18.«O, gün üzlər Rəbbinin gül cəmalına baxıb sevinəcəkdir». (əl-Qiyamə 22-23).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər– sallallahu aleyhi və səlləm – in zamanında bir qurup insanlar: «Ya Rəsulallah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» deyə soruşdular. (Peyğəmbər): «Bədirlənmiş ayı yanında bulud olmayan açıq havada görməkdə şübhə edirsinizmi?». Onlar: «Xeyr, Ya Rəsulallah!» dedilər. (Peyğəmbər): «Yanında bulud olmayan açıq havada günəşi görməkdə şübhə edirsinizmi?». Onlar: «Xeyr, Ya Rəsulallah!» dedilər. (Peyğəmbər): «Sizlər onu (Allahı) beləcə görəcəksiniz?» deyə buyurdu.
Qiyamət günü insanlar bir yerə toplanacaqlar. Allah: «(Dünyada ikən) Kim nəyə ibadət edirdisə onun ardınca düşsün!» deyə buyurur. Onlardan kimiləri günəşin, kimiləri ayın, kimiləri də tağutların (TAĞUT – tüğyan sözündəndir. Həddi aşmaq deməkdir. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir: «Tağut bəndənin ibadətdə, itaətdə və tabeçilikdə ifrata varması, həddi aşmasıdır. Allah və Rəsulunu buraxıb onların əvəzində ibadət etdiyi, itaət etdiyi və ardınca getdiyi kimsə deməkdir. ) ardınca düşürlər. Bu ümmət isə münafiqləri də içində olduqları halda (yerlərində) durub qalırlar. Allah – subhənəhu və təalə – onların yanlarına (tanıdıqlarından başqa bir surətdə) yaxınlaşıb: «Mən sizin Rəbbinizəm!» deyə buyurur. Onlar da: «Rəbbimiz gələnə qədər bizim yerimiz buradır. Buradan heç bir yana tərpənməyəcəyik. Rəbbimiz gəldikdə isə biz onu tanıyacağıq (sən bizim Rəbbimiz deyilsən)» deyirlər. Bundan sonra Allah – subhənəhu və təalə – (ikinci dəfə) onların yanına gəlir və: «Mən sizin Rəbbinizəm!» deyə buyurur. Onlar da: «Bəli, sən bizim Rəbbimizsən!» deyirlər. Sonra Allah – subhənəhu və təalə – onları çağırır və Cəhənnəm üzərindən Sırat – körpüsü qurulur. Ümmətimlə bərabər körpünün üstündən keçən Peyğəmbərlərin ilki mən olacağam. O, gün Peyğəmbər-lərdən başqa heç bir kimsə danışmaz. Peyğəmbərlərin danışması isə: «Allahım salamat et! Allahım salamat et! (qoru)» deyə olacaqdır. Cəhənnəmdə qırmaqlar vardır. Eyni ilə Sadan tikanları kimidir. (Peyğəmbər): «Sadan tikanlarını gördünüzmü?» deyə buyurdu. (Səhabələr): «Bəli» deyə cavab verdilər. (Peyğəmbər): «Həqiqətən o, qırmaqlar Sadan tikanları kimidir. Ancaq o, qırmaqların böyüklüyünü Allahdan başqa heç kəs bilməz. Bu qırmaqlar insanları (pis) əməllərindən aslı olaraq tutub yaxalayacaqlar. Kimiləri öz (pis) əməllərinə görə məhv olacaq, kimilərindən də bir parça qopardılacaqdır. Sonunda isə onlar qurtulacaqlar. Bundan sonra Allah – subhənəhu və təalə – rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» – deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha bir şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər bir yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir!». Onlar atəşdən yanmış, qap-qara halda çıxardılarlar. Onların üzərlərinə Həyat Suyu adlanan sudan tökərlər. Onlar selin gətirdiyi toxumlar kimi cücərməyə başlayarlar. Allah – subhənəhu və təalə – öz qulları üzərində haqq-hesabı çəkib bitirdikdən sonraCənnət ilə Cəhənnəm arasında bir nəfər qalır. Bu kimsə Cənnətə girən ən son Cəhənnəmlik olacaqdır. (Başqa rəvayətdə: «Bu kimsə Cənnət əhlinin Cənnətə ən son girəni olacaqdır»). Onun üzü Cəhənnəmə tərəf yönəlmi olacaqdır. O, kimsə: «Ya Rəbbim! Üzümü Cəhənnəmdən çevir onun isti küləyi (qoxusu) məni zəhərləyib öldürür, atəşi isə məni yandırır». Allah: «Əgər sənin istədiyin yerinə yetsə bundan sonra məndən başqa bir şey istəyəcəksənmi?» deyə buyurur. O, kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz verir. Allah onun üzünü Cəhənnəm atəşindən çevirir. O, kimsə üzünü Cənnətə tərəf çevirdikdə oranın gözəlliyini görüb Allahın dilədiyi müddət qədər susduqdan sonra: «Ey Rəbbim! Məni Cənnətin qapısına yaxınlaşdır» deyir. Allah: «Məgər sən and içməmişdin ki, Məndən bu istədiyindən başqa bir şey istəməyəcəksən?». O, kimsə: «Ey Rəbbim! Yaratdıqlarının ən bədbəxti olmamaqdan ötrü!» deyir. Allah: «Əgər sənin bu istədiyin də yerinə yetsə bundan sonra məndən başqa bir şey istəyəcəksənmi?» deyə buyurur. O, kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz verir. Allah onu Cənnətin qapısına yaxınlaşdırır. O, kimsə Cənnətin qapısına yaxınlaşdıqda orada olan gözəlliyi, içindəki sevinci və rəngarəngliyi gördükdə Allahın dilədiyi müddət qədər susduqdan sonra: «Ey Rəbbim! Məni Cənnətə sal!» deyir. Allah: «Vay sənə ey Adəm oğlu! Nə qədər sən öz sözündən dönürsən! Məgər sən and içməmişdin ki, Məndən bu istədiyindən başqa bir şey istəməyəcəksən?». O, kimsə: «Ey Rəbbim! Məni yaratdıqlarının ən bədbəxti etmə!» deyəcəkdir. Allah – subhənəhu və təalə – gülər və ona Cənnətə girməyə izn verər və ona: «Dilədiyini istə!» buyurar. O, da arzuladığı şeyləri tükənənə qədər istəyəcəkdir. Arzuladığı şeylər tükəndikdən sonra Allah: «Bunu da, bunu da (əlavə et) buyuraraq ona istədiklərini xatırladacaqdır. Sonda bütün istədikləri bitdikdən sonra Allah: «Bunların hamısı və bir o, qədər də sənindir!» deyə buyurur.
Əbu Səid əl-Xudri - radıyallahu anhu – Əbu Hureyrə - radıyallahu anhu – ya həqiqətən Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah, bunlar hamısı və daha on misli qədər də sənindir». Buna Əbu Hureyrə - radıyallahu anhu – cavab verərək dedi: «Mən onu yadda saxladım ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sənə bu istəklərinin yanında bir o, qədər də verilmişdir». Əbu Səid - radıyallahu anhu – deyir: «Mən eşitdim ki, O, deyir: «Sənə bu istəklərinin yanında on misli daha vardır» (Buxari 806, Müslim 182.)
Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında bir qurup insanlar: «Ya Rəsulallah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Peyğəmbər: «Bəli, görəcəksiniz!» dedi və sözünə davam edərək: «Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü gündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?». Onlar: «Xeyr, Ya Rəsulallah». O: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı da görməkdə heç bir əziyyət çəkməyəcəksiniz» deyə buyurdu.
Qiyamət günü olduqda bir carçı qışqıraraq: «Hər ümmət (dünyada ikən) kimə ibadət edirdisə qoy onun ardınca düşsün». Bundan sonra Allahdan başqa bütlərə, tağutlara və s. ibadət edənlərin hamısı heç bir kimsə qalmadan Cəhənnəmə sürüklənirlər. Sonda yalnız əməlisaleh kimsələr, (Allaha ibadət edən) günahkarlar, həmçinin də Kitab Əhlindən bir qurup kimsələr qalır. İlk öncə Yəhudilər çağrılırlar və onlardan: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu Üzeyr – əleyhissəlam – a ibadət edirdik!» deyərlər. Onlara: «Yalan deyirsiniz! Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə istəyirsiniz?». Onlar: «Ey Rəbbimiz! Biz çox susadıq, bizə su ehsan et!» deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək Cəhənnəmə sürüklənirlər. Cəhənnəm onlara şərab (ilğım) kimi görsənir. Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər. Sonra Xristianlar çağrılaraq onlara da: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu İsa – əleyhissəlam – a ibadət edirdik!» deyərlər. Onlara: «Yalan deyirsiniz! Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə istəyirsiniz?». Onlar: «Ey Rəbbimiz! Biz çox susadıq, bizə su ehsan et!» deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək Cəhənnəmə sürüklənirlər. Cəhənnəm onlara şərab (ilğım) kimi görsənir. Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər.
Sonda Allaha ibadət edən əməlisaleh və günahkar kimsələrdən başqası qalmaz. Aləmlərin Rəbbi olan Allah – subhənəhu və təalə – onların yanlarına (onların) tanımaqlarına yaxın bir surətdə gəlir və onlara: «Hər ümmət ibadət etdiyi şeyin ardınca düşmüşdür. Bəs siz nəyi gözləyirsiniz?» deyə buyurar. Onlar: «Biz dünyada ikən onlara möhtac olmağımıza baxmayaraq bu insanlardan ayrı olduq və onlarla dostluq etmədik. Biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik!» deyərlər. Allah: «Mən sizin Rəbbinizəm!» deyə buyurar. (Başqa rəvayətdə: «Onlar bir və ya iki dəfə: «Biz Allahla yanaşı başqa birisinə ibadət etmirik!» deyərlər. Hətta bir qismi (imtahanın şiddətindən doğru olandan) dönməyə yaxınlaşır. Sizinlə onun arasında bir əlamət varmı ki, bunun sayəsində siz onu tanıya biləsiniz. Onlar: «Bəli!» deyirlər. Bundan sonra Rəbbimiz (Qiyamət günü) ayağını ortaya çıxarır (göstərir) və bütün mömin kişi və qadınlar onun qarşısında səcdəyə qapanırlar. (Yalnız) dünyada ikən göstəriş və riyakarlıqla səcdə edənlər qalırlar. (Onlardan hər biri) səcdə etməyə çalışarlar. Lakin onların onurğa sümükləri tək bir sümük halına düşər (əyilməz) və (onlar səcdə edə bilməzlər)». Sonra başlarını (səcdədən) qaldırırlar. İlk dəfə görmüş olduqları surət dəyişmiş olaraq: «Mən sizin Rəbbinizəm!» deyə buyurar. Onlar da: «Bizim Rəbbimiz Sənsən!» deyərlər
(Buxari 4581, Müslim 183.)
Tarix: 25.04.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqlı melumatlar