Məktəbdə və ya ümumiyyətlə məni pis insanlardan qorumaq üçün ediləcək bir dua var?
Cavab: Həmd Allaha məxsusdur.
Bəli, bir çox dualar var. Əgər müsəlman onları oxuyarsa, onu şərdən və şərli insanlardan qorumaq üçün onlar vasitə, səbəb olacaqdır.
Bu dualar aşağıdakılardır:
1. Rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyin üçün Allahdan qorunma istəyirdi və belə deyərdi: “Sizin atanız (yəni, İbrahim) İsmayıl və İshaq üçün bunlar (bu kəlimələr) vasitəsilə Allahdan qorunma istəyirdi: “Uyizukumə bikəlimətilləhit-təmməti min kulli şəytanin və hammətin və min kulli aynin ləmmətin” (Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlimələrinə həvalə edirəm). Buxari 3191
2. Əbu Hüreyradan radiyallahu anhu rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm səfərdə olarkən və gecənin son hissəsində səfərdən qayıdarkən və yaxud səfəri başa çatdırarkən deyərdi: “Səmiə səmiun bi həmdililləh və husni bələihi aleynə. Rabbənə sahibnə və afdil aleynə aizən billəhi min ən-nər” (Bizə olan lütfü və nemətlərinə görə Allaha həmd etdiyimizə şahid şahidlik etsin. Ey Rəbbimiz! Bizi qoru, bizə lütf et və bizi hər şərdən qoru. Oddan Allaha sığınıram) Müslim 2718
“Səmi`ə səəmi`un (hərfi mənası, qoy eşidən bizi eşitsin)”-Əl-Xəttabi demişdir: “Bunun mənası odur ki, qoy şahid olan şahidlik etsin ki, biz Allaha Onun nemətlərinə və lütfünə görə həmd edirik”.
3. Xəulə bint Hakim əl-Suləmiyyənin belə dediyi rəvayət olunmuşdur: Mən Allah rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini duydum: “Kim səfərdə durarsa və: “Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq” söyləyərsə (Yaratdıqlarının şərindən Allahın tam kəlimələrinə sığınıram) o yerdən hərəkət edənə qədər heç br şey ona zərər verməz. Müslim 2708
4. Əbu Musa əl-Əşaridən rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm bəzi insanlardan qorxduğunda belə deyərdi: “Allahummə innə nəc`əlukə fi nuhurihim vua nə`uzu bikə min şururihim” (Ey Allahım! Səndən onları dəf etməyi diləyirik və onların şərindən Sənə sığınırıq). Əbu Davud 1537; Şeyx Albani “Səhih əl-Cami 4706” hədisi səhih olaraq təsnif etmişdir.
Şeyx Abdul Azim Abaadi demişdir:
Bunun mənası budur: Biz Səndən onları dəf etməyi, onların şərrini, təhlükəsini qaytarmağı, onlarla məşğul olmağı və onlardan bizə gələn istənilən şərin qarşısını almağı diləyirik.
Aun əl-Mə`buud 4/277
Allah daha yaxşı bilir.
Tarix: 13.04.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqlı melumatlar