Allah-təala buyurur:
“Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun Peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!” (Ali-Imran: 179).
“De ki: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De ki: “Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz?” (əl-Ənam: 50).
“De ki: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı yalnız qorxudan və müjdələyənəm!” (əl-Əraf: 188).
Nuh (Ona salam olsun!) demişdir: “Mən sizə demirəm ki, məndə Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm. Mən həm də demirəm ki, mən mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (mömin kasıblara) Allahın heç bir xeyir ver-məyəcəyini də demirəm. Onların ürəklərində olanı hamıdan yaxşı Allah bilir. (Əgər mən möminləri qovub bu sözləri desəm), onda şübhəsiz ki, zalimlərdən olacağam” (Hud: 31).
“(Ya Məhəmməd!) De ki: “Allahdan başqa göylərdə və yerdə olanı, qeybi heç kəs bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (ən-Nəhl: 65).
“Sonra Süleymana ölüm hökmü verdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) Süleymanın əsasını yeyən ağac qurdu xəbər verdi. O ölmüş halda yerə sərildikdən sonra cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmaz-dılar” (Səba: 14).
“Qeybin açarları Allahın əlindədir. Onları ancaq Allah bilir. Allah həm suda, həm də quruda olanların hamısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah ondan xəbərsiz olsun. Yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, məhz açıqaydın kitabda (lövhiməhfuzda) olmasın” (əl-Ənam: 59).
“Müşriklər: “Barı Peyğəmbərə Rəbbinizdən bir möcüzə nazil ediləydi!” - deyirlər. Onlara belə cavab ver: “Qeyb aləmi ancaq Allaha məxsusdur. Elə isə Allahın əzabını gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm” (Yunus: 20).
“Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda Allaha qayıdacaqdır. (Ya Məhəm-məd!) Yalnız Ona ibadət et! Yalnız Ona təvəkkül et! Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (Hud: 123).
“Qeybi bilən ancaq Odur! O, qeybi heç kəsə əyan etməz!” (əlCinn: 26).
“(Ya Məhəmməd!) De ki: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini yalnız O bilir. O, hər şeyi necə də gözəl görür, necə də yaxşı eşidir! Onların (Göy və yer əhlinin) Allahdan başqa hamisi yoxdur. O heç kəsi Öz hökmünə şərik etməz!” (əl-Kəhf: 26).
Hədislər:
Abdulla ibn Ömərin (Allah ondan və atasından razı olsun!) rəvayətinə görə, Peyğəmbər (s.ə.a.s) demişdir: “Qeybin beş açarı vardır, onları yalnız Allah bilir. Allahdan başqa sabah nə baş verəcəyini heç kəs bilməz. Ana bətnində nəyin olduğunu Allahdan başqa heç kəs bilməz. Nəfs sabah nə qazanacağını bilməz. Nəfsin hansı torpaqda öləcəyini yalnız Allah bilir. Yağışın nə vaxt yağacağını yalnız Allah bilir. Axirət saatının nə vaxt tamam olacağını yalnız Allah bilir”. (Qaynaqlar: Buxari, dörd yerdə:
1. “Istisqa” (Yağış duası), 2/23;
2. “əl-Ənam surəsinin təfsiri”, 5/193;
3. “Tövhid”, 8/165-166;
4. “Loğman” surəsinin təfsiri, 6/21.
Əhməd, 2/52. Səhih istinadlı hədisdir).
Mən deyirəm: Bu mübarək ayələrdən və şərafətli Peyğəmbər hədisindən hər şeyi başa düşən oxucuya kahinlər, fala baxan qadınlar və başqa bu kimi azğın və yoldan çıxmış kahin və falçıların əməllərinin batil olduğu aydınlaşır. Həm də aydın olur ki, vahid və şəriksiz Allahdan başqa heç kəs qeybi bilmir.
Tarix: 14.04.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 318 Bölmə: Maraqlı melumatlar