Sual: Bacılarım zövcəmi xoşlamırlar və həmişə problem yaradırlar. Xahiş edirəm mənə nəsihət verəsiniz. Bacılarım və yaxud zövcəm ilə əlaqələrimi kəsimmi?
Cavab: Həmd Allaha məxsusdur.
Allah Təala ailə bağlarını, münasibətlərini davam etdirməyi və həyat yoldaşına qarşı gözəl davranmağı əmr edir. Biz əsla bacılarınız və yaxud həyat yoldaşınız ilə əlaqələrinizi kəsməyi söyləyə bilmərik! Daha doğrusu biz sizə belə deyirik: onları bir araya gətirin və bu ayrılığı , bölünməni daha da pisləşdirməyin.
Sevgi Allahdan gəlir. Allah Sübhənahu və Təala sevgi yaradacaq səbəblər, eləcə də nifrət doğuracaq səbəblər yaratmışdır. Odur ki, siz öz münasibətlərinizə bir göz gəzdirin və yaranan nifrət və düşmənçiliyin səbəblərini araşdırın ki, bunları aradan qaldıra biləsiniz. Eləcə də, sevgi yaradacaq səbəbləri də bir araya cəm edin ki, bunu təşviq edəsiniz. Bu səbəblərə aiddir: salam vermək, hədiyyələşmək, xəstələndikdə insanları ziyarət etmək, ehtiyaclı anlarında onlara yardım etmək və münasibətləri gücləndirmək və insanlar arasında sevgi yaratmaq üçün islam dinində bildirilən bir çox digər səbəblər.
Hər iki tərəfi sakitləşdirmək üçün, onlara ayrı-ayrılıqda Allahı xatırladın və Allah təalanın qeybət etmək, təhqir etmək, iftira atmaq və insanların şəxsi işlərinə qarışmaq barədə xəbərdarlığını yada salın.
Allah Təalanın qoyduğu həddlərə riayət etmək, sadiq olmaq və hər iki tərəfə haqqlarını vermək, qarşı tərəfin haqqlarına hörmət etmək və onları alçaltmamaq və yaxud əsəbləşdirməmək evdə və yaxud münasibətlərinizdə səadət, xoşbəxtlik və dinclik, rahatlığın əldə olunmasına zəmanət verəcəkdir.
Zövcənizə və bacılarınıza nəsihət etməlisiniz ki, onlar bir-biri ilə yaxşı davransınlar və onların arasında mövcud olan problemləri və münaqişələri aradan qaldırmağa çalışın. Zövcəniz və bacılarınız eyni evdə qalırsa, onların arasını barışdıra bilmirsinizsə, zövcəniz üçün ayrıca mənzil təmin etməyinizdə bir xəta yoxdur. Həqiqətən, bu cür etmək onların arasında yaranan mübahisənin aradan qalxmasına səbəb ola bilər.
Həyat yoldaşınıza nəsihətimiz budur ki, ərinin ailəsinə qarşı dostyana yanaşsın və onlar ilə bacardığı qədər yumşaq, gözəl davransın və şəriətdə qadağan olunan hər hansı bir addım atmasın. Ərinin ailəsinə hörmət etmək qadın ilə əri arasında münasibətlərin yaxşı davam etməsinə səbəb olacaqdır.
Allahdan diləyimiz budur ki, sevdiyi və razı qaldığı işləri görməkdə sizə yardımçı olsun. Allahdan istəyirik ki, sizi sözlərin, əməllərin və münasibətlərin ən yaxşısını yerinə yetirməyə müvəffəq etsin.
Ən doğrusunu Allah bilir.
Tarix: 02.04.2013 / 21:04 Müəllif: *Beyaz_Gul* Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar