Cümə namazına gəlmədən öncə qüsl almaq.
- cümə namazı üçün ətirlənmək.
- insanlara əziyyət verən pis iylərdən çəkinmək.
- sivakla dişləri təmizləmək.
- ən gözəl paltarı geyinmək.
- imam xütbə verdiyi zaman ona tərəf baxmaq. İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər minbərə çıxdığı zaman üzümüzü ona tərəf çevi¬rər¬dik. (Tirmizi 509, Albani bu hədisi səhihləşdirmişdir.)
- bu gündə Peyğəmbərə salavat deməyi çoxaltmaq.
- məscidə erkən getmək üçün tələsmək.
- piyada olaraq məscidə getmək bəyənilir.
- cümə günü sübh namazının birinci rükətində “əs-Səcdə” ikinci rükətində isə “əl-İnsan” surələrini oxu-maq. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, Pey¬ğəmbər cümə günü sübh namazının birinci rükətin¬də “əs-Səcdə”, ikinci rükətində isə “əl-İnsan” surələ¬ri¬ni, cümə namazının birinci rükətində “əl-Cumua”, ikinci rükətində isə “əl-Münafiqun” surələrini oxuyar¬dı. (Müslim 2028) Bəzi qardaşlarımız səcdə ayəsi olan bir surə oxuyurlar. Sünnə isə “əs-Səcdə” surəsinin özünü tam oxumaqdır. Lakin hərdən fərqli surələr də oxumaq lazımdır ki, cahil müsəlmanlar bu surələrin oxunması¬nın vacib olduğu qənaətinə gəlməsinlər. İki qrup imam bu sünnəyə xəta ilə yanaşırlar. Birinci qrup camaata əziyyət olmasın deyə tamamilə bu sünnəni tərk edir. Halbuki, bunu birdəfəlik tərk etmək də xəta¬dır. İmam vaxtaşırı bu surələri oxumaqla camaata bu¬nun sünnə olduğunu xatırlatmalıdır. İkinci qrup imam¬lar isə bu sünnəni davamlı olaraq edirlər.
- cümə namazının birinci rükətində “əl-Cumua” ikinci rükətində isə “əl-Münafi¬¬qun” surələrini oxumaq və yaxud birinci rükətdə “əl-Alə” ikinci rükətdə isə “əl-Ğaşiyə” surələrini oxumaq sünnədir.
- bu gün duaların ən çox qəbul olunan vaxtı olduğu üçün duanı çoxaltmaq.
- səfləri aralayıb irəli doğru keçməmək. İnsanları aralayaraq irəli keçmək haramdır. (Zadul-Mustaqna 5/125) İmamın insanları aralayaraq irəli keçməsi isə bu hökmə aid deyildir.
- kimisə qaldıraraq onun yerində oturmamaq. Bu əməl haramdır.
- məscidi salamlama namazını qılmayınca oturma¬maq.
- imam xütbə verərkən ona qulaq asmaq və danışma¬maq.
- cümə namazından qabaq halqa şəklində oturmamaq. Abdullah ibn Amr (r.a) dedi: “Peyğəmbər cümə na¬mazından öncə halqa qurmağı qadağan etdi”. (Əbu Davud 1079, Tirmizi 322, Nəsəi714, Albani bu hədisi həsənləşdirmişdir.)
- mürgülədikdə yeri dəyişmək. Peyğəmbər buyur¬du: “Siz¬lərdən biriniz cümə günü mürgü¬lədikdə yeri¬ni dəyişdir¬sin”. (Əbu Davud1119, Tirmizi 526)
- camaata əziyyət vermədən imama tərəf yaxınlaş¬maq.
- cümə günü “əl-Kəhf” surəsini oxumaq . (Hakim 2/368, Beyhəqi 3/249, Albani səhihləşdirmişdir.) Səhər oxu¬maq daha əfzəldir.
- cümə namazından sonra məsciddə dörd və yaxud evdə iki rükət sünnə namazı qılmaq. Abdullah ibn Ömər (r.a) sünnə namazlarını sayarkən dedi: “Cümə¬dən sonra evində iki rükət qılmaq”. (Buxari 1/87) Əbu Hüreyrənin rəvayət elədiyi hədisdə Peyğəmbər dedi: “Sizdən biriniz cümə namazı qıldıqdan sonra dörd rükət də qılsın”. (Müslim 881) İbn Qeyyim qeyd edir ki, İbn Teymiyyə de¬mişdir: “Bu sünnə namazı məsciddə dörd, evdə qılındıqda isə iki rükət qılınır” (Zədul-Miad 1/ 440) Abdullah ibn Ömərdən (r.a): “Məsciddə dörd, evində qıldıqda isə iki rükət qılardı” (Ədu Davud 1130) - şəklində rəvayət edilmişdir.
- sütunlar arasında namaz qılmamaq. Yer olmadıqda isə sütunlar arasında qılmaq caizdir.
- daima bir yeri seçib namazı həmişə orada qılma¬maq.
- namaz qılan şəxsin qabağından keçməmək.
- Quran oxuduğu zaman səsini qaldırmaqla başqala¬rına əziyyət verməmək.
- məscidə getdikdə yol ədəblərinə riayət vermək.
- cümə namazı qıldığı yerdə danışmayıncaya qədər ayrı namaz qılmamaq. (Müslim 710)
- bu günü oruc tutmaqla xüsusiləşdirməmək.
- sıxlıq üzündən səcdə edə bilməsə qabağındakının qalxmasını gözləyərək sonra səcdə etmək. Səid ibn Əli əl-Qahtani İbn Bazın belə dediyini eşitmişdir: “İnsan Məscidul-Haramda güclü basırığa düşüb, səcdə edə bilmədikdə insanların qalxmasını gözləyib, sonra səcdə etməlidir”. (Salatul-Mumin 2/790)
Muhəmməd ibn Saleh əl-Useymin demişdir: “Səcdə etməyə yer olmadıqda “imə” edil¬məlidir. Yəni səcdə etmək üçün bir az əyilmək. Çünki zərurət olduqda bu cür səcdə etmək sünnədə varid olmuşdur. İnsanın belinə və ya ayaqlarına səcdə et¬mək rəyi isə zəif rəydir”. (Zədul Mustəqna 5/64) İmam Malik buyurmuşdur: “Kiminsə belinə səcdə etmək namazı batil edir”. (Şərhul-Kəbir 5/ 442-443)
- imamın göründüyü və ya səsi daha yaxşı gələn yerdə oturmaq. Bu, xütbənin daha yaxşı başa düşül-məsinə və ondan daha çox fayda götürülməsinə kö¬mək edir.
- imam xütbə verən zaman məscidə girdikdə salam verməmək.
- asqırdıqda sakitcə “əlhəmdu-lilləh” demək.
- xütbəni başa düşməyən uşaqları cümə namazına gə¬tirməmək. Bu başqa namaz qılan qardaşların xütbəni başa düşməsinə mane olur.
- imam minbərə qalxanadək rükətlərinin sayını əvvəl¬dən təyin etməmək şərti ilə istənilən sayda iki rükətli sünnə namazları qılmaq.
Tarix: 01.05.2013 / 17:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Maraqlı melumatlar