Qeybət bəzən insanın fiziki qüsurlarını açıqlamaqla olur. Məsələn, kiminsə kök, arıq, tək gözlü, çox uzun və ya qısa, keçəl, pəltək və s olduğunu bildirdikdə.
Insanın nəslini, tayfasını göstərməklə. Məsələn, bu afrikalıdır, kürddür, hindudur və s. Bu onların sənət və məşğuliyyətini deməklə də, ola bilər. Qeybətçi onları dəllək, çöpçü, hambal, nökər kimi sözlərlə təhqir edir.
Insanın əxlaqı ilə əlaqəli olur. Başqalarına əxlaqsız, tənbəl, qorxaq, dəli və s. kimi ləqəblər verirlər.
Bəzən dini məsələlərlə bağlı olur. Ancaq günah işləməkdən qorxmayan, Allahın əzabından çəkinməyən, insanlardan utanmaz bir işə sahib kimsələrdən başqa, düz yolda olub dini düzgün yaşayan insanlara oğrusan, yalançısan, valideynə hörmət etmirsən, zəkatı vermirsən və s. Bu kimi şifətləri şamil edərsə artıq qeybət etmiş olur.
Qeybət bəzən dünyəvi işlərlə əlaqəli olur. Bir kimsəyə utanmazsan, adamları ələ salansan, yatağansan, gömbulsan, çox danışansan və s bu kimi sifətləri verərsə artıq qeybət etmiş və «ölü əti yeyən» kimi günah qazanaraq Allaha qarşı üsyan etmiş olur.
Qeybət tək dillə ifadə edilərək deyil, bəzən göz işarəsi, təqlid, kinayə, tənqidlər kimi digərlərini alçaldacaq hərəkətlərlə də olur ki, bütün bunlar haramdır, qeybətlə eyni hökmə malikdir.
INSANLAR ARASINDA QEYBƏT SAYILMAYAN ƏSLINDƏ QEYBƏT OLAN HALLAR
Biri digərinin xoşlamadığı bir şeyi o olmadığı halda deyir: ona, dalınca danışma deyildiyi zaman «bu sözləri onun üzünə də, söyləməyə hazıram» deyər. Bu heç də onu bu işdə doğru olduğuna əsas vermir, çünki, artıq o bu insanın xoşuna gəlməyən bir şeyi demişdir. Bu da qeybətdir. «Bu sözləri onun üzünə də deməyə də hazıram» məsələsinə gəldikdə isə bunun bəyənilən bir məsələ olduğu haqda heç bir dəlil yoxdur.
«Bəzi kimsələr və ya bəzi alimlər belə elədi, başqa cür elədi» deyə onlar haqqında xoşa gəlməyən bir şey danışıldığını duyduqda bil ki, bu qeybətdir.
Bir din qardaşının halını soruşduqda «sən kimi soruşursan», «Allah bizi islah etsin», «Allah uzaq etsin» kimi sözləri deyib, o adamdakı xətaları üzə çıxartmaq artıq qeybətdir.
«Bu kiçikdir onun qeybətini etmək olar» sözlərini deyən adam günah etmiş olur, çünki, onun buna heç bir dəlili yoxdur.
Bəzən günahkar adamın dalınca çox danışırlar. Amma, buna heç kəsin əsası yoxdur. Belə olsaydı, hər müsəlmanın qeybətini etmək olardı. Çünki, elə bir mömin yoxdur ki, günahı olmasın. Birinin xoşuna gəlmədiyi halda, əfəndim, sultanım, alicənablar və buna bənzər sözlərlə müraciət etməsi düzgün deyil. Çünki, Rəsulullah (s.ə.v) «Qardaşının xoşuna gəlməyəcəyi bir tərzdə çağırmaq qeybətdir»- demişdir.
Tarix: 18.04.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqlı melumatlar