər.

Ertrəsi gün Əbu Cəhl dediyi kimi, bir daş hazırlayaraq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın namaz qıldığı bir vaxtda ona tərəf yönəldi. Qureyşlilər məclislərində oturub Əbu Cəhlin nə edəcəyini müşahidə edirdilər. Əbu Cəhl əlində qaya Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a yaxınlaşdı. Sonra birdən diksinmiş və qorxmuş bir şəkildə geri qayıtdı. Qorxudan rəngi dəyişmiş, daş əlindən düşmüşdü. Qureyşlilər "Sənə nə oldu, ey Əbu Hakəm? deyə soruşduqda, Əbu Cəhl belə cavab verdi. Vallahi, dünən dediyim şeyi etmək istədim, mənə elə böyük və qorxunc dəvə göstərildi ki, haradaysa, məni yeyəcəkdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə buyurdu :

O, Cəbrayıl idi. Əgər yaxınlaşsaydı, onu götürəcəkdi. Sonra, son dərəcə çirkin bir hadisə yenə yaşandı. Bir gün yenə müşriklərin liderləri Hicr deyilən yerdə oturub Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan şikayətlənirdilər. Bu əsnada Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) gəldi və Kəbəni təvaf etməyə başladı. Müşriklər onu görəndə söyməyə başladılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın kədərləndiyi üzündən bilinirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) hər dəfə qayıdanda onlar söyməyə davam etdilər. Sonra Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) durub onlara belə dedi :

"Eşitmirsinizmi, ey Qureyş birliyi! Canım əlində əlində olan Allaha and içirəm ki, əgər inanmazsanız həlak olacağınızı sizə bildirmək üçün gəldim."

Qureyş birliyi onun bu sözünü eşitdikdə, hər biri sanki, başının üstündə quş durubmuş kimi donub qaldı. Hətta, bundan əvvəl Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a əza edilməsinə təşviq edənlərdən biri, tapa bildiyi ən gözəl sözlə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı təskin edib : "Ey Qasımın atası, haydı get, vallahi mən cahil deyiləm." deyirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) də dönüb getdi. Ertəsi gün yenə Hicrdə toplandılar. Onların bir qismi digərlərinə :

"Sizin dediyiniz və onun sizə dediyi sözləri xatırlayın. Məhəmməd, sizə xoşlanmadığınız şeyləri açıq şəkildə dediyi halda onu bıraxdınız." dedi.

Müşriklər belə danışarkən, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) gəlib çıxdı. Hamısı birdən tək bir adam kimi sıçrayıb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı çevirdilər. "İlahlarımıza söyüb, dinlərimizi pisləyən, belə-belə sözləri deyən sənsənmi?" dedilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) də "Bəli, bunları deyən mənəm" dedi.

Bunun üzərinə, hamısı birdən onun üstünə tullandılar. Kimisi yumruqlayır, kimisi təpikləyirdi. Ukbə bin Əbu Muayt isə, paltarını boğazına dolayıb boğmağa çalışırdı. Bu əsnada hadisəni görən bir nəfər bağırıb vəziyyəti Əbu Bəkrə bildirdi. Əbu Bəkr qaçaraq gəlib Ukbənin çiyinlərindən tutub Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dən uzaqlaşdırdı. Onlarla dalaşmağa başladı. "Təəssüflər olsun. Rəbbim Allahdır deyən bir adamı öldürməkmi istəyirsiniz?" deyirdi. Müşriklər Allahın Rəsulunu bıraxaraq Əbu Bəkrin üstünə düşdülər. onu üzü qanlar içində qalıb bayılana qədər döydülər. Ailəsi Teym oğulları gəlib Əbu Bəkri evinə daşıdılar. Öləcəyindən şübhələri yoxdu. Sonra günün sonunda ayıldı və ayılar-ayılmaz Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı soruşdu. Bir şey demədilər. Ona yemək və içmək təklif etdilər. Ancaq o, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı görmədən heç bir şey yeyib içməyəcəyini söylədi. Bunun üzərinə gecə yarısı onu götürüb gizlicə Darul-Ərkama, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gətirdilər. Rəsulullahın yaxşı olduğunu görəndə artıq bir şey yeyib içə bildi.

Artıq həyat olduqca çətinləşib, işkəncə və təziqlər dözülməz hal alanda Əbu Bəkr (radiyəllahu anhu) Həbəşistana köç etməyə qərar verdi və yola çıxdı. Birkul-Ğamad bölgəsində Qarə və Əhbəş qəbilələrinin başçısı Malik bin Dağnə ilə qarşılaşdı. Malik ona hara getdiyini soruşdu. Ona ona vəziyyəti başa saldı. Malik : Sənin kimi qonaqları qarşılayan, yoxsulları doyuzduran, qohumlarına candan bağlı olan, ehtiyac vaxtında hər kəsə yardım edən bir adamı yurdundan çıxarmaqmı istəyirlər? Mən səni himayəmə götürürəm. "Yurduna qayıt və Rəbbinə dilədiyin kimi ibadət et." dedi. Sonra birlikdə Məkkəyə qayıtdılar və Malik Əbu Bəkri öz himayəsinə götürdüyünü Qureyşlilərə bildirdi. Onlar da etiraz etmədilər. Ancaq Əbu Bəkrə de "ibadətini evində etsin və səssiz oxusun. Fitnəyə salmağından qorxuruq dedilər." Əbu Bəkr bir müddət belə etdi. Sonra evinin həyətində bir məscid düzəldərək orada ibadət edib, uca səslə quran oxumağa başladı. Müşriklərin şikayətindən sonra İbni Dağnə onu bundan məhrum edəcəyi, himayəsini qaldıracağıyla təhdid etdi. Əbu Bəkr onun bu təhdidini və himayəsini rədd edərək "Allahın himayəsi mənə yetər" dedi.

Əbu Bəkr (radiyəllahu anhu) çox ağlayan bir adamıydı. Quran oxuyarkən gözlərinə malik ola bilmir və ağlayardı. Müşriklərin qadın və uşaqları gəlib onu dinləyərlər və halına təəccüb edərdilər. Bu da müşrikləri çox qəzəbləndirir və Əbu Bəkrə əza etmələrinə səbəb olurdu.

Bax elə tam bu çətinlik dövrlərində Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanları sevindirən iki gözəl inkişaf oldu. Qureyşin iki cəngavəri, Peyğəmbərimizin əmisi Həmzə və Xəttab oğlu Ömər müsəlman oldular. Beləcə, müsəlmanlar o iki pəhlivanın güclərinin kölgəsində bir nəbzə olsun rahatlamış oldular.


Tarix: 03.05.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Maraqlı melumatlar
loading...