Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxlaqsızlıqdan çəkindirmə

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Həsəddən uzaq olun, çünki atəş odunu yediyi kimi həsəd də yaxşılıqları yeyir». Hədisi Əbu Davud rəvayət etmişdir . Buna bənzər hədisi İbn Macə Ənəsdən rəvayət etmişdir.

2.İbn Abbasdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim insanların razılığı olmadan onların söhbətini dinləsə, Qiyamət günü onun qulaqlarına ərinmiş qurğuşun töküləcək». Hədisi Buxari rəvayət etmişdir.

3.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim qəzəbinə qalib gəlsə, Allah onu öz əzabından xilas edər». Hədisi Təbərani «əlAusat» adlı hədislər toplusunda rəvayət etmişdir. Buna bənzər hədisi İbn Əbu Dünya İbn Ömərdən rəvayət etmişdir.

3.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Güc pəhlivanlıqda deyil, güc əsəbləşdiyin zaman özünü ələ ala bilməkdədir».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

4.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Zülmkarlıq Qiyamət günü zülmətə bürünəcək».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

5.Mahmud ibn Ləbiddən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Həqiqətən, sizin üçün ən çox qorxduğum günah kiçik şirk, yəni özünü göstərməkdir».
Hədisi Əhməd yaxşı isnadla rəvayət etmişdir.

6.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Münafiqin üç əlaməti vardır: danışanda yalan danışır, vəd verəndə vədinə xilaf olur və etibar edəndə, xəyanət edir».
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Onların Abdullah ibn Ömərdən rəvayət etdikləri buna bənzər başqa bir hədisdə isə: «...mübahisə edəndə özünü ədəbsiz aparır» – deyilir.

7.İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Müsəlmanı söymək əxlaqsızlıq, onu öldürmək isə küfrdür». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

8.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Zənn etməkdən çəkinin, çünki zənn ən yalan sözdür». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

9.Məqil ibn Yəsardan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Əgər Allah-taalanın başqa qullar üzərinə rəhbər təyin etdiyi qul onları aldatmış halda ölsə, Allah-taala ona Cənnəti haram edər». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

10.Aişədən rəvayət olunur ki, Allahın elçisi 9sav) buyurmuşdur: «Allahım! Hər hansı bir şəxs ümmətimə hökmranlıq edərək onlara qarşı qəddar olsa, Sən də ona qarşı qəddar ol!»
Hədisi Müslim rəvayət etmişdir.

11.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Sizlərdən biri dava etsəniz, üzə vurmayın». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

12.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, bir kişi Allahın elçisinə: «Ey Allahın elçisi! Mənə nəsihət ver» – dedi. Peyğəmbər (sav) də: «Qəzəblənmə!» – deyə cavab verdi. Kişi istəyini dəfələrlə təkrar etsə də, Peyğəmbər (sav) hər dəfə: «Qəzəblənmə!» – deyə eyni nəsihəti verdi.
Hədisi Buxari rəvayət etmişdir.

13.Xavlə əl-Ənsaridən rəvayət olunur ki, Allahın elçisi (savbuyurmuşdur: «Həqiqətən, Allahın malını haqsız yerə mənimsəyən insanlar Qiyamət günü Cəhənnəm alovunda yana¬caqlar». Hədisi Buxari rəvayət etmişdir.

14.Əbu Zərdən rəvayət olunur ki, Peyğəmbər (sav) Rəbbinin belə deməsini söyləmişdir: «Ey Qullarım! Həqiqətən, Mən zülm etməyi özümə haram etdim və sizlərə də bunu haram buyururam. Bir-birinizə zülm etməyin».
Hədisi Müslim rəvayət etmişdir.

15.Əbu Hüreyrədən rəvayət olunur ki, bir dəfə Allahın elçisi (sav) dedi: «Qeybətin nə olduğunu bilirsinizmi?». Səhabələr dedi: «Allah və Onun elçisi daha yaxşı bilir». Dedi: «Qardaşın barədə onun xoşuna gəlmədiyi bir şey haqda danışmaqdır». Elə bu zaman kim isə soruşdu: «Bəs qardaşım barədə söylədiyim həqiqətdirsə, onda necə?». Peyğəmbər (sav) «Əgər onun barəsində söylədiyin həqiqətdirsə, onda onun qeybətini etmiş olursan, yox əgər yalandırsa, onda ona böhtan atmış olursan» – deyə cavab verdi. Hədisi Müslim rəvayət etmişdir.

