Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran və hədislərin tərcümə olunduğu (kitabları, kitabçaları və s.) paylamaq

Sual: Burada Qərbdə müsəlman qardaşlarımıza nəsihət etmək və qeyri-müsəlmanları islama çağırmaqla Allahın yoluna dəvətdə fəal olmasaq, bizi əhatə edən, bürüyən və hədəf alan dağıdıcı mədəniyyət və təbliğatın ovuna, tələsinə düşə bilərik (qurbanı ola bilərik). Ona görə də, bilmək istəyirik ki, tam və yaxud natamam şəkildə peyğəmbərin sallallahu aleyhi və səlləm hədisləri, Qurani Kərimin mənaca tərcüməsi olan kitabları qeyri-müsəlmanlara paylamağın hökmü nədir?

Cavab: Peyğəmbərin sallallahu aleyhi və səlləm öz dövrünün şahlarına, başçılarına içərisində ayələr olan məktublar yazdığı sabitdir:

“(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”(Ali-İmran 3:64)

Buna əsasən, təlim və əqidənin əsasları, ibadət və əxlaqa dair Quran ayələrinin mənaca tərcüməsini etməkdə heç bir müşkilə, qəbahət yoxdur. Onların mənasını tərcümə etmək və Allaha, islama dəvət etmək üçün istifadə etmək olar.

əl-Əqəliyyəət əl-Muslimə səh.79, Fətva ?19


Tarix: 05.04.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar
loading...