Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalandan Allahın adına and içən şəxs üçün kəffarə var yoxsa tövbə?

Sual: Mənim bir qardaşım var, o şəxsiyyət vəsiqəsi (pasport) alıb və başqa bir şəxsiyyət vəsiqəsi də almaq istəyirdi. Sənəd üçün müraciət prosesi əsnasında oradakı məmurlardan biri ona xitabən: “And içə bilərsən ki, sənin əvvəllər şəxsiyyət vəsiqən olmayıb? Qardaşım məmurun önündə Quran olduğunu görmədi və sonra məmur bayıra çıxdı. Qardaşım qorxaraq and içdi ki, o bundan əvvəl şəxsiyyət vəsiqəsi almayıb. Zəhmət olmasa bu məsələ barədə bizə hökmü bildirəsiniz. Qardaşım buna görə qurban kəsməlidirmi, yaxud bunun üçün hər hansı digər kəffarə varmı?

Cavab:

Qardaşınız , istənilən bir yalan danışan şəxs Allaha tövbə etdiyi kimi o da Allah Sübhənahu və Təalaya mütləq tövbə etməli, tövbəsində səmimi, sadiq olmalı və peşmançılıq hissi keçirməli və bunu bir daha təkrar etməməlidir.

Alimlər arasındakı doğru rəyə əsasən yalandan and içən üçün kəffarə yoxdur. Andlar üçün kəffarə gələcəyə aid məsələlərə şamil edilir. Misal üçün, bir şəxs “Allaha and olsun ki, mən filan və filan şeyi etməyəcəm” və yaxud “Allaha and olsun ki, mən filan və filankəs ilə danışmayacam” deyə söyləyirsə bu gələcəyə aid bir şeydir. Yalan danışan kəsə gəldikdə isə onun üzərinə düşən vəzifə Allaha mütləq tövbə etmək, etdiyinə peşman olmaq və günahlardan əl çəkmək düşür. Eləcə də Allaha səmimiyyət nümayiş etdirərək, ixlasla və Allahın yanında olan əcri umaraq bu günahı bir daha etməməyə səmimi-qəlbdən əzm etməlidir. Bununla Allah onu əfv edər. Çünki, səmimi qəlbdən edilən tövbə vasitəsilə Allah günahları silir. Allah Azzə və Cəllə bu barədə buyurur: “وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ”


Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) [ən-Nur 24:31] Sitatın sonu.


Tarix: 02.04.2013 / 20:57 Müəllif: *Beyaz_Gul* Baxılıb: 175 Bölmə: Maraqlı melumatlar
loading...