Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Heç biriniz ölümü əsla istəməsin və ölüm gəlmədən də gəlməsinə dua etməyin. Çünki sizdən bir öldüyü zaman əməli kəsilir. Həm də möminin ömrü ona xeyirdən başqa bir şey artırmaz”(Müslim)
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən kimsə ona toxunan zərərdən ötrü ölümü istəməsin. Əgər bunu etmək mümkün deyilsə onda desin: Ya Rəbbim! Yaşamaq mənə xeyirli olduğu müddətdə məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa rəvayətdə: Əgər yaxşı kimsədirsə ümüd edilir ki, yaxşılığı artırsın, Pis kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”
(Buxari, Müslim. )
Ənəs - radıyallahu anhu – deyir ki: “Əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölümü istəməkdən nəhy etməsəydi ölümü istəyəcəkdik”(Buxari, Müslim. )
Dini Bir Fitnə Qorxusundan Ölümü İstəmək:
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insanlar – «Kaş ki, onun yerində mən olaydım» deməyincə
(Fəthul Bəri, Buharî “Fitən” 13/81,82, Nəvəvi şərhi, Müslim “Fitən” 18/34. )
Sovban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya Rəbbim! Xeyirli əməllər etməyi, günahlardan çəkinməyi, miskinləri sevməyi mənə nəsib et. İnsanlara bir fitnə təqdir etdiyin zaman məni fitnəyə bulaşdırmadan yanına al!”
(Malik, Bəzzar, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını (dinlərini) dünya malına satacaqlar»
(İmam Nəvəvi “Şərh Müslim” 2/133. )
Sələflər deyirlər ki: “Ölüm yox olub getmək deyildir. O, ancaq ruhun bədəndən əlaqəsinin kəsilməsidir. Ölüm bir ayrılmaqdır. Ruh ilə bədən arasına girən bir pərdədir. Ölüm bir dəyişiklikdir. Dünyadan Axirətə köçməkdir”.
Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölüm qənimətdir, Günahlar müsibətdir, Fəqirlik rahatlıqdır, Zənginlik cəzadır, Ağıl hidayətdir, cahillik zəlalət və sapıqlıqdır, zülm peşmanlıqdır, itaət gözün nurudur, Allah qorxusundan ağlamaq atəşdən qurtulmaqdır, gülmək bədənin fəlakətidir, günahdan tövbə edən günahsız kimidir”
(İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Zərr - radıyallahu anhu – ya buyurdu: “Ey Əbu Zərr! Dünya möminin zindanı, qəbr əminliyi, Cənnət isə qərargahıdır. Dünya kafirin Cənnəti, qəbr onun əzabı, Cəhənnəm isə dönüş yeridir”
(Əbu Nuaym, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.)
İbni Mubarək və İbni Əbi Şeybə və Mərvəzi Rabi b. Haysəndən rəvayət edir ki: “Möminin gözlədiyi qeybi şeylər içində ölümdən daha xeyirli heç bir şey yoxdur”
(İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.)
Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki: “Rəbbimə təvəzökarlıq üçün fəqirliyi, ona qovuşmaq üçün ölümü sevərəm, günahlarıma kəffarə üçün xəstəliyi sevərəm”
(İbni sad “Tabaqat”, Beyhəqi “Şuab”, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )
Ölüm mələyi İbrahim - əleyhissəlam - ın ruhunu almaq üçün gəlmişdir. İbrahim: “Ey Mələkul Movt! Heç dost dostun ruhunu alarmı?”. Ölüm mələyi Rəbbinə dönərək Allah ona buyurdu: İbrahim - əleyhissəlam - de: Heç dost dosta qovuşmaqdan çəkinərmi?”. Mələk bunu İbrahim - əleyhissəlam - xəbər verincə İbrahim: “Ruhumu al!” dedi
(İmam Əhməd, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )
Həyyan b. əl-Əsvəd deyir ki: “Ölüm bir körpüdür. Dostu dosta qovuşdurur”
(İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. )
Tarix: 11.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqlı melumatlar