İslam bütün gücü ilə qadınların hüquqlarını qoruyur.
1.İslama görə qadın həqiqi insan olaraq kişi və qadın
cütlüyündən yaranmışdır.O,insana xas olan bütün xüsusiyyətlərə malikdir.İnsaniyyət
məfhumu baxımından kişinin qadına nisbətən heç bir imtiyazı yoxdur.Allah –təala öz
kəlamında belə buyurur:
-"Ey İnsanlar!Biz sizi kişi və qadın olaraq yaratdıq"(Hücyrat:13)
Bir sıra ayələrdə vurğulanır ki,insanlar hamısı bir növdəndir.
2.Qadın kişi kimi cəmiyyətin tam hüquqlu üzvüdür və onun
şəxsiyyət kimi öz haqqı vardır.
3.Qadın təbii qohumluq münasibətinə malik olduğu kimi,hüquqi
baxımdanda qanuni qohumluq haqqına malikdir.
4.Oğlan övlad olduğu kimi,qızda övladdır.Buna görə də qadın da
kişi kimi qohumluq münasibətinə uyğun vərəsəlik hüququna malikdir.
5.Qadın düşüncə baxımından müstəqil olmaqla öz həyatında
istədiyi qərarı çıxara bilər,şəriət hüdudunda öz istək və seçiminəə görə ərə gedə bilər,ər və ya
atanın himayəsində olsa da azad yaşaya və qanuni peşə seçə bilər.
Qadının müstəqilliyi əməli baxımdan təmin olunur,onun işi və zəhməti ehtirama
layiqdir.Qadın sahibkar ola bilər,öz sərvətini kişinin başçılığı və müdaxiləsi olmadan idarə
edə bilər.O,eyni zamanda öz malını,fərdi və ictimai hüquqlarını müdafiə edə bilər.Qadın
məhkəmədə kiminsə zərərinə və ya nəfinə şahidlik edə bilər.Onun təkcə cinsi münasibət
istisna olmaqla,bütün məsələlərdə əri üçüç gördüyü işlərin dəyəri vardır.
6.Kişinin qadın üzərində hökmranlıq etmək hüququ yoxdur və
kişilər haqqında edilən zülm və haqsızlıq cəzalandığı kimi,qadınlar barəsində edilən zülm də
cəzalanır.
7.Qadın dini-mənəvi şəxsiyyətə malik olmaqla axirət səadətindən
məhrum deyil.Ancaq başqa din və məzhəblərdə bu yöndə ayrıseçkilik vardır,belə ki,onlar
qadını şeytan,Allahın rəhmətindən ümidsiz bir məxluq kimi tanıyarlar.
Allah yenə buyurur:
-"Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünya və axirətdə) xoş
həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə müjafatlarını verəəyik.”(Nəhl:97)
-"İstər kişi, istərsə də qadın olsun,Mən heç birinizin məlini puşa çıxarmaram ”(Ali-
İmran:195)
İnsan istər kişi istər qadın olsun ,təkcə təqva baxımından üstün
sayılır.
Tarix: 24.03.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqlı melumatlar