16.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Bir-birinizə həsəd aparmayın, almaq istəmədiyiniz malın qiymətini qaldırmayın, bir-birinizə kin, nifrət bəsləməyin, arxa çevirməyin, bir-birinizin ticarətini pozmayın. Ey Allahın qulları, qardaş olun! Çünki müsəlman müsəlmanın qardaşıdır: ona zülm etməz, öz dəstək və köməyini ondan əsirgəməz və ona xor baxmaz. Təqva buradadır» – deyib üç dəfə əli ilə sinəsinə işarə etdi və sonra: «İnsanın pis adam olması üçün müsəlman qardaşına nifrət etməsi kifayətdir. Müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır» – deyib söhbətinə davam etdi. Hədisi Müslim rəvayət etmişdir.

17.Qütbə ibn Malikdən rəvayət olunur ki, Allahın elçisi (sav) belə dua edərdi: «Allahım! Məni əxlaqsızlıqdan, pis əməldən, pis ehtirasdan və pis dərddən qoru».
Hədisi Tirmizi rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir. Hədisin mətni Hakimə aiddir.

18.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Bir-birini söyən iki nəfər arasında əgər küsən tərəf ona qarşı artıq-əskik hərəkət etməyibsə, günah söyüşə ilk başlayandadır». Hədisi Müslim rəvayət etmişdir.


19.Əbu Sirmədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Müsəlmana zərər verənə Allah zərər verər, müsəlmana əziyyət verənə Allah əziyyət verər». Hədisi Əbu Davud və Tirmizi rəvayət etmiş, sonuncu isə yaxşı hesab etmişdir.

20.Əbu Dərdadan rəvayət olunur ki, Allahın elçisi 9sav) buyurmuşdur: «Həqiqətən, Allah-taala pis sözlər danışan əxlaqsızlara nifrət edir». Hədisi Tirmizi rəvayət etmiş, eyni zamanda da onu səhih hesab etmişdir.

21.İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Mömin olan kəs insanları tənə etməməli (birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurmaq), lənət oxumamalı, əxlaqsız davranmamalı və təhqiramiz sözlər söyləməməlidir». Tirmizi hədisi yaxşı, Hakim isə səhih hesab etmişdir. Lakin Dəraqutni hədisin mövqüf isnadla rəvayət olunmuş variantına üstünlük vermişdir.
(Tirmizi, 1977. Əlbaniyə görə hədis səhihdir. Bax: “Səhih ət-Tirmizi” və “Sisilət əl-Əhadis əd-Sahihə”, 320)

22.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Ölüləri söyməyin, çünki onlar artıq layiq olduqlarını alıblar». Hədisi Buxari rəvayət etmişdir.


23.Hüzeyfədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Dedi-qodu ilə məşğul olan Cənnətə daxil olmayacaq». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

24.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Allahın ən çox nifrət etdiyi insanlar bərk mübahisə edənlərdir». Hədisi Müslim rəvayət etmişdir.

25.Bəhz ibn Həkim ata və babasından Allah elçisinin (sav) belə deməsini eşitmişdir: «Camaatı güldürmək üçün yalan danışanın vay halına! Vay halına! Vay halına!».
Hədisi Əbu Davud, Tirmizi və Nəsai güclü isnadla rəvayət etmişdir.

26.Əbu Dərdadan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Şübhəsiz ki, lənət oxuyanlar Qiyamət günü nə şəfaətçi, nə də şahid olacaqlar». Hədisi Müslim rəvayət etmişdir.

27.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim özünü üstün tutsa və təkəbbürlü yerisə, Allahla qarşılaşdığı zaman Allahın ona qəzəbi tutar».
Hədisi Hakim rəvayət etmişdir. Hədisin raviləri etibarlı ravilərdir.

28.Cabirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Zülmkarlıqdan çəkinin, çünki zülmkarlıq Qiyamət günü zülmətə bürünəcək. Xəsislikdən çəkinin, çünki o, sizlərdən əvvəlkiləri məhv etmişdir». Hədisi Müslim rəvayət etmişdir


Tarix: 25.04.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Maraqlı melumatlar
loading